Qaçqın və mühacir dalğasının gəlişi Avropa üçün yeni hadisə olmadı. Söhbət bu dəfə böyük miqyasdan getsə də, Avropa ölkələri çoxdan bu proseslə məşğuldur. Ola bilsin ki, bunda müəyyən qədər “taleyin şilləsi” var. Dənizdə batan suriyalı uşaqlar, İraq və Liviyadan özləri üçün yaxşı həyat arzulayan və növbəti qırğın istəməyən qaçqın qrupları – onların hamısı adamların hər gün hökumətin və yaxud İŞİD kimi ekstremist qruplaşmaların, hər gün öldürən və zorlayan digər bandaların əlindən həlak olduğu ərəb ölkələrində hökm sürən dəhşətdən qaçırlar.
Avropanın bir neçə iri şəhərinə baxmaq kifayətdir ki, hər zaman yadlara xüsusi sevgisi ilə seçilməyən avropalılar üçün suriyalı mühacirlər dalğasının nə qədər böyük olduğunu anlayasan. Fransanın Marsel şəhərində əhalinin 35 %-i, Barselonada 30%-dən çoxu, Avropa Birliyinin paytaxtı Brüsseldə, Britaniyanın Luton, Hollandiyanın Rotterdam və Amstredam, İsveçin Malmyo şəhərlərində 25%-dən çoxu müsəlmanların payına düşür. Həm də bunlar ərəb ölkələrindən ancaq leqal mühacirlərdir. Başqa qiymətləndirmələrə görə, onların həqiqi sayı daha çoxdur. Və buna ərəb və müsəlman ölkələrindən – bu gün Suriyadan, buna qədər Türkiyə və Əlcəzairdən Avropaya daim artan mühacirlər dalğasını, həmçinin mühacirlər arasında doğuşun yüksək səviyyəsini də əlavə etmək lazımdır. Hətta artım aşağı olsa da, yenə də müsəlman icmalarındakı doğuş Avropa ölkələrindəkindən yüksəkdir. Məsələn, Böyük Britaniyada doğuşun orta göstəricisi 1,8 uşaqdır (yəni mənfidir, hər bir ər-arvad cütlüyünə 1,8 uşaqdır). Halbuki müsəlman ailələrində orta doğuş 3 uşaqdır.
Kimsə gələcəkdən əndişələnir, kimsə onu fərəhlə gözləyir. Lakin ağlı başında olan istənilən adam başa düşür ki, gələcək alışdığımız hər şeydən xeyli fərqli olacaq. Avropa şəhərlərində mühacirlərin böhranlı kütləsinin təhsili həm mühacirlərin özünün, həm də şəhərin hökumət orqanlarının davranış modelinin dəyişilməsi qismində artıq özünü büruzə verir. Nə qədər ki, qaçqınlar əhalinin ümumi sayının yalnız cüzi faizini təşkil edir, ən azı, onları şəhərə buraxıdqlarına görə son dərəcə minnətdardırlar, lakin mühacir icmasının sayı artıqca onların tələbləri də çoxalır. Budur nümunə və bu, gələcəkdən xəbərvermə deyil, indinin təsviridir: bəzi ingilis məktəblərində müəllimlər müsəlmanların hisslərinə toxunmamaq üçün Holokostdan danışmağı dayandırıblar, bunun əvəzində isə riyaziyyatın və digər elmlərin inkişafına İslamın önəmli payı haqda məşğələlər daxil edilib.
Böyük Britaniyada və Fransada müsəlman icmalarında şəriət normalarına riayət edilməsini izləyən “özəl polis” var. Norveçdə isə radikal müsəlmanlar Osloda muxtariyyət almağa çağırırlar. Bu, qaçqınların dəhşətdən qurtuluşa görə minnətdarlıq hiss edən davranışına çox da oxşamır. Müasir qaçqınların öz prioritetləri və tələbləri forlamalşıb. Bir qədər də əndazəsiz. Buxarest və Budapeşt daha Hələbə layiq alternativ sayılmır. Qaçqınlar bunun əvəzində Berlini, Londonu və Marseli tələb edir və bilirlər ki, onları orada icma, hüquq müdafiəsi qurumları və sol partiyalar dəstəkləyəcək. Sağ partiyalar hələlik əsasən avropalı seçicilərə müraciət edir, sollar demoqrafik dəyişikliyi anlayıb sosial siyasət və maddi yardım vasitəsilə mühacirləri cəlb etməyə cəhd edir.
Avropaya yollanan mühacirlərin sayının artması ilə birbaşa bağlı olmayan İsrail bu hadisənin iki nəticəsini öz üzərində hiss edir: mənfi və müsbət.
Mənfisi çoxsaylı antiisrail nümayişlərində və “yaşıl cızığın” arxasındakı ərazilərdən gələn məhsulu boykot etmək çağırışlarında ifadə olunur. Bu, ən geniş ümumi məxrəcdir.
Müsəlman ölkələrindən gələn mühacirlər vəhdətlə fərqlənmir, aralarında sünnilər, şiələr, daha dindarlar, daha dinsizlər var və bir çox məsələlər üzrə fikirləri müxtəlifdir. Lakin bir məsələdə yekdildirlər – hamısı İsrailə qarşıdır. Ehtimal ki, ancaq Fələstin-İsrail münaqişəsinə görə onların tamamilə vahid fikri var.
Bəs müsbət təsir hansıdır? O, yetərincə böyükdür və güman ki, güclənəcək. Avropa ölkələrində yaşayan yəhudilər anlayırlar ki, onların yeri ora deyil. Əgər həyat bu gün hələ səbirlidirsə, sabahkı günə bu cür əminlik artıq yoxdur. Onların bir hissəsi İsrailə dönsə, ölkə onu gücləndirəsi yeni, işləyən və məhsuldar vətəndaşlar əldə edəcək.
Şahaf Mazin
"Israel Hayom" (İsrail), 03.09.2015