XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

26 Oktyabr 2015 - 13:09

Prezidentə qarşı qiyam qaldıran SSRİ KQB-si necə çökdürüldü? – 17 oktyabrı məşhur 17 avqusta oxşadan tarix…

yeltsin-33.jpg

MTN ətrafında baş verənlər xüsusi xidmət orqanları və siyasət mövzusunu yenidən aktuallaşdırıb. 

Bu bir həqiqətdir ki, xüsusi xidmət orqanları mahiyyət etibarı ilə siyasətdən, ölkədə ən vacib qərarların qəbulundan kənarda qala bilməzlər. Xüsusi xidmət orqanları dövlətin hər şeyi görən, qeydə alan “gözü” və “qulağı” funksiyasını yerinə yetirməklə, ölkədə sabitliyin, əmin-amanlığın təmin edilməsində və milli maraqların qorunmasında fövqəladə vacib rola malikdirlər.

Tarixdə xüsusi xidmət orqanlarının dövlət çevrilişlərinin, vətəndaş qarşıdurmasının, xarici müdaxilələrinin qarşısının alınması ilə bağlı saysız nümunələri var.

Funksiyalarına və həll etdiyi vəzifələrə uyğun olaraq, xüsusi xidmət orqanlarına hədsiz böyük səlahiyyətlər verilir. Bu səlahiyyətlərlə xüsusi xidmət orqanları dövlət sistemində çox mühüm quruma – faktiki, dövlət içərisində dövlətə çevrilərək, bir çox hallarda bütün cəmiyyət üzərində total nəzarəti ələ almağa, əsas siyasi, iqtisadi qərarların qəbulundə həlledici mövqeyə sahib olmağa çalışırlar.

Xüsusi xidmət orqanlarının tarixində bu cür halların sayı kifayət qədərdir.

Bir qayda olaraq, xüsusi xidmətin sərhədləri aşan fəaliyyətinin qarşısının alınması üçün siyasi rəhbərlik, siyasi liderlər olduqca çətin və sərt, cəsarətli  qərarlar qəbul etməli, addımlar atmalı olurlar və bu zaman bütün cəmiyyəti səfərbər etməyə çalışırlar.

Tarix sübut edir ki, belə situasiyalarda cəmiyyətin, dövlət aparatının, ən əsası isə komandanın dəstəyi siyasi liderləri xüsusi xidmət orqanlarını cilovlamaqda həlledici amil olur.

Bunun ən bariz nümunəsini Rusiyanın mərhum prezidenti Boris Yeltsin yaxın tariximizdə – 1991-ci ildə nümayiş etdirmişdi.

Xatırladaq ki, 1991-ci il avqustun 19-da SSRİ-nin vitse-prezidenti Yanayevin rəhbərliyi altında Dövlət Fövqəladə Vəziyyət Komitəsi ("QKÇP") yaradılıb. Bununla da həmin günlər istirahətdə olan prezident Mixail Qorbaçov hakimiyyətdən kənarlaşdırılıb, Krımdakı malikanəsində təcrid olunub, Moskvaya isə ağır hərbi texnika yeridilib. Ancaq avqustun 22-də komitə ləğv olunub, üzvləri həbsə atılıb. Kütləvi etirazlar nəticəsində ölkəyə nəzarət faktiki Rusiya Sovet Federativ Sosialist Respublikasının prezidenti Boris Yeltsinin əlinə keçib. Moskvada Ağ Evin müdafiəsində 3 nəfər həlak olub.

Sonradan 1991-ci il 19-21 avqust qiyamını araşdıran Xüsüsi Komissiya yaradılmışdı. Komissiyaya hazırda Rusiyada Hesablama Platasının sədri postunu tutan Sergey Stepaşin rəhbərlik edirdi. Komissiya aşkarlamışdı ki, dövlət çevrilişinin həyata keçirilməsində əsas rol məhz KQB-yə – Dövlət Təhlükəsizlik Komitəsinə (DTK) məxsus olub.  “QKÇP” əməliyyatının başında duranlardan biri SSRİ KQB-nin (DTK) sədri Vladimir Kryuçkov idi. 

15 avqustdan etibarən, məhz KQB sədrinin göstərişi ilə hökumətin bütün üzvlərinin, deputatların, Baş Prokurorun telefon danışıqları dinlənilməyə alınmış, hərəkət marşrutları izlənilməyə başlanılmışdı.

Eyni zamanda, SSRİ prezidenti Mixail Qorbaçovun fransalı həmkarı Fransua Mitteranla danışıqları da dinlənilmişdi.

Qiyamın hazırlığına iyun ayından başlanılmış, avqustun 5-dən etibarən isə aktiv fazaya keçmişdi. Qiyamçılar prezident Mixail Qorbaçovun SSRİ-ni Suveren Respublikaların İttifaqına çevrilməsi planını pozmaq niyyətində idilər. M.Qorbaçov müttəfiq respublikalara, faktiki olaraq, siyasi və iqtisadi müstəqillik verilməsini nəzərdə tutan planını həyata keçirməyə başlamışdı və müvafiq danışıqlar aparılırdı.

Qiyamçılar bunun qarşısını almaq üçün 17 avqustda bir araya gələrək, gələcək planları müzakirə etmişdilər.  Plana görə, Qobaçov hakimiyyətdən getməyə razı salınmalı, Qazaxıstandan səfərdən qayıdan B.Yeltsin isə 18 avqustda hava limanında saxlanılmalı idi.

Amma nə Qorbaçov, nə də Yeltsin qiyamçıların təkliflərini qəbul etmədilər.

Ağ Evdə SSRİ hökuməti üzvlərinin və siyasi rəhbərliyin təmsilçilərinin həbs olunması və nəzarətə götürülməsini də DTK həyata keçirməli idi. Plana görə, SSRİ DTK-nın “Alfa” qrupu həbslərə başlamalı, Daxili İşlər və Müdafiə Nazirliklərinin seçilmiş diviziyaları isə bu qrupa dəstək olmalıymışlar. Amma sonradan “Alfa” qrupu Boris Yeltsinin tərəfinə keçdi.

Son illərin araşdırmaları üzə çıxarıb ki, DTK SSRİ prezidentinə heç də bütün hesabatlarını təqim etmirmiş. Eyni zamanda, açılan arxiv materialları göstərir ki, avqust qiyamının əsas ideya müəllifi və faktiki rəhbəri SSRİ DTK-nın rəhbəri Kryuçkov olub…

Sonradan M. Qorabçov və B.Yeltisinin qisası isə çox ağır oldu: 1991-ci ilin dekabrında DTK-nın Sərhəd Qoşunlarının İdarəedilməsi Baş İdarəsi ləğv olundu; 3 dekabr 1991-ci ildə “Xüsusi xidmət orqanlarının yenidən təşkili haqqında” qanun qəbul edildi; KQB ləğv edildi, onun yerinə Respublikalararası Təhlükəsizlik Xidməti  və SSRİ Mərkəzi Kəşfiyyat Xidməti yaradıldı…

18 dekabrda isə Rusiya Xarici Kəşfiyyat Xidməti yaradıldı. 1991-ci il 26 noyabrda RSFSR DTK-nın bazasında RSFSR Federal Təhlükəsizlik Xidməti yaradılması ilə bağlı Yeltsinin fərmanı imzalandı. Yeltsin xüsusi rabitə xidmətini, xüsusi mühafizə xidmətini Federal Təhlükəsizlik Xidmətindən ayırdı…

Xüsusi xidmət orqanlarının fəaliyyəti ilə bağlı islahatlar isə 1995-ci ilə kimi davam etdi…

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə