Dünya ABŞ Federal Ehtiyalar Sisteminin (FES) tarifləri artırmağına hazırlıq görür. Təkcə bu gözləntinin özü neft, qızıl, əlvan və qara metalların qiymətinə zərbə vurdu. İnkişaf etməkdə olan bazarların əksəriyyəti isə labüd şəkildə ziyana düşür.
ABŞ-ın fövqəlyumşaq pul siyasəti artıq bu il başa çatır. FES iyulun 29-da tarifləri artırmadı, lakin bunun yaxın aylarda, ola bilsin, artıq sentyabrda baş verəcəyinə eyhamlar daha da konkretləşib. Xammal bazarlarında mümkün çöküş, inkişaf etməkdə olan iqtisadiyyatlarda problemlər nəticələr sırasındadır.
Bazarlar yeniliyi sakit qarşıladı, qərar gözlənilən idi, korreksiya əvvəlcədən keçdi. Türkiyə, Meksika, Braziliya, Güney Afrika, Malayziya, İndoneziya və Tailandın valyutaları çoxillik minimiuma qədər enib.
Qızıl xüsusən güclü şəkildə ziyan çəkdi. İyulun 30-da onun qiymət təyini (1 troya unsiyasına 1085 dollar) növbəti dəfə beş il əvvəlki minimuma enib. Yeri gəlmişkən, prakrik olaraq bütün xammal kompleksi çökür. WTI markalı neft artıq yanvar minimumdan aşağı alınıb satılır. Lakin qızılın və digər qiymətli metalların qiymətinin düşməyi daha həyəcanlı siqnaldır. Görünür, qarşıda dünya iqtisadiyyatını olduqca sərt dönüşlər gözləyir.
Amerika qəddini düzəldir
ABŞ-ın pul-kredit siyasətini sərtləşdirəcəyinin bütün ilkin şərtləri mövcuddur. İqtisadiyyat 2008-2009-cu il böhranından sonra tam şəkildə bərpa olunub. BVF-nin proqnozlarına görə, 2015-ci ildə ABŞ-da ÜDM-in artımı 2,5% təşkil edəcək. İşsizlik böhranöncəsi səviyyəyə çatıb – 5,3%. Gerçək gəlirlər artır, inflyasiya aşağıdır – ildə cəmi 0,1%, lakin ucuzlaşmış enerji göstəriciyə güclü təsir edir.
Bəzi ekspertlər bu əlamətdə hətta yeni “qabar” görürlər. Hinde Capital yatırım şirkətinin analitiki Sin Korriqan deyir: “İnşaat bumlarından sonra fəlakətlərin baş verdiyi haqda birmənalı tarixi dəlilləri, həmçinin develomentin tarif faizinin iqtisadiyyatın ən həssas sektoru olduğunu nəzərə alsaq, nə qədər ki, çox gec deyil, nəhayət, hərəkətə keçəcəksinizmi, Canet?”
Çoxları FES-nin rəhbəri Canet Yelleni tartifləri yüksəltməyə çağırır. “Qırğılar” güman edirlər ki, son dərəcə aşağı (0-0,25% diapozonda) tarif faizi böhrana tam uyğun idi. İndi isə yumşaq pul-kredit siyasətinə ehtiyac qalmayıb. Və hətta ziyanlıdır. Birincisi, aşağı tarif dövlətin israfçılığına yol verir. Dövlət istiqrazları üzrə tarif son dərəcə aşağıdırsa və borcun ödənilməsi çətin deyilsə, onda niyə daha çox alınmasın? İkincisi, kapitalın effektsiz və hətta destruktiv şəkildə sərfinə yol açır. Ucuz pullar birbaşa qovuğa axır. Xatırladılan mülk bazarından başqa, ABŞ-ın fond bazarı da narahatlıq doğurur: o, 2011-ci ildən bəri praktik olaraq ciddi korreksiyasız FES-in ucuz likvidliyindən artıb.
Amerikanın Yardeni Research konsaltinq şirkətinin başçısı Ed Yardeni artımın mexanikasını izah edir: “Korporativ istiqrazların gəlirliliyi S&P 500 indeksindəki səhmlərin dividend gəlirliliyindən aşağıdır. Bu, şirkətləri istiqrazların buraxılışı hesabına maliyyləşən öz səhmlərini almağa məcbur edir. Alqı əlavə tələbata gətirib çıxardır və səhmlərin qiymətini yüksəldir”.
Cazibədar oyuna "hec-fond"lar və digər oyunçular qoşulur. Nərticədə S&P 500 iki il ərzində 24% artıb.
Yellen nədən qorxur?
Buna baxmayaraq, Canet Yellen tarifləri artırmağa tələsmir. Bazar onun artımını 2015-ci ilin əvvəlində, sonra martda, daha sonra iyunda gözlədi, indi isə öz proqnozlarını sentyabra atıb. Bəlkə də, daha sonraya. Fyuçerslər bazarının təhlili FES tarifinə artım ehtimalı verir: sentyabrda 19%, oktyabrda 36%, dekabrda 54%. Hətta Yellenin tariflərin “hardasa 2015-ci ildə” artırılacağı haqda açıqlamasına baxmayaraq, şəkkaklar kifayət qədərdir.
