XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

17 Oktyabr 2015 - 13:13

Angela Merkel Türkiyəyə niyə gəlir? – Avropa Ankara ilə anlaşmağa çalışır

merkel-erdoqan-1.jpg

Sabah Almaniya kansleri Angela Merkel Türkiyərə rəsmi səfərə gələcək. Alman mediası qeyd edir ki,  Berlin miqrant böhranın həllində dəstək istəyir. Eyni zamanda xanım Merkel Ankara-Avropa İttifaqı münasibətləri, Yaxın Şərqdəki vəziyyət və Suriya münaqişəsi ilə bağlı məsələləri Ərdoğanla müzakirə etmək niyyətindədir.

Ekspertlər bu  səfərin Avropa İttifaqı dövlət başçılarının 15 oktyabr  sammitindən dərhal sonraya təsadüf etməsinə xüsusi diqqət çəkirlər. Qeyd edək ki, sammitdə Avropanın üzləşdiyi mühacir böhranının həlli üçün Türkiyə ilə sıx əməkdaşlıq edilməsi, Ankarının tələb etdiyi 3 milyard avro vəsaitin ayrılması ilə bağlı qərarlar qəbul edilmişdi. Eyni zamanda Avropa İttifaqı ilə Türkiyə münasibətlərinin bir çox aspektləri müzakirə olunmuş, Ankaranın Avropa perspektivi ilə bağlı fikir mübadiləsi aparılmışdı.

A.Merkelin Türkiyəyə planlaşdırılmamış səfəri Almaniyada   birmənalı qarşılanmayıb. Müxalifət partiyaları kanslerin Türkiyədə seçki kampaniyasının qızğın vaxtında Ərdoğanla görüşə getməsini tənqid ediblər. Bundestaqın "İttifaq-90/Yaşıllar" partiyasından olan vitse-spikeri  Klaudia Roth bildirib ki,  xanım Merkel  "minalı sahəyə" girib və Ərdoğana seçki kampaniyasında kömək etməyə çalışır.  Xristian-Demokratik İttifaqı fraksiyasının üzvü  Roderix Kizivettle bəyan edib ki, Almaniya Ərdoğnın "zəhərləmiş təklifini" qəbul etməməlidir. Belə ki, o, mühacirlər məsələsində yardım edilməsinin əvəzində Suriya və kürdlərlə münaqişə ilə bağlı məsələlərdə güzəştlər qoparmağa çalışır.

Sosial-demokratların parlament təmsilçisi Nils Annen hesab edir ki, Merkel düzgün addım atır, amma Ərdoğana yardım etməsi təəssüratının yaranmaması üçün o, müxalifət partiyaları ilə də görüşməldir.

Alman ekspertlərinin fikirincə, Merkeli Türkiyəyə aparan sırf praqmatik maraqlardır. Avropada aydın başa düşürlər ki, Avropa İttifaqının Yaxın Şərq siyasəti üçün Türkiyə ilə əməkdaşlıq çox vacibdir. Türkiyədə sabitliyin pozulması Avropanı da  təhdid edir. Eyni zamanda güclü Türkiyə Avropa üçün bufer zona rolunu oynayır. Bu baxımdan bir çox məsələlərdə Ankara ilə birgə fəaliyyət göstərmək Avropa İttifanın maraqalarına cavab verir.

Türkiyənin də Avropadan umacağı çox şey var. İlk növbədə kürd sepratçılarına dəstəyin kəsilməsi Ankaranın əsas tələbləri sırasındadır. Berlin kürdlərin ənənəvi hamisi kimi çıxış edir. Kürd separatçılara qarşı hərbi əməliyyatlar daha çox Berlində tənqid olunur.

Ankara Suriya məsələsində də dəstək istəyir və Əsədlə hər hansı danışığı rədd edir. Əsədsiz Suriyanın siyasi düzəninin qurulmasında maqlarının nəzərə alınmasına səy göstərir.

Nəhayət Avropa İttifaqı ilə münasibətlərdə üzvlük  perspektivi rel olmasa belə, strateji tərəfdaş statusu və müvafiq güzəştlər əldə etməyə çalşır.

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə