XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 September 2015 - 13:32

“Stratfor”un təhlili: “Rusiya Qarabağda müharibə hazırlayır”

tank-2.jpg

Ana Rusiya onun kolleksiyasındakı kiçik “müstəqil dövlətlər”ə gələndə olduqca səxavətli olur. 1990-cı illərin əvvəlində parçalanmış və zəifləmiş Rusiya öz sərhədlərini yığmaqdan başqa bir əlacı qalmayanda başını itirmiş və təşvişə düşmüş Kreml yaranmaqda olan separatçı ərazilərə dəstək vermək üçün vaxt və vəsait tapa bilirdi. Və Rusiya illər keçdikcə, iqtisadiyyatca özünü toparladıqca və ardıcıl olunca, bu ərazilərdə Rusiyanın qoşunları artdı ki, bu yalançı dövlətləri üzdə saxlasın. Rusiya büdcəsindən daha çox vəsait ayrılmağa başlandı.

Bu postsovet mini-dövlətlərinin ümumi cəhətləri çoxdur. Hamısı ərazicə kiçikdir – Güney Osetiyanın ərazisi 3,9 min kv.km təşkil edir, əhalisi isə, təxminən, 40 min nəfər hesablanır. Abxaziya 8,5 min kv.km ərazi tutur və əhalisi 240 minə yaxındır. Dnestryanına gəlincə isə, ərazisi 4,1min kv.km, əhalisi 555 min nəfərdir. Həm də hamısı iqtisadiyyatca təcrid olunub və əslində, gizli iqtisadiyyatın sayəsində mövcuddur. Ən önəmlisi, Rusiyanın baxışına görə, bu dövlətlərin hər biri postsovet məkanında strateji baxımdan mühüm mövqe tutur. Yəni Gürcüstan və Moldova Qərblə çox yaxnlaşsa, Rusiya qoşunları onlara basqı göstərə bilər. Rusiya qoşunlarının bu separatçı ərazilərdə olması çətin anda bu ölkəni müdafiə emək zərurəti meydana çıxsa, Qərbin heç bir qəyyum ölkəsinin əleyhinə gedə bilməyəcəyi mühafizə qüvvəsidir.

Lakin son illərdə Rusiyanın strategiyası daha məşəqqətli və çətin olub. Rusiya Krımı öz tərkibinə qaytarmaqdan başqa, Ukraynanın şərqində iki yalançı “xalq respublikası”nı – Luqanskla Donetski hamiliyindəki kiçik dövlətlərin siyahısına əlavə edib.

Dəqiq rəqəmlər əldə etmək çətin olsa da, müxtəlif ilkin qiymətləndirmələrə görə, Rusiya hər il Abxaziyaya 300 milyon dollara qədər və ən azı, 100 milyon dollar Güney Osetiyaya və Dnestryanına sərf edir. Bundan başqa, Rusiya 2015-ci ildə Krıma 2,42 milyard dollar pul ayırıb (müdafiə xərcləri nəzərə alınmadan). Ali iqtisadiyyat məktəbinin analitki Sergey Aleksaşenkonun hazırladığı məruzəyə görə, federal büdcədən Şərqi Ukraynaya hərbi yardım üçün 2 milyarddan az olmayaraq vəsait ayrılıb. Həm də bu məbləğ artmaqdadır.  

Və bu cür dövlətlərin siyahısı getdikcə uzanır. Bütün dünyanın son zamanlar müşahidə edə bildiyi kimi, Rusiyanın Latakiyada  rejim tərəfdarlarına – Aralıq dənizinin sahilində ələvi anklavına göstərdiyi hərbi yardım kəskin şəkildə artıb. Rusiya danışıqlar yolu ilə əldə edilmiş razılaşmanın son nəticədə pozulacağını bilə-bilə suriyalı ələvilərə ölkə ərazisində ayrıca “de-fakto” dövlət yaratmağa kömək edir.