Ləngitmənin səbəbləri qismən aydındır: artıma Amerika və dünya iqtisadiyyatının necə reaksiya verəcəyi aydın deyil. Birinci risk evdə – Amerikadadır.
Wells Capital Management-in iqtisadçısı Cim Polsen deyir: “Görünür, səhm bazarı tariflərin yüksəlməsinə çox həssas olacaq”. Birincisi, əmsal/ qiymət/mədaxil sərtləşmə silsləsinin başlanması üçün hazırda olduqca yüksəkdir (tarixi mənada “Pul”). İkincisi, yatırımçılar hədsiz dərəcədə taqətdən düşüblər, çünki bazarda 900 ticarət günündən çox idi ki, korreksiya yox idi. Bu, müharibəsonrası bütün tarix boyunca davamlılığına görə üçüncü “buğa” bazarıdır”.
Kürəsəl nəticələr daha ciddi olacaq. BVF-nun bu yaxınlardakı məruzəsində göstərilir ki, tariflərin yüksəlməsi və uyğun olaraq dolların bahalaşması “inkişaf edən bazarlar üçün tarixi baxımdan zahiri şokla səsləşir – xüsusən də kapital axınını dəyişilməsi, mübadilə kursları və inkişaf edən bazarların balansı vasitəsilə”.
Xüsusən də sonuncuların lideri – Çin son zamanlar özünü yaxşı hiss etmir. Orada artım tempinin zəifləməsi və mülkiyyət və səhm bazarında köpüklərin qaynaşması müşahidə olunur.
BİS-in (Bank for International Settlements) məlumatına görə, 2008-2015-ci illərin fövqəlyumşaq pul-kredit siyasəti dollardan inkişaf etməkdə olan bazarların daha gəlirli valyutalarına axına səbəb oldu və axının həcmi 9 trilyon dollardır.
Bloomberg agentliyi qeyd edir: “Dollar borcu FES tarifinin yüksəlməsinin dünya iqtisadiyyatına necə təsir etdiyinin yalnız bir nümunəsidir. Məsələ Kanada və Honqkonq mülkiyyət bazarlarından tutmuş Çində və Tükiyədə kapital axınlarına qədər təsirin olub-olmayacağında deyil, onun nə qədər güclü və kimin daha çox ziyan çəkəcəyindədir”.
Xülasə, 1997-1998-ci illərdə FES tariflərinin yüksəlişi silsiləsində Asiya böhranı mövzusunda variasiyalar. Və yaxud dünyanın ən böyk "hec-fond"larından (hec-fond – xüsusi strategiyanın tətbiqi sayəsində təkcə yüksələn deyil, həm də süquta uğrayan bazarlardan gəlir götürməyə imkan verən kapital qoymanın ən riskli müasir forması-red.) birinin – Bridgewater-in rəhbəri Rey Delionun ehtimal etdiyi kimi, 1937-ci ildə start götürmüş Böyük Depressiyanın ikinci dalğasının təkrarı mümkündür.
Xammal bazarlarına da pis olacaq. S&P Dow Jones Indices-in analitiki Codi Quntsberqin hesabladığı kimi, son on il ərzində dollarla xammal arasındakı mənfi korrelyasiya son dərəcə yüksək olub. Neft üçün mənfi 0,65, gümüş üçün mənfi 0,53, alüminium üçü mənfi 0,48, qızıl üçün mənfi 0,43 (mənfi korrelyasiya bildirir ki, bir dəyişkən artarkən digəri azalır, göstərici 1-ə və yaxud -1-ə nə qədər yaxındırsa, qarşılıqlı əlaqə bir o qədər güclüdür, sıfıra nə ədər yaxındırsa, bağlılıq bir o qədər zəifdir). FES tarifini yüksələcəyi gözləntisində dollar artıq kəskin şəkildə möhkəmlənib. Bəs FES sözdən işə keçsə, nə olacaq?
FES bu riskləri görür. Yellen hələ martda qeyd etdi ki, kürəsəl miqyasda baş verənləri diqqətlə izləyir və başa düşür ki, FES-in siyasəti bütün dünyaya təsir edir. Lakin hər kəs külü öz qabağına çəkir: “Bizə öz ölkəmizdə nizamı saxlamağımız lazımdır. Konqresin qarşımıza qoyduğu hədəflərə uyğun siyasət yürütməliyik. Düşünürəm ki, güclü Amerika iqtisadiyyatı başqa ölkələrin də maraqlarına cavab verir”.
Ola bilsin ki, son günlərdə qiymətli metalların düşməsi buna işarədir ki, yatırımçılar dərk ediblər: tarifləri 2006-cı ildən yüksəltməyən FES-in fövqəlyumşaq siyasəti sona yaxınlaşır.
Və qurbanlar üçün əks hesablama artıq başlanıb…
Aleksandr Zotin
Kommersant.ru, 03.08.2015