XƏBƏR LENTİ

07 İyul 2020
06 İyul 2020

Digər Xəbərlər

25 May 2020 - 23:50

KONQRESƏ TƏQDİM EDİLƏN 6666 NÖMRƏLİ QANUN LAYİHƏSİ:"demokratlar" rəqəmsal peyvəndi məcburiyyətə çevirmək istəyirlər - ARAŞDIRMA

Akif Çarkçı

“Milat” qəzeti, Türkiyə, 20 may 2020-ci il

 

Keçən həftəki yazımızda Bill Qeyts və Rokfeller kimi böyük investorların qurduqları vəqflərlə bəşəriyyəti oda atacaq təhlükəli layihələr üzərində çalışdıqlarını, pandemiya məsələsində Bill Qeytsin barmağının ola biləcəyini qeyd etmişdim.

Hələ bunun üstündən 1 həftə keçməmiş, sabiq MKİ agenti Robert Devid Stiil koronavirus pandemiyası ilə bağlı  “Koronavirus saxta bir pandemiyadır, Amerika Milli Təhlükəsizlik Agentliyi Bill Qeytsin telefon danışığını dinləsin. İnsanları qorxudaraq Bill Qeytsin hazırladığı beynəlxalq peyvəndi dünyaya yaymağa çalışırlar. Bill Qeyts rəqəmsal peyvənd üsulu ilə dünyanı nəzarət altına almaq istəyir” ifadələrini işlədib.

Qeytslə bağlı başqa bir iddia da bununla oxşar tezisdədir. ABŞ Prezidenti Donald Trampın keçmiş məsləhətçilərindən Roqer Ston Microsoft”un qurucusu və rəhbəri Bill Qeytsin insanlara mikroçip taxa bilməsi üçün koronavirus pandemiyasını ortaya çıxardığını iddia edib.

Deməli, şübhələrimizdə əsassız sayılmarıq. Beləliklə, bütün dünyada rəqəmsal inqilabın lideri hesab olunan Bill Qeyts, həqiqətən də, bəşəriyyəti nəzarət altına ala bilmək üçün bəzi layihələr həyata keçirir.

Keçmiş MKİ agentinin açıqlamaları əbəs deyil. ABŞ-da yaxın zamanlarda gündəmə gələn yeni qanun layihəsi elə bu mövzu ilə sıx bağlıdır. “Microsoft”un qurucusu Bill Qeytsin “rəqəmsal peyvənd pasportu məcburidir” çağırışı öz qarşılığını tapdıb və ABŞ-da demokratlar 6666 nömrəli qanun layihəsini konqresə təqdim ediblər.

“COVİD-19” da adlandıra biləcəyimiz bu qanun layihəsində artıq evlərə icazəsiz girmək mümkün olacaq, ailələrin icazəsi olmadan uşaqlar onlardan alına biləcək, bu peyvəndə razılıq verməyənlər sosial həyatdan təcrid olunacaq və ən önəmlisi, Bill Qeytsin yeni layihəsi hesab edilən rəqəmsal peyvənd pasportu məcburi olacaq. Demokrat qanadın qanun təklifinə görə, “COVİD-19” peyvəndi olmayanlar məktəblərə, kilsələrə, akademik təşkilatlara girə bilməyəcək. 

Buradan anlayırıq ki, qlobalistlər baş verənlərin davam edəcəyini proqnozlaşdırırlar və buna hazırlıq işləri görürlər. ABŞ isə bu hazırlığın mərkəzi olaraq seçilib.

ABŞ-dan başlayaraq koronavirusa qarşı bir tədbir olduğu iddia edilən bu peyvənd məcburi olacaq və bəlkə də, bu peyvəndi bütün dünyada tətbiq etmək üçün cəhdlər ediləcək.

Keçən həftə qeyd etdiyimiz kimi, Bill Qeyts Vəqfinin bəzi nümayəndələri Ankaradakı bəzi rəsmi qurumları ziyarət ediblər və deyilənə görə, nazirliklərin birində iclas da keçirilib.

Beləliklə, anlayırıq ki, Bill Qeyts Vəqfi ilə koronavirus və rəqəmsal peyvənd arasında sıx əlaqə var. Qeytsin bu peyvəndi artıq istehsal etdiyi və onu bütün dünyaya satmağa çalışdığı iddia edilir.

Əlbəttə, adı “peyvənd” olan bu məhsul təkcə peyvənd deyil. Bu peyvənd vasitəsilə, bəlkə də, minlərlə insana rəqəmsal şəxsiyyət vəsiqəsi veriləcək və həmin insanları bioloji cəhətdən idarə edə bilməyin yolları axtarılacaq.

Bütün bunlar sui-qəsd nəzəriyyəsi ola bilərmi? Mən belə düşünmürəm. Yadınızdadırsa, təxminən, 5-10 il əvvəl “Microsoft”un dünyada geniş yayılmış məhsullarının (xüsusilə də internet əsaslı məhsullar) kəşfiyyat məlumatları əldə etmək üçün yaxşı vasitə olduğu müzakirə edilirdi. Sonra məlum oldu ki, ABŞ kəşfiyyat qurumları Türkiyənin də daxil olduğu bir çox elektron poçt ünvanını yaxından izləyir. Deməli, texnologiya sadəcə olaraq, insanların həyatını asanlaşdırmaq üçün hazırlanan “məsum” cihazlar deyil.

Texnologiya, bəşəriyyəti ümumi tendensiyaları, istehlak vərdişlərini, rabitə şəbəkələrini və şəxsi həyatlarını izləmək üçün bir virtual mərkəzdə və ya virtual bir xətt üzərində bir araya gətirərək inkişaf etdirilir.

Bu gün texnologiya bioloji silahla rəqəmsal dünya arasındakı əlaqələr şəbəkəsini idarə etmək üçün istifadə olunan bir cihaz olaraq ortaya çıxır. Bir çox elm adamı kimi, Ümumdünya Səhiyyə Təşkilatının açıqlamalarına etibar etmirəm və inanıram ki, COVİD-19 insan tərəfindən hazırlanmış bioloji silahdır.

Bu yeni nizamın memarları arasında indi Bill Qeyts və oxşar paramilitarist (tam hərbi sayılmayan, yarı hərbiləşdirilmiş) qüvvələrin olduğu aydın görünür. İndi isə izləyək, görək, bunun arxasından daha nələr çıxacaq?

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə