XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 October 2015 - 13:12

Prezident İlham Əliyevdən sensasion qərar -Nazir Eldar Mahmudov vəzifəsindən azad edildi

eldar-2.jpg

Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Əhməd oğlu Mahmudov vəzifəsindən azad edilib.

 

Strateq.az bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Xatırladaq ki, Eldar Əhməd oğlu Mahmudov 1956-cı ildə Bakı şəhərində  anadan olub. 

1978-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit, 1993-cü ildə isə BDU-nun hüquq fakültəsini bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.

1980-2004-cü illərdə daxili işlər orqanlarında xidmət edib. Bu dövrdə mütəşəkkil cinayətkarlıqla mübarizə, cinayət-axtarış strukturlarında çalışıb.

1993-cü ildə Azərbaycan Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi vəzifəsinə təyin edilmiş, bir müddətdən sonra həmin idarənin rəis müavini vəzifəsinə irəli çəkilib.

1993-2003-cü illərdə İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin və İqtisadi sahədə Əməliyyat-Əlaqələndirmə Bürosunun rəisi vəzifələrində işləyib.

2004-cü ilin əvvəlindən isə Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

 23 iyul 2004-cü il tarixdə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri təyin olunub  və ona general-mayor hərbi rütbəsi verilib.

 16 mart 2005-ci il tarixdə  general-leytenant hərbi rütbəsi verilib.  27 mart 2014-cü il tarixdə isə general-polkovnik ali hərbi rütbəsi verilib.

Ailəlidir, üç övladı vardır.

Strateq.az