XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 August 2015 - 13:20

XX əsrin məşhur qətlləri: Bütün fəhlələrin xatirinə öldürülən ABŞ prezidenti – Araşdırma

Nyu-York ştatının indki Buffalo şəhəri prezident Uilyam Makkinlinin 1901-ci ildə baş çəkdiyi əzəmətli panamerikan sərgisinin təşkil edildiyi şəhərə çox az bənzəyir… Prezident Makkinli də sərgidədir. Asta-asta onun yanından keçən insanları salamlayır. Qəflətən atəş səsləri eşidilir. Güllələrdən ikisi Makkinliyə dəyir…

Populyar və uğurlu siyasətçi Makkinli öz prezidentliyinin ikinci  müddətinin ilk ilindədir. Hazırda onun həyatı tükdən asılı olanda hamı eyni sualı verir: onun ölümü kimə və nə üçün lazımdır?

Birləşmiş Ştatlar İspaniya ilə üçillik sürətli və uğurlu müharibədən sonra 1901-ci ildə yeni inkişaf dövrünə qədəm qoyur. İqtisadiyyat yüksəlişdədir. Sənayeçilər, maqnatlar, bankirlər Makkinlinin kapitalist güclərə dəstək vermək səylərindən maksimal mənfəət götürürlər. Lakin yoxsullarla varlılar arasındakı uçurum dərinləşdikcə birgecəlik əyləncəyə sadə fəhlənin bir ilə qazandığından daha çox pul xərcləyən imtiyazlı zümrənin kini daha da güclənir.

Anarxistlər kimi tanınan radikal sosialistlər bu hiddətdən öz məqsədləri üçün məharətlə istifadə edirlər. Onlar sayca çox olmasalar da, ölkəni dolaşaraq Amerika hökumətinin satqınlığı və hakim sinfin fəhlələri istismar etməsi sayəsində varlanması barədə fikirlər yayaraq özlərinə asanlıqla auditoriya tapırlar. Lakin onlar üçün Amerika cəmiyyətindəki bütün yanlışlıqları təcəssüm etdirən şəxsi – prezident Uilyam Makkinlini öldürməyə qabildirlərmi?

Birləşmiş Ştatların vətəndaşlarının əksəriyyətinin bilmək istədiyi, bax, budur.

3 noyabr, 1886-cı il, Vaşinqton ştatı, Kolumbiya vilayəti. Makkinli ilk dəfə prezident seçilərkən ölkənin baş ofisinin 25-ci sahibi olur. 53 yaşlı yeni prezident uzun bir yol keçmişdi. 1843-cü ilin yanvarında Ohayo ştatının Naylz şəhərində anadan olmuş Makkinli ailədəki doqquz uşağın yeddincisiydi. Onun atası dəmirəridən idi.

Makkinli 1861-c ilin iyununda vətəndaş müharibəsinin lap başlanğıcında Virciniyada konfederatlarla bir il ərzində döyüşdüyü yuniyonistlərin ordusuna sıravi əsgər kimi daxil olur. 1877-ci ildə Birləşmiş Ştatların prezidenti olacaq Rateford Heys o dövrdə onun baş zabiti olur. Makkinlinin qabiliyyət və cəsarəti Heysdə təəssürat yaradır və onu tezliklə serjantlığa yüksəldir.

Bir qədər sonra Makkinli atəş altında döyüş sursatı daşıyan dəstyə başçılıq edərkən onun vəzifəsini yenidən yüksəldirlər. O, indi leytenantdır.  

Maлkinli yunionistlərin sırasında rəşadətli xidmətini davam etdirir və 1860-cı ildə hərbi xidməti mayor rütbəsində başa vurur. Sonra hüquq məktəbinə daxil olur və 1867-ci ildə vəkil praktikası vəsiqəsi alır. Həmçinin siyasətə maraq göstərir və 1867-ci ildə prezident seçilən general Ulis Qrantın seçki kampaniyasında böyük həvəslə iştirak etməyə başlayır. Hazırda uğurlu vəkil olan Makkinlini Nümayəndələr Palatasına seçirlər. O, özü üçün siyasətçi karyerasını seçir.

Bu arada Miçiqan ştatında Detroyt şəhərinin mərkəzində dörd yaşlı Leon Şoldersin güzəranı daha da ağırlaşır. O, Polşa mühacirlərindən birinin övladıdır. Leonun ailəsi yaxşı güzəran axtarışında ora-bura köçürdü. Ailə 1891-ci ildə Klivlendə (Ohayo) gəlib çıxır.

Elə həmin il Makkinlini Ohayonun qubernatoru seçirlər. O, bir il əvvəl gömrük tarifinin yüksəldilməsi barədə qanunun – Makkinli tarifinin  təşəbbüskarı olandan sonra Konqresdəki yerindən məhrum olmuşdu.

Bu dövrdə isə Şoldersi əvəllər tətildə iştirak etdiyinə görə işdən azad edildiyi poladəritmə zavodunda texnik kimi yenidən işə götürürlər. O, radikal sosializmə maraq göstərməyə başlayıb kapitalizmin və varlı, imtiyazlı hesab etdikləri kəslərin əleyhinə çıxış edən qrupa daxil olur. Amerikanın demokratik hökumətindən Şoldersin xüsusən zəhləsi gedirdi.

Makkinli 1893-cü ildə yenidən Ohayonun qubernatoru seçilir. O, üç ildən sonra respublkaçılar partiyasından prezidentliyə namizəd olur. Son dərəcə effektli və yaxşı maliyyələşdirilən kampaniyadan sonra inamlı qələbə çalır. Makkinli tezliklə Şoldersin ciddi maraq obyektinə çevrilir. Artıq tam şəkildə biçimlənmiş bu anarxist Makkinliyə nifrət edir, onu varlı və qüdrətli zümrəni təhdid edən riyakar sayır.

Hazırda Birləşmiş Ştatlar İspaniya ilə müharibə vəziyyətindədir. Müharibə 1898-ci il aprelində Kuba İspaniya rejimindən azadlıq tələb edib Amerikanın Havana limanındakı Meyn linkornunu dənizdə batırandan sonra başlandı. 

Kuba millətçiləri ölkəni vətəndaş müharibəsi həddinə gətirib çıxartmışdılar. Birləşmiş Ştatlar İspaniyanı durumu sülh yolu ilə düzəltməyə və sonra isə kubalılara öz ölkələrini idarə etmək imkanı verməyə çağırır.

İspaniya cavabında Briləşmiş Ştatlara müharibə elan edir. Münaqişə yüz günə yaxın davam edir. Birləşmiş Ştatların donanması bu müddətdə Kuba və Filippin sahillərində İspaniya donanmasını bir neçə dəfə məğlub edir.

Nəhayət, İspaniya 1898-ci ilin avqustunda Kubaya müstəqillik verir və Kuba Amerikanın təsir dairəsinə düşür.

Üç ildən sonra Makkinlini yenidən prezident seçirlər. Həm də bu dəfə əvvəlkindıən daha böyük üstünlüklə qalib gəlir. Lakin Makkinli bu dəfə bütün Amerika üzrə sənaeyədə artmaqda olan gərginliklə üz-üzə qalır. Getdikcə daha çox fəhlə maaşların artırılması və iş həftəsinin qısaldılması tələbi ilə öz hüquqlarını tələb edirlər. Fəhlələrin əksəriyyətini hələ də bir təhər güzəran sürmək, eltanın isə daha da varlanması və güclü olması hiddətləndirir.

“Sarı mətbuat” kimi tanınan qəzet və jurnallar onların qəzəbini daha da qızışdırır. Taleyin kinayəsi ilə bunların içində ölkənin ən varlı adamlarndan biri Uilyam Rendelf Hersə məxsus olan “Journal” xüsusilə seçilir.

Və 1901-ci il aprelin 10-da “Journal” “Əgər pis adamlardan onları öldürməklə xilas olmaq mümkündürsə, onda qoy onları öldürsünlər” fikri yer alan redaksiya məqaləsini dərc edəndə bu sözlər anarxistlər üçün musiqi kimi səslənir.

Hers sonralar bildirdi ki, bu kəlmələr ondan xəbərsiz dərc edilib. Lakin gec idi. Bu məqalə Şoulders kimi adamlar üçün silaha çağırış idi. Hazırda anarxistlər daha aşkarcasına və höcət olduğundan Şolders öz sözünü demək qərarına gəlir.

1901-ci il mayın 6-sı, Klivlend, Ohayo ştatı. Anarxizmin baş kahini sayılan Ema Qoldmen Franklidə liberalların klubunda çıxış edir. O, sanki, zorakılığa haqq qazandırmağa meylli deyil, lakin istismar edilən fəhlələrə dəstək verib onun yanına gələnləri də mühakimə etmir. İştirak edənlərin arasında şəhərdən bir neçə kilometr aralıdakı fermada yaşayan bir gənc də var – Leon Şolders.

Ölkənin korrupsiyalaşmasına və hakim siniflərin fəhlələri istismar etməsi sayəsində varlanmasına əmin olan Şolders nəsə etmək arzusu ilə alışıb yanır. O, 1900-cü il iyulun 29-da İtaliyaın kralı I Bertin öldürülməsinə valeh olub. Onu anarxist Qaetana Breski güllələyib. Breskini ömürlük həbs cəzasına məhkum etdilər. Bir ildən sonra kamerada onun meyidini tapırlar. Beləcə bilinmədi ki, o özünü öldürüb, yoxsa mühafizəçilərin əlindən ölüb.  

Şolders düşünür: “Bax, özünü əqidəsinə qurban verən insan budur!”

İndi o da Breski kimi onu əfsanəyə çevirəcək əməl xatirinə nəsə etmək istəyir. Amma nə?

Sonra onda ideya yaranır.

1901-ci il avqustun 31-i, Nyu-York ştatı, Buffalo. Şolders şəhərin şərq hissəsindəki otelə düşür. O, Birləşmiş Ştatların prezidenti Uilyam Makkinlini öldürmək niyyətindədir.

Makkinlinin  çevrəsindəki insanlar anarxistlərin ona necə nifrət  bəslədiyini bilirlər. Başa düşürlər ki, onun həyatı həmişə təhlükədə olacaq. Məxfi xidmətin xəfiyyəsi bir il əvvəl anarxistlərin 1898-ci ildə tərtib etdiyi potensial qurbanların siyahısını əldə etmişdi. Anarxistləri ölümə məhkum etdikləri insanlar arasnda İtaliya kralı Umberto və Birləşmiş Ştatların prezidenti Makkinli də var idi. Lakin prezident buna heç qulaq asmaq da istəmir.

O deyirdi: “Məni öldürmək kimə lazımdır? Amerikalılar bu addımı atmamaq xatirinə çox ağıllıdırlar”.

Buffaloda onu nələrin gözlədiyini bilmirdi.

Şoldersin aldığı otel ilin əsas sərgisi olan panamerika sərgisinin yaxınlığında yerləşirdi. Şolders bilirdi ki, Makkinli bu şəhəri mütləq ziyarət edəcək. Yerli qəzetlər prezidentin qrafikinin bütün təfərrüatları barədə həvəslə yazırdı. O, sonrakı iki-üç gündə sərgini gəzib prezidentin seçəcəyi marşrutla tanış olur. Həmçinin sərgiyə hansı yolların apardığını və oradan gedən yolları da müəyyənləşdirir. Makkinlini öldürməyə nail olsa, qatışıqlıq ona aradan çıxmaq imkanı verəcək. Şolders hazırda qatı anarxist olsa da, onda iş naminə ölməyə xüsusi bir həvəs yoxdur.

Təxminən, 600 hektar ərazini tutan böyük sərgi Amerikanın sənaye, texnika, mədəniyyət uğurlarının triumfal sübutudur. Mayın 1-də açılan sərgi noyabrın 2-ə qədər çəkməliydi. Onu, təqribən, 8 milyon adam – təkcə amerikalılar deyil, həm də xarci qonaqlar ziyarət etdi. Ən önəmli ziyarətçi isə Birləşmiş Ştatların prezidenti Uilyam Makkinli olacaq.

4 sentyabr 1901-ci il, Nyu-York, Buffalo. Şolders mağazadan altıpatronluq 32 kalibrli avtomatik revolver alır. Bir il əvvəl kral Umberto məhz bu tipli silahla öldürülmüşdü.

Şolders sonra elə həmin gün sərgiyə baş çəkib Makkinlinin marşrutunu yenidən yoxlayır. O, prezidenti qəti şəkildə öldürmək niyyətindədir. 

5 sentyabr 1901-ci il, Nyu-York, Buffalo, səhər saat 9.00… Bu gün milli bayram – Prezident günüdür. Panamerika sərgisində 50 minə yaxın tamaşaçı gözlənilir. Onladan biri – 28 yaşlı anarxist Leon Şolders qətl planlaşdırıb. O, Makkinlinin nitq söyləyəcəyi tribunaya yaxınlaşmağa cəhd edir.

Səhər saat 9.30. Prezident, birinci xanım və onları müşayiət edən şəxslər gəlirlər. Onlar esplanadadakı körpücüklərdə yerlərini tuturlar. Makkinli danışmağa başlayır. Şolders onun qurtarmağını gözləyir. O, məhz bu an irəli atılıb prezidentə atəş açmaq niyyətindədir.

Səhər saat 10.15. Çıxışını bitiriən Makkinli öz ekipajına sarı yönəlir. Şolders bir neçə addım irəli gedir, lakin bir neçə metrlikdə dayanır. O, qara surtukları və silindirləri eyni olan iki kişi görür. Şolders onları bir-birindən seçə bilmir. O buna cəhd edənə qədər ekipaj yerindən tərpənir. Şolders fürsəti əldən buraxır.

Prezident daha maraqlı məqamlara baxmağa çalışaraq günün qalan hissəsini sərgidə keçirəcək. Məsələn, bu yaxınlarda Amerika əsgərləri ilə hindular arasında baş vermiş döyüşün yenidən canlandırılmasına.

O, sərgini ancaq axşam tərk edəcək. Heyranlıq doğuran atəşfəşanlıqdan sonra. Prezident hələlik canının qurtara bilir.

Şolders bilir ki, Makkinli növbəti gün sərgiyə yenidən baş çəkəcək.

6 sentyabr, Niaqara şəlaləsi. Prezident Makkinli və onu müşayiət edənlər Buffalonun yaxınlığındakı Niaqara şəlaləsinə baş çəkirlər. O həmin gün yenidən panamerika sərgisində olmalıdır. Leon Şolders Makkinlinin qayıtmağını gözləyir və əvvəlki tək onu öldümək niyyətindədir.

15.30. Buffalonun dəmiryol stansiyası. Makkinli Niaqaradan qayıdır. Qatardan çıxıb ekipaja əyləşir. Prezidentin marşrutunu öyrəndiyindən Şolders onun hara yollandığını yaxşı bilir. Cangüdənlərdə şübhə doğurmamaq üçün silahı bez kimi sağ qoluna sarıdığı ağ cib dəsmalının altnda gizlədib.

