Rusiya Təhlükəsizlik Şurasının katibi MDB ölkələri ilə bağlı sensasiya sayıla biləcək məlumat açıqlayıb.
Nikolay Patruşev bildirib ki, MDB ölkələri ərazisində ABŞ strukturlarının himayəsində hərbi yönümlü bioloji silah yaradılması ilə bağlı laboratoriyalar fəaliyyət göstərir: “Digər problemlər də var, bu hərbi yönümlü bioloji silahın yaradılmasıdır. Bu işlərə çoxlu maliyyə ayrılır. Bu, on milyardlarla dollardır. ABŞ-ın himayəsində olan, onların idarə etdiyi laboratoriyalar 20 dəfə artıb. Bunların sırasında, eyni zamanda MDB ölkələrində onların rəhbərliyi altında fəaliyyət göstərmiş və göstərən laboratoriyalar da var. Buna görə bu problem realdır”.
RİA Novosti agentliyinin xəbərinə görə, o qeyd edib ki, ABŞ 2028-ci ilə kimi kimyəvi silahları ləğv etmək niyyətindədir. Amma əvvəlcə bunun Rusiya kimi 2020-ci ilə qədər həyata keçirilməsi planlaşdırılmışdı.
Strateq.az