XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

15 May 2020 - 18:21

AMERİKA VƏ İRANI BİR ARAYA GƏTİRƏN BAŞ NAZİR –Gizli sövdələşmə Tehrana nə qazandırıb?

 

Devid Hirst

“Middle East Eye, 14.05.2020

 

İraqın baş naziri vəzifəsinə Mustafa əl-Kaziminin namizədliyi ABŞ və İran arasında sövdənin nəticəsində təsdiqlənib. Keçmiş kəşfiyyat rəisinin tsdiqlənməsi əvəzinə Tehran sanksiyalarla hədəfə alınan bəzi aktivlərinin sərbəst buraxılına nail olub. Bunu “Middle East Eye”-a məlumatlı mənbələr bildirib.

İraqlı qaynaqlar deyib ki, ABŞ-ın İrana “maksimum təzyiq” tətbiq etmə siyasəti dəyişməyəcək, ancaq ABŞ körfəzdə hərbi cəhətdən güclənməni azaldacaq və Avropada üçüncü tərəfin İrana pullarını qaytarmasına barmaqarası baxacaq.

Hələ martın 4-də Kaziminin baş nazirliyə namizədliyinin irəli sürülməsi İan tərəfdarı “Kətaib Hizbullah” milisinin baş komandiri Əbuəli əl-Əsgəri tərəfindən “İraq xalqına müharibə elan edilmə” adlandırılmışdı.

Əsgəri Kaziminin simasında İraq Kəşfiyyat Xidmətini (İNİS) ABŞ-la əlbir şəkildə yanvar ayında general Qasim Süleymani və nüfuzlu milis lideri Əbumehdi əl-Mühəndisin ölümünə səbəb olan dron hücumunda günahlandırıb.

Digər şiə milisləri və siyasi liderlər də Kaziminin namizədliyinə qarşı çıxıblar, amma ötən həftə İraq parlamentində çoxluğun dəstəyi ilə yeni hökuməti qurulub.

“Kətaib Hizbullah” Kazimini şəxsən təhdid etməyə davam edib, lakin İranın təsir etdiyi digər şiə siyasi fraksiyaları onun namizədliyinin irəli sürülməsinə icazə veriblər.

İraq mənbələri deyirlər ki, Vaşinqtonla Tehran arasındakı pərdəarxası sövdələşmə qəfil dönüşün yeganə izahıdır. İran bəzi aktivlərinin sərbəst müqabilində şiə fraksiyalarının razılığını təmin edib.

İraq mənbələri keçən ay Lüksemburq məhkəməsində ABŞ-ın tələbi ilə İrana məxsus 1,6 milyard dollarlıq aktivlərini 9/11 terror aktı qurbanlarının hesabına köçürülməsi qərarına işarə ediblər. Bu aktivlər Lüksemburqda yerləşən “Deutsche Boerse”-yə məxsus “Clearstream” adlı klirinq evinindir.

Məhkəmə qərarının ləğvi İran prezidenti Həsən Ruhani tərəfindən alqışlanıb.

“Amerikalılar öz adamlarını təsdiqlədə, iranlılar da pullarını geri ala bildilər, – mənbə bildirib. – İranlıların üzləşdikləri iqtisadi və Qasim Süleymaninin öldürülməsindən sonra qarşılaşdıqları digər çətinliklər onları danışıqlara sövq edib. Razılaşma iranlıların Kazimini qəbul etməsi ilə başa çatıb və iranlılar müttəfiqlərindən ona səs vermələrini istəyiblər”.

 

Körfəzdə gərginliyini azaltmaq

İraq təhlükəsizlik qüvvələri tərəfindən etirazçıların öldürülməsi ilə əlaqədar Adil Əbdülmehdinin istefasından sonra əvvəlcə Məhəmməd Təvfiq Ələvi və Adnan əl-Zurfini baş nazir təyin etmə uğursuz olub və aprel ayında Kazimidən hökumətin qurulması istənilib.

Mart ayında Tehranda yüksək səviyyəli bir mənbə MEE-yə bildirib ki, ABŞ bəzi ölkələrə koronavirusla mübarizə aparması üçün İranın tibbi ləvazimatla kömək etməyə razılıq verib.

“Bəzi ölkələrin səyləri İran Mərkəzi Bankına məxsus pulların bir hissəsinin ala bilməsinə səbəb oldu. Bu ölkələr İranın dondurulmuş aktivlərini sərbəst buraxmaq üçün sanksiyalardan yan keçəcək, buna icazə verilib və biz bu məsələni diqqətlə izləyirik”.

O, əlavə edib: “İranın Mərkəzi Bankı pullarının sərbəstləşməsi ilə dərman və həyati ehtiyaclar üçün idxal valyutası qazanıb”.

İranlı mənbə o zaman Tehran və Vaşinqton arasında sövdələşməni təkzib edib. Məlumatı ABŞ Dövlət Departamenti də təsdiqləməyib.

İraq mənbələri isə əksinə. Onlar hələ 2010-cu ildə “əl-İraqiyyə” seçki blokunun qələbəsindən sonra 9 ay davam edən siyasi qarşıdurmadan sonra Nuri əl-Malikinin həm Vaşinqton, həm də Tehran tərəfindən ikinci müddətə baş nazir vəzifəsinə gətirildiyi zaman yaranan presendenti vurğulayıblar.

Mənbələr ABŞ-ın ötən həftə Səudiyyə Ərəbistanından “Patriot” raketlərini çıxarması nəticəsində Körfəzdəki hərbi gərginliyin azaldılmasının da Tehranla razılaşmanın bir hissəsi olduğunu söyləyiblər.

 

Ərəb mediası

ABŞ və İran arasında Kazimi ilə bağlı razılaşma ehtimalı ərəb mediasında şərh edilib.

Londonda nəşr olunan “Əl-Qüds əl-Arabi” qəzeti İraq parlamentinin yeni hökuməti təsdiqləməsinin vacibliyini, ancaq bunun “həlledici məsələ olan İran-Amerika razılaşması sayəsində baş verdiyini” bildirib.

Kaziminin namizədliyi həm Vaşinqtonda, həm də Tehranda ictimaiyyət tərəfindən müsbət qarşılanıb.

İran prezidenti Həsən Ruhani XİN saytındakı açıqlamasında bildirib ki, “bütün gücümüzlə yeni hökumətin yanında olacağıq”.

Bu arada, ABŞ dövlət katibi Mayk Pompeo keçən ay İraq hökuməti ilə iyunda reallaşdırılması planlaşdırılan strateji dialoqun detallarını açıqlayıb. Pompeo danışıqlarda “bütün strateji məsələlərin” gündəmdə olacağını söyləyib.

Əhəmiyyətli olan budur ki, Kaziminin namizədliyi irəli sürüldükdən sonra ilk zəng Səudiyyə Ərəbistanının tacdar şahzadəsi Məhəmməd bin Salmandan gəlib və o, İraqın yeni baş nazirindən İranla vasitəçiliyə başlamasını istəyib.

Bin Salman Kazimini özünə digər namizədlərdən daha yaxın hesab etsə də, Vaşinqtonla Tehran arasındakı dialoqun yenidən başlaması Səudiyyə Ərəbistanı üçün strateji baxımdan yaxşı xəbər deyil. İranda Amerikalı bir məhkumun sərbəst buraxılması ilə bağlı Omanın gizli danışıqları İranla ABŞ arasındakı nüvə sazişi ilə başa çatıb.

İndi ABŞ-ın “Patriot” raketlərini birtərəfli şəkildə çıxarması ilə yanaşı, tac şahzadə Qətərə qarşı 3 illik mühasirəyə son qoyma təzyiqləri altındadır. Bu məqsədlə Küveyt əmiri vasitəçilik səylərini yenidən başlatmaq üçün Qətərə bir nazir göndərib.

“Tramp İrana qarşı maksimum təzyiq siyasətini davam etdirsə də, yeni nüvə sazişi naminə danışıqlar aparmaqdan çəkinməyəcək”, – mənbə deyib.

İraq rəsmisi əlavə edib ki, bu, Vaşinqton və Tehran arasında gələcək razılaşmalarla nəticələnən danışıqlara səbəb ola bilər.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə