Bu gün BMT Baş Assambleyasında BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərinin seçkisi keçiriləcək. Baş Assambleya üzvləri gizli səsvermə ilə 1 yanvar 2016-cı il tarixdən iki il müddətində Təhlükəsizlik Şurasına üzv olacaq 5 ölkəni seçməlidirlər. Baş Assambleyanın bu məsələ ilə bağlı iclası Moskva vaxtı ilə 17.00-a təyin olunub. Baş Assambleyada təmsil olunan 193 ölkənin nümayəndəsi səsverdikdən sonra 45 dəqiqəlik fasilə elən olunacaq və bülletenlər sayılacaq.
Bundan sonra Baş Assambleyanın 70-ci sessiyasına sədirlik edən Moqnes Lyukketfot nəticələri elan edəcək.
Bu il Baş Assambleyada səsvemənin intiriqasız keçəcəyi gözlənilir. Çünki Təhlükəsizlik Şurasına üzvlüyə iddialı olan 5 ölkənin namizədləri artıq regional qruplar tərəfindən təsdiqlənib. Bunlar Misir və Seneqal (Afrika ölkələri qrupu), Ukrayna (Avropa və digər ölkələr qrupu), Uruqvay (Latın Amerikası ölkələri qrupu) və Yaponiyadır (Asiya-Sakit okean ölkələri qrupu). Əvvəlcə namizədlər sırasında Banqladeşin də adı olub, amma bu ölkə namizədliyini Yaponiyanın xeyrinə geri götürüb.
Bu namizədlərin Təhlükəsizlik Şurasına üzv seçilməsi üçün onlar Baş Assambleyada təmsil olunan ölkələrin səslərinin üçdə ikisini almalıdırlar.
Təhlükəsizlik Şurası üzvləri 1 yanvardan etibarən iki illik müddəti başa çatan öz regionlarını təmsil edən ölkələri əvəzləyəcəklər. 1 yanvarda Çad və Nigeriya, Çili və İordaniyanın Təhlükəsizlik Şurasında üzvlüyünün müddəti başa catacaq. İspaniya, Anqola, Yeni Zellandiya və Venesuela 2016-cı ilin sonuna qədər Təhlükəsizlik Şurasının tərkibində qalacaqlar.
Baş Assambleyanın bugünkü iclasında namizəd ölkələrin XİN başçıları da iştirak edəcək.
Hazırda Təhlükəsizlik Şurası üzvlyünə namizədlərdən daha təcrübəlisi Yaponiyadır. Bu ölkə 10 dəfə iki il müddətinə qurumun üzvü seçilib.
Qeyd edək ki, Təhlükəsizlik Şurası BMT-nin əsas orqanıdır. Qurumun 15 üzvü var. Veto hüququ olan 5 daimi (Çin, ABŞ, Rusiya, Böyük Britaniya və Fransa) və yarısı hər il yenilən 10 qeyr-daimi üzvü var.
BMT Nizamnaməzinin VII bəndinə əsasən Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr BMT üzvləri üçün məcburi xarakter daşıyır. Bunların yerinə yetirilməməsi sanksiyalara səbəb ola bilər. Qətnamənin qəbul olunması üçün 9 ölkə lehinə səs verməlidir. Bir şərtlə ki, daimi üzvlərdən heç biri veto qoymasın.
Xatırladaq ki, Azərbaycan Respublikası ilk dəfə BMT üzvü olan ölkələrin 155 səsini toplayaraq 24 oktyabr 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının iki illiyə (2012-2013) qeyri-daimi üzvü seçilib.
Strateq.az