XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 October 2015 - 13:07

Çindən ABŞ-a şok xəbərdarlıq – Müharibə başlaya bilər

Cenubi-CIN denizi.jpg

 

Çin Hərbi Dəniz Qüvvələrinin admiralı U Şenli amerikalı həmkarı ilə videokonfrans zamanı regionada Vaşinqtonun hərəkətlərinin "təxribat xarakterli" olduğunu qeyd edib. Onun sözlərinə görə, "kiçik insidentlər müharibəyə səbəb ola bilər".

Röyter agentliyinin məlumatına görə, Çin Hərbi Dəniz Qüvvələrinin komandanı bildirib ki, "kiçik insidentlər, müharibəyə səbəb ola bilər". Amerikalı həmkarı admiral Con Riçardsonla Cənubi Çin dənizində ABŞ-ın Lassen esminetsinin Pekinin icazəi olmadan dənizin akvatoriyasına daxil olmasına münasibət bildirərən çinli admiral bu barədə danışıb.

Xatırladaq ki, 3 gün əvvəl Çin XİN ABŞ gəmisinin icazə almadan Cənubi Çin dənizində mübahisəli Nanış (Spartli) adası yaxınlığında akvatoriyaya daxil olmasına sərt rekasiya vermiş, bunu Çinin suverenliyinə qarşı addım adlandırmışdı.

Pentaqon Cənubi-Çin dənizində əməliyyat keçirilməsi faktını təsdiqləyib və gələcəkdə bu əməliyyatların təkrarlanacağını istisna etməyib. ABŞ müdafiə naziri Eşton Karterin sözlərinə görə, "əməliyyatlar yaxın həftələr və aylarda da aparılacaq". ABŞ bəyan edib ki,  beynəlxalq hüquq normalarana  cavab verdiyi təqdirdə patrul əməliyyatları davam etdiriləcək.

Çin və ABŞ-ın Cənubi Çin dənizi regionunda üz-üzə gəlməsi ilk dəfə deyil. Çin Cənubi Çin dənizindəki adaların 80%-nə iddia edir və onlar üzərində suveren huquqlarının olduğunu bildirir. Bu bölgədə daha çox nəzarətə sahib olmaq Pekin üçün həyatıvacib əhəmiyyəti malikdir. Belə ki, Cənubi Çin dənizi Çinin Avropa, Yaxın Şərq, Afrika ilə ticarətini təmin edən qlobal dəniz yolunun mərkəzində yerləşir. Bu qlobal dəniz ticarət yolu, həmçinin Yaponiya, Cənubi Koreya və bir çox ASEAN ölkələri üçün eyni dərəcədə vacibdir. ABŞ-ın da Sakit okeanın Şərqi ilə ticarəti və buradakı müttəfiqləri ilə əlaqələri bu yol vasitəsilə həyata keçirilir. Məhz bu səbəbdən Cənubi Çin dənizi qlobal rəqabətin vacib məntəqələrindən birinə çevrilib.

Pekində ehtiyat edirlər ki, bu yolu qapatmaqla ABŞ və müttəfiqləri onu faktiki olaraq blokadaya ala bilərlər. Bu zaman alternativ yol Orta Asiya ölkələri üzərindən keçir. Qlobal ticarət üçün isə bu alternativ marşrut hələ hazır deyil və istənilən halda dəniz yolunu tam əvəz edə bilməz. Vaşinqtonda və onun Şərqdəki müttəfiqləri də eyni addımın Çin tərəfindən atıla biləcəyini istisna etmirlər.

Məhz bu səbəbdən Cənubi Çin dənizi ətrafında strateji üstünlüyə malik olmaq uğrunda mübarizə başlayıb, son dövrlər isə bu rəqabət daha sərtləşib.

Çin Spartli adalarında təyarələr üçün 3 enmə-qlxma zolağı tikib, radar və kommunikasiya qurğuları yerləşdirib. Eyni zamanda hərbi gəmilərin qəbulu üçün limanları dərinləşdirib. Vaşinqtonda bildirirlər ki, bu addımlar Çinin bölgədə hərbi-hava hücumundan müdafiə zonası yaradılmasına hesablanıb. Bundan əvvəl Çin Şərqi Çin dənizində belə zona yaradıldığını bəyan ediblər.

Pekinin Cənubi Çin dənizində möhkəmlənməsiə qarşı Vyetnam, Malayziya, Bruney və Tayvan qarşı çıxır. Fillipin də ABŞ-ı dəstəkləyir. ABŞ Fillipinin 8 hərbi bazasından istifadə edir.

Çin rəhbəri Si Tsizipinin sentyabrda baş tutan ABŞ səfərindən sonra Vaşinqtonla-Pekin arasında bu məsələlərlə bağlı anlaşma əldə oluna bilməməsi tərəflərin daha da fəallaşmasına səbəb olub. Vaşinqton bölgəyə əlavə hərbi-dəniz qüvvələri göndərib və patrul hərəkətləti həyata keçirilən zonanı genişləndirib. ABŞ hərbi rəsmiləri Çindən Cənubi Çin dənizində hərbi obyektlərin tikintisinin dayandırılmasını tələb ediblər.

Eksperlət qeyd edirlər ki, Çin lideri ilə o qədər də uğurlu olmayan danışıqlardan sonra Obama administrasiyası Cənubi Çin dənizi və Sakit okeanda Pekində ABŞ-ın hərbi gücünü tam həcmdə nümayiş etdirmək qərarı verib.

Zaur İbrahimli

Strateq.az