Qafqaza qayıtsaq, ən yaxın aylarda artıq çoxdan dondurulmuş Dağlıq Qarabağ münaqişəsi ciddi vəziyyət ala bilər. Getdikcə daha çox fakt buna işarə edir: Rusiya və Azərbaycan bu niyyətlə əməkdaşlıq edir ki, Azərbaycanla Ermənistan arasında mövcud olan status-kvonu pozsun. Eyni zamanda Rusiya ora sülhməramlılar göndərməyə hazır olduğunu  ifadə edib ki, bölgədə nəzarəti gücləndirib uzun müddət orada qalmağa cəhd etsin.

Rusiya Şərqi Ukraynadan tutmuş ələvi Suriyası və Dağlıq Qarabağa qədər yetərincə məqsədyönlü şəkildə starteji baxımdan vacib bölgələrdə öz iştirakını gücləndirməyə cəhd edir. Bu niyyət olduqca baha başa gələcək, lakin geopolitik məntiqdən məhrum deyil.

Rusiya necə olursa-olsun – güclü, ya zəif, kommunist və ya kapitalist və yaxud çar – öz təhlükəsizliyi xatirinə təbii coğrafi sərhədlərində möhkənlənməli olur. Rusiya Ukraynanın şərqində təbii şəkildə Dneprə qədər uzanır və Dneprin sahilnədək çata bilmədiyindən Kiyevi zəiflətmək, NATO ilə artan təması önləmək və qismən bufer zonası yaratmaqdan ötrü  mümkün hər şeyi  və separatçı bölgələrdən istifadə edir.

Krım yarımadası Rusiyanın yeganə donmayan Qara dənizdəki Sevastopol bazasında mövqeyinin möhkəmlənməyinə xidmət edir. Qara dənizdə hərbi-dəniz qüvvələrinin varlığının genişləndirilməsi isə Rusiyanın Aralıq dənizinə çıxışına təminat verir. Suriyanın Aralıq dənizi sahilindəki Latakiya və Tartus limanları – indi Rusiyanın köməyindən asılı olan ələvi qalası – Rusiyaya şərqi Aralıq dənizində gerçək şəkildə iştirak etmək imkan verir və Levanta ölkələrində böyük güclərin iştirakı ilə münaqişələrin inkişafına təsir etməyə platforma yaradır.

Rusiyanın Gürcüstanın separatçı ərazilərində artıq öz varlığını gücləndirdiyi və Ermənistanın yeganə qəyyumu olaraq qaldığı Qafqaz dağlarında Dağlıq Qarabağla bağlı Azərbaycanla yetişməkdə olan sövdələşmə perspektivdə Rusiyann iştirakını genişləndirməyə və bununla da güneydə Rusiyann bufer zonasının möhkəmlənməsinə  gətirib çıxada bilər.

Qafqazda silkələnmə?

Kikçik bir anklava – Dağlıq Qarabağa görə keçmiş sovet respublikaları arasında münaqişənin dondurulmasından, demək olar, iyirmi il sonra Rusiyanın Qafqazda hələlik o qədər də aydın olmayan fəaliyyət planının necə cizgiləndiyini izləmək olar. 1994-cü ildə iki düşmən arasında qarşıdurmaya son qoymuş razılaşma əldə edildikdən sonra Dağlıq Qarabağ faktiki olaraq Ermənistanın nəzarətindədir. İqtisadi təcriddə olan Ermənistanda  Rusiya qoşunlarının beşminlik kontingenti var və başqa hamisi olmayan ölkə Rusiyanın “təhlükəsizlik çətiri” altında etibarlı mövqe tutub. Coğrafi baxımdan da az buxovlanmış və energtik resurslarla zəngin olan Azərbaycan ondan fərqli olaraq, həmişə tarazlıq prinsipin əsas tutub seçim azadlığına üstünlük verir – Qərblə münasibələri inkişaf etdirir, lakin eyni zamanda sovet keçmişini də unutmur. Bununla bərabər,  Rusiya ilə Azərbaycan son zamanlar əvvəlkindən daha isti münasibətdədir ki, bu da bizdə sual doğurur:  Rusiya Dağlı Qarabağ probleminin barışmaz millətçilik əsasında Azərbaycana cəlbedici bir təklif edibmi?  

