XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

11 Mart 2016 - 12:18

Məşhur fransız filosofu Levi:Avropanın 28 milləti ayağa qalxsın: SOS siqnalı çalınır – Təhlil

 

levi

Bernar – Anri Levi,

"La Regle du Jeu" (Fransa)

 

Strateq.az-ın ARAYIŞI:

Bernar Anri Levi məşhur fransız siyasi icmalçısı, jurnalist, filosof və yazıçıdır.

67 yaşlı Levi Avropada “yeni fəlsəfə” məktəbinin banilərindən biridir. O, müasir marksizmin tənqidçilərindəndir.  Bu barədə kitabı “İnsan sifətli barbarlıq” adı ilə 1977-ci ildə nəşr edilib.

90-cı illərin əvvələrində keçmiş Yuqoslaviyada münaqişəni işıqlandırıb. Bosniya müsəlmanlarını müdafiə edib.

Levi islam fundamentalizmi ilə mübarizə aparır. 2005-ci ildə Salman Rüşdi ilə birlikdə “Bir yerdə yeni totalitarzimə qarşı!” manifesti ilə çıxış edib. O, müsəlman həyat tərzinin Avropada yayılmasının əleyhdarı kimi tanınır. 

Gürcüstanla Rusiya arasında 2008-ci ildəki müharibə zamanı Tiflisdən reportajlar hazırlayıb, Mixail Saakaşvili ilə müsahibə götürüb. 2013-cü ildə Suriyaya qarşı aktiv təbliğat aparıb. Bəşər Əsəd hakimiyyətinin devrilməsinə çağırıb.  2014-cü ildə Ukrayna hadisələri zamanı Maydanda çıxış edib.  Onun çıxışı “Le Mond” qəzetində “Biz hamımız ukraynalıyıq” manşeti ilə verilib.

Aşağıda onun "La Regle du Jeu"da getmiş yazısını təqdim edirik:

 

***

 

Avropa mühacir böhranı basqısı altında bölüm-bölüm dağıla bilər. Və  heç vaxt olmadığı qədər bu gün qarşımızda dəqiq seçim durur: Avropa, ya da cəhalət.

AB ölkələrindən biri dgərindən səfirini geri çağırır. Daha biri (üzv dövlətlər arasındakı bütün həmrəylik qaydalarına baxmayaraq) əsil mühacir yığınına çevrilir, sonra isə kasa daşanda nəsə təcrid olunmuş bir şəhəryanı qəsəbəyə, orta əsrlərin nəhəng cüzam xəstəxanasına çevriləcək.

Şengen zonası hissə-hissə səpələnir. Rəsmi sammitlər dalbadal gəlir, amma qərarlar (keçən həftə Avstriyadakı kimi) bölgəsəl görüş kimi qanuni gücü olmayan tədbirtək lağa qoyulur. Başlı başını saxlayır ki, bu da hərc-mərclik törədə bilər.

Milli təkəbbür cəngəllik, həm də əsil, Kaledəkindən dəhşətli cəngəllik qanunlarına tay olur. Başqa sözlə, mühacir böhranı Avropanı dağılma həddinə itələyir.

Avropa ruhu katalepsiyaya (bədənin və ayrı-ayrı orqanların quruması və iradi hərəkət qabiliyyətinin itməsi-red.). düşür, çünki qoprxaq və bəsirətsiz hökumətlərin hökmündədir.

İstisna deyil ki, hazırda nə keçən ilki Yunanıstan böhranının, nə 2008-in maliyyə fəlakətinin, hətta nə də Vladimir Putin manevrlərinin nail ola bildiyini müşahidə edirik: Dantenin, Husserlin və Rober Şumanın böyük arzusunun məhvini. 

Bütün bunlar Brüssel hökumətinin necə hərəkətsiz və tosqun bürokratiyaya, Pol Moranın hələ imperator Frans-İosifin portretində ələ saldığı tac qoymuş dəftərxana siçovuluna döndüyünü görərkən mənim kimi təşviş keçirənlərə çətin ki qəribə görünsün.   

Bu qan duruldulma prosesinin şahidi başqa bir yazıçı  onları “norma” şahzadələri, “əndazə və kəmiyyət” və “statistika” kralları adlandırdı. Böyük tarix və ya heç olmasa, böyük siyasət haqda fikirlər onlara nəsə tamamilə təsəvvür edilməz olub. Ətalətin taqətdən saldığı  və çırpıntısız, layihəsiz və bələdçi ulduzsuz məhv olan yeni cəfəngiyyatlar krallığı qarşımızdadır… Lunatik liderlərimizin sələflərinin bütün səhvlərini mız-mızı vəcddə viran etdiyi toran laboratoriya…

Fəlakət öz məntiqi sonluğuna yetişsə, artıq bir neçə onillik boyu qınadığımız səhvə bərabər miqyaslarda faciədən söhbət gedəcək: Avropa heç də hansısa təbii varlıq və ya tarixi qəzavü-qədər deyil. İlahi qədərə və yaxud tənbəl tərəqqiçiliyə uymaq olmaz: Roma imperiyası, Böyük Karl, V Karl, Müqəddəs Roma imperiyası, Habsburqlar imperiyası və hətta Napoleonun dönəmlərində bütün bu Avropalar artıq Avropa, əsil, gözəl Avropa idi və insanlar – indi bizim kimi –  onları qaya kimi möhkəm, tarixin mərmərindən həmişəlik yonulmuş sayırdılar. Ancaq, budur, onlar çökdü.

Keçmişin ibrətlərinə söykənmək və təbiiliyə zidd, Avropa rəhbərliyinin sərsəm və demək olar ki, dəlicəsinə höcətliyi olmadan Avropanın həmişə dağılmaq üçün səbəbləri olduğunu anlamaqla siyasi və mənəvi yüksəliş üçün hələ vaxt var. Qaçılmazı ancaq bu cür dəf etmək mümkündür.

İkisindən biri.

Ya heç bir tədbir görmürük, “başlı başını saxlasın” dalğasının yüksəlməsinə imkan veririk və milli hiddət Avropa arzusunu həmişəlik quylayır, onu ancaq biznes mühitinə aid olan vahid bazarın qalıqlarına çevirir və xalqlarn rəyini və barışığq, demokratiya və hüququn  təntənəsinə cəhdini ifadə etmir.

Ya da Avropanın 28 milləti ayağa qalxır və əməl etmək qərarına gəlir: —  -ümumi evimizin qapısını döyən yoldaşlarımıza münasibətdə bəlirləməli olduğumuz qonaqpərvərlik məsələsi üzrə Angela Merkelin xəttinə;

-Fransua Ollandın Suriya və ölkə sakinlərini məhv edən, onları milyonlar halında qaçmağa vadar edən və indiki faciənin əsil səbəbi olan ikiqat vəhşilik məsələsi üzrə xəttinə;

Hər iki lider ümumi həqiqtən özlərinə aid hissəsini daim bir-birinə  nümayiş etdirir və bunun çulğaşması frank-alman oxunun əsil yaranışının yeganə təminatıdır. Küncə qısnanmış Avropa yalnız bu zaman özünə gələ bilər və sağ qalmaq, hətta irəli getmək şansı qazanar. Çünki seçim indi heç vaxt olmadığı qədər sadədir: Avropa, ya da cəhalət. Xalqların yoxsulluğu, siyasi və sosial tənəzzül. Əsil siyasi inteqrasiyaya addım (bu, müasirliyin qorxunc çağrışlarına yeganə mümkün cavabı ifadə edir) və yaxud qaçılmaz iflas, tarixdən düşmək və ola bilsin, hətta müharibə…

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə