XƏBƏR LENTİ

07 İyul 2020
06 İyul 2020

Digər Xəbərlər

25 May 2020 - 14:58

“MEHRİBAN DÜŞMƏNÇİLİY”İN SONU:Çin və ABŞ ideoloji olmayan blokları formalaşdırmağa başlayır

Fyodor Lukyanov

“Kommersant, 25.05.2020

 

Yeni dövr ABŞ və Çin qarşıdurması ilə müəyyən ediləcək, eynən onların simbiozu ilə yaradılan ötən dövr kimi.

2007-ci ildə ingilis tarixçisi Nil Ferqyuson və alman iqtisadçısı Moritz Şularik “Çimerika” adlı neologizmi dövriyyəyə buraxıblar. Müəlliflər ABŞ və Çinin yaxın və yüksək dərəcədə qarşılıqlı faydalı iqtisadi qarşıdurma fenomenini müəyyənləşdiriblər.

Çin əmanətləri və istehsalı Amerikanın ifrat istehlakı və dünyanın ehtiyat valyutası ilə maliyyələşdirmə qabiliyyətiylə birlikdə, əslində XX əsrin sonu – XXI əsrin əvvəllərində qlobal iqtisadiyyatın əsasını təşkil edən ayrılmaz simbioz olub. Bu qarşılıqlı təsirdən yaranan köpüyündən doğan 2008-2009-cu illərin böhranı həmin ideyanı sarsıdıb, ancaq məhv etməyib, eyni zamanda, ona siyasi ölçü verib. İndi iqtisadçılar deyil, Henri KissincerZbiqnev Bzejinski kalibrli beynəlxalq ekspertlər dünya nizamı üçün, bir növ, “Böyük cütlük” konsepsiyasını təklif edirlər.

“Çimerika” əvvəlcə ziddiyyətli idi. Dərin qarşılıqlı asılılıq vəziyyətində, beynəlxalq münasibətlərin əlçatmaz məntiqinə görə, gec-tez hökmranlıq uğrunda mübarizəyə girəcək güclər mövcud idi. ABŞ – keçən əsrin ikinci yarısında Qərb cəmiyyətindən təsir dairəsini bütün dünyaya genişləndirən hegemon idi. Çin iqtisadi cəhətdən böyüdükcə hegemonluğa klassik iddiaçıya çevrilib, baxmayaraq ki, bunu qətiliklə rədd və özünəməxsus mədəniyyətinə istinad edib.

Gələcək toqquşmanı istisna etmənin yalnız bir yol vardı. Təsəvvür edin ki, Çin iqtisadi tərəqqi ilə Qərbin ictimai-siyasi sisteminə çevrilir; ABŞ mərkəzli qlobal nizamın bir hissəsi olur. Pekinin onun üçün çoxlu qızıl yumurta qoyan liberal qloballaşma toyuqunu öz əlləri ilə kəsməyəcəyi barədə fərziyyə olduqca əsaslı idi. Üstəlik, Çinin özü də lazımsız qarşıdurmaya girərək imkanlarını əksiltməməyə çox səy göstərib.

Təhdid Çindən gəlməyib. İqtisadi modelin təşəbbüskarı – ABŞ onu zərərli kimi qəbul etməyə başladıqda, həqiqi strateji rəqabəti ört-basdır etmək artıq qeyri-mümkün olub.

“Böyük cütlüy”ün yaradılması müraciəti Çin tərəfindən rədd edilib. Əslində, bu, iki supergüc arasında dünyanın bölünməsini nəzərdə tutmurdu. Söhbət Vaşinqtonun “Pax Amerana”-sını qorumaq üçün daha çox məsuliyyət və daha çox maddi pay götürməyə hazır olması müqabilində iqtisadi imtiyazlardan istifadə etmə imkanını saxlamaq təklifi ilə bağlı idi. Yəni bu, əsl ziddiyyəti barışdırmaq cəhdi idi, lakin ÇXR-in liberal demokratiyaya icbari çevrilməsi olmadan.

Çin “Böyük cütlük” ideyasını, bütövlükdə, düzgün şərh edib – ABŞ-ın aktivləri öhdəlik kimi bölüşmək istəməməsi kimi. Həm də qlobal maliyyə böhranından Çinin başqalarına nisbətən daha uğurlu çıxdığı bir vəziyyətdə.