ATƏT-in vasitəçiliyi ilə danışıqlar Azərbaycanı bezdirib və yoxlamaq istəyir ki, silahlı qüvvələrinin uzun illər ərzində hazırlığından sonra bu ərazini özünə qaytara bilərmi?

Hərbi-strateji baxmdan Ermənistan əlverişli durumdadır və bu, məsələnin vəziyyətini qoruyub saxlamağa imkan verir.  Çox ehtimal ki, Ermənistanı Dağlıq Qarabağ məsələsində şərtləri yenidən nəzərdən keçirməyə məcbur etmək mümkün olacaq – ancaq bu şərtlə ki, hərbi əməliyyatlar təzələnəcək və Ermənistanın yeganə hamisi olan Rusiya bu əməliyyatların başa çatması haqda məsələnin nizamlanmasında hakim rol oynayacaq. Təsadüfi deyil ki, Rusiya ilə Azərbaycanın qarşılıqlı anlaşmaya gəlməyə cəhd etdiyi barədə Ermənistanda şayiələr dolaşır – nəticədə Rusiyanın sülhməramlıları bu ərazilərdə yerləşəcək və onu neytral zona elan edəcək. Biz çox şübhə edirik ki, bu plan Ermənistana istisnasız olaraq diplomatik yolla tətbiq ediləcək.  

Bu ssenarinin son nəticədə aradan qalxacağına tam əmin olmadığımızdan, Dağlıq Qarabağı xüsusi nəzarətə götürmək, siyahımızda ilk yerlərdən birinə yerləşdirmək üçün bu günə yetərincə məlumat və dəlillər toplamışıq. Dağlıq Qarabağ Rusiyanın öz “himayə”sinə götürə biləcəyi ərazilər sırasında olduğundan, Rusiyanın öz sərhədlərindən kənarda nüfuz dairələri yaratmaq cəhdləri perspektivdə daha da güclənə bilər.

 

Bu cür yardım neçəyə başa gəlir?

Ola bilsin ki, Rusiyanın strategiyası olduqca məxariclidir, lakin geopolitik baxımdan kifayət qədər səmərəlidir. Rusiya daxili döyüş meydanında zəifləyir, lakin bununla belə keçmiş sovet sərhədlərinin yanında ABŞ tərəfdən artan və ciddi təhlükəyə qarşı durur. Və Rusiya oyunu davam etdirdiyindən qonşuluğunda istənilən qədər Qərbə təzyiq göstərmək mümkün olan ərazilər yaradıb möhkəmləndirə bilər. Qalan  nüfuzunu qorumaq və daha çətin günlərə hazırlaşmaq üçün. Buna görə də Moskvanın yalançı dövlətlərə çəkdiyi xərclər – hətta rublun lax durumu nəzərə alınmaqla – Rusiyanın baxımından tamamilə haqlıdır. Aşağı götürülmüş ilkin və əvvəlki kimi təxmini qiymətləndirmələrdən çıxış etsək, ehtimal etmək olar ki, Rusiya hər il bu yalançı dövlətlərə beş milyard dollar itirir…

Düzdür, bu xərclər təkcə maliyyəyə aid deyil. Dağlıq Qarabağ “barıt çəlləyi”dir və münaqişə təzələnsə, onu lokallaşdırmaq olduqca çətin olacaq. Bura inkişaf edən və mübarizəyə qalxan İranla Türkiyənin Rusiyanın hədsiz iddialarına qarşı müqavimət göstərdiyi bölgədir.

 

Reva Bhalla

"Stratfor" (ABŞ), 16.09.2015