15.50. Makkinli musiqi məbədinə yaxınlaşır. 5 dəqiqədən sonra qəbul olacaq və prezident sərgini tərk edəcək.

15.55. Musiq məbədi, sərgi mərkəzi. Vağzala çatdığı andan Makkinlini təqib edən Şolders prezdentin dalınca məbədə girir. Makkinli və onu müşayiət edənlər fotoşəkil çəkdirir və Şoldersə heç kim əhəmiyyət vermir.

Saat 16-dır, qəbul başlanır. Makkinli görüş üçün sıraya düzülümüş qonaqlarla salamlaşır. Şolders onlara qoşulur.

16.07. Şolders Makkinliyə yanaşır və hər iki əlini ona uzadır. Prezidentin cangüdənlər də daxil olmaqla kimsə nə baş verdiyini anlamağa nail olunca qəflətən iki atəş açılır. Səndələyən Makkinli yerə yıxılır və cangüdən isə Şoldersi vurub yerə aşırdır.

Bir neçə dəqiqədən sonra prezidenti təcili yardım karetasına qoyub Elmut-Avenyü davazalarının yanındakı sərgi xəstəxanasına aparırlar. Bu arada baş verən hadisə barədə şayiə sərgiyə yayılır. Adamlar Musiqi Məbədinə sarı qaçırlar. Bəziləri Şoldersi elə oradaca öldürmək niyyətindədir. Lakin onu tez polis idarəsinə aparırlar. O, orada tərəddüd etmədən bildirdi ki, Makkinlini öldürmək istəyirdi, çünki onun fikrinə görə, başqalarında ümummiyyətlə heç bir səlahiyyət olmadığı halda bir nəfərin bu qədər səlahiyyəti olmamalıdır.

Əvvəlcə belə görünürdü ki, Makkinlini müalicə etmək olar. Bədənindəki  güllələrdən birini aşkarlayıb çıxardırlar. Lakin bütün səylərə baxmayaraq, həkimlər ikinci gülləni tapa bilmirlər.

Taleyin kinayəsinə bax ki, sərgidə dünyanın ilk rentgen aparatlarndan biri nümayiş etdirilir. Lakin prezidentin həkimləri aparatdan imtina edirlər, çünki gözlənilməz əlavə effektlərdən ehtiyat edirlər.

Sonrakı günlərdə Makkinli zəifləməyə başlayır. İndi hamı ən pis sonluqdan qorxur.

14 sentyabr, Buffalo, Sərgi xəstəxanası. Gecə saat 2.15. Prezident Makkinli qanqrenadan ölür. On üç saatdan sonra vitse-prezident Teodor Ruzvelt prezdent kimi and içir. Bu, Buffalodakı Daler-Avenyüdə baş vrerir.

O, Makkinlinin sağalmağa doğru getdiyinə əmin olduğundan iki gün əvvəl Buffalonu tərk edib Oderondakı dağlarında dincəlməyə hazırlaşırdı. Əlaqə yaratmaq imkanı yox idi ki, faciənin baş verməsi ona çatdırılsın.

Növbəti gün Makkinlinin cənazəsini Vaşinqtona aparırlar. Vaşinqtonda böyük hüzn içində olan kütlə yaş küçələrdən matəm yürüşünün asta-asta necə keçdiyini seyr edir. Sonra sentyabrın 18-də nəşi sonuncu dəfn xidməti üçün Makkinlinin Ohayodakı doğma şəhəri Kentona aparırlar. Yeni prezident Teodor Ruzvelt orada qatarın gəlişini gözləyir. Makkinlinin ölümü barədə xəbər bütün dünyanı şoka salır. London qəzetləri qara çərçivə ilə çıxır. Almaniya məhkəmələrində bayraqlar endirilir. Pomada papa bütün audensiyaları təxirə salır.

23 sentyabr, Nyu-York ştatında ratuşada məhkəmə zalı, səhər saat 10.15. Şoldersin prosesi başlanır. Ona qarşı birinci dərəcəli qətl ittihamı elan  edilir. Qısa giriş proseduru zamanı Şoldersin əqli normallığı şübhə doğurur. Lakin o özünü müdafiə etməyə çalışmır və məhkəməyə özəl qənaət çıxartmaq imkanı verilir.

24 sentyabr, saat 4.25. Prezidentin öldürülməsində Şoldersin etirafını nəzərə almaqla onun günahının təkzibolunmaz sübutları ilə üzləşən andlılar onu birinci dərəcəli qətldə təqsirli elan edirlər. Onlar həmçinin onu əqlcə normal hesab edirlər.

26 sentyabr, gündüz saat 2. Şoldersi məhkəməyə gətirirlər ki, öz hökmünü eşitsin. Ondan nəsə demək istədiyni soruşanda bildirir ki, təkbaşına hərəkət edib, daha heç kimin buna dəxli yoxdur. Həm də hər şeydən əvvəl xahiş edir ki, Makkinlinin öldürülməsi sui-qəsdinin  mümkün iştirakçısı kimi həbs edilmiş Ema Qoldenin üzərindən ittiham götürülsün.

Nitq qurtarandan sonra məhkəmədə sədrlik edən Truman Siuaytın sözlərinə görə, bütün sivil dünyanı sarsıdan və hiddətləndirən cinayətə görə Şolders ölüm cəzasına məhkum edilir.

27 sentyabr, Ober həbsxanası, gündüz saat 3. 05. Beşsaatlıq yoldan sonra Şolders qatarla Buffalodan bura gətirlir. Qəzəblənmiş kütlə onu gözləyir, lakin mühafizəçilər Şoldersi hücumdan qorumağa müvəffəq olurlar. Prezidenti öldürmüş adamın ömründən cəmi bi ay qalır.   

29 oktyabr, Ober həbsxanası, səhər saat 7.05. Şoldersi əllərilə bərk-bərk tutmuş mühafizəçilər onu edam otağına aparırlar. Onu qayışlarla elektrik kürsüsünə bağlayırlar. Kürsü rezinlə örtülmüş körpüyə bağlanıb. Son hazırlıq başa çatanda Şolders qəflətən qışqırır: "Mən günahkar deyiləm! Bunu fəhlələrin xatirinə etmişəm! Mən ancaq buna təəssüflənirəm ki, atamı görə bilmədim".

O, sonra susur…

Səhər saat 7.12. Siqnal verilir və 1800 voltluq elektirik cərəyanı 5 dəqiqə ərzində Şoldersin bədənindən keçib gedir. Onun bədəni çökür. Sonra hər ehtimala qarşı cərəyan yenidən verilir.

Səhər saat 7.14. Şolders ölmüş elan edilir. Onu tezliklə həbsxana məzarlığında dəfn edirlər.

Panamerika sərgisi növbəti ayın əvvəlində bağlanır və musiqi məbədi daxil olmaqla bütün avadanıqlar məhv edilir.

Uilyam Makkinli Birləşmiş Ştatlarn sui-qəsd qurbanı olmuş üçüncü prezidentidir. Birinci 1865-ci il aprelin 14-də Vaşinqtonda Ford teatrında güllələnmiş Avraam Linkolndur.

İkinci 1881- ci il iyunun güllələnmiş 2-də Vaşinqton vağzalında məzuniyyətə yola düşməyə hazırlaşan Ceyms Qarfild idi.

Birləşmiş  Ştatların konqresi Makkinlinin qətlindən sonra prezidentin mühafizəsinin gücləndirlməsini tələb edir. İndi prezidenti həmişə məxfi xidmətin xəfiyyələri qoruyacaqlar. Lakin fakt faktlığında qalır ki, Birləşmiş Ştatların prezidenti nə qədər populyar olsa da və yaxşı qorunsa da, tarixin göstərdiyi kimi, həmişə kiminsə ona pislik arzulamaq və öz niyyətini gerçəkləşdirmə təhlükəsi mövcuddur.