2010-cu illər ABŞ-Çin münasibətlərində dönüş nöqtəsi olub. Bu münasibətlər Trampın hakimiyyətə gəlişindən bir neçə il əvvəl keyfiyyətcə dəyişməyə başlayıb. Qlobal maliyyə böhranının nəticələrinə əsasən, hər iki tərəf qarşılıqlı asılılığın potensialının məhdudiyyətlərə sahib olduğunu və “boşanma”nın isə son nəticədə qaçılmaz olduğunu düşünüb.

Barak Obama administrasiyası, Corc oğul-Buş komandasındakı sələflərinə nisbətən, Çinlə əməkdaşlığa daha məhdud baxırdı. Obamanın əsas siyasi və iqtisadi layihələrindən biri Trans-Sakit Okean Tərəfdaşlığı (TPP) idi, onun məqsədi Pekinin Asiyada öz oyun qaydalarını qurmasına mane olmaq, bununla da, onun dünya səviyyəsində üstünlük iddialarının qarşısını almaq idi.

Donald Tramp TTP-ni ləğv edib, çünki bu, nifrət etdiyi Obama ilə əlaqəli idi, eyni zamanda, Çinlə tam konfliktli bir əlaqəyə keçməyin mümkün və hətta zəruri hesab olunduğunu düşünürdü. Bu vaxta qədər Pekində də əhval-ruhiyyə aydın şəkildə dəyişib. Si Zinpinin ÇXR rəhbərliyinə gəlişi Çinin qabiliyyətlərini və ambisiyalarını ortaya çıxarıb.

Trampın yerinə başqa mədəni və emosional xüsusiyyətlərə malik prezident olsaydı, “boşanma”, çox güman ki, daha nizamlı və az qalmaqallı olardı, amma “nikah” yenə də pozulacaqdı.

Qərb ölkələrində antiqloballaşma əhval-ruhiyyəsinin artması fonunda, Çimerika qloballaşmanın təcəssümü kimi qınanıb. Çünki güc qazanıb öz şüurunda güclənən Çin kiçik güzəştlərə belə az hazır deyildi.

Qloballaşmanın əvvəlki şəklində aqibətini Çindən gələn bir infeksiya müəyyənləşdirib və bir-birinə bağlı olan dünyanın parçalanması isə, sözün həqiqi mənasında, karantin nəticəsində baş verib. Epidemiya – yalnız təcridlə ləğv ediləcək fəlakətdir. Beləliklə, çoxdan başlayan və çoxdan özünü göstərən proteksionist meyllər fiziki təhlükəsizliyi təmin etmə üçün misilsiz üsula çevrilib.

Vaşinqton və Pekin arasında pandemiyada kimin təqsirkar olmasına dair şifahi atışma artıq əsl Soyuq müharibə səviyyəsinə çatıb. Keçən əsrin ikinci yarısında baş verən Soyuq müharibə tam fərqli, qarşıdurma daha strukturlu idi.

Hərbi-siyasi paritetlə dəstəklənən SSRİ ilə ABŞ arasındakı kəskin ideoloji rəqabət sabitləşdirici rol oynayıb. İdeoloji qarşıdurma dərin olub, lakin müəyyən oyun qaydalarının qurulmasına öz töhfəsini verib, dünyanı aydın şəkildə ideoloji sahələrə bölüb.

Birləşmiş Ştatlar və Çin arasında toqquşma hər iki tərəfin vahid kapitalist bazar iqtisadiyyatı paradiqmasında hərəkət etdiyi, Leninin “İmperializm – kapitalizmin ən yüksək pilləsidir” adlandırdığı bir vaxtda baş verir. Yəni Birinci Dünya müharibəsinə səbəb olan milli şovinizmlə çoxalan bazarlar uğrunda gedən şiddətli mübarizədə. Bir neçə il əvvəl başlayan şiddətli texnoloji rəqabət bu ziddiyyətlərin müasir versiyasının nümunəsidir.

Hələ pandemiyadan əvvəl məlum olub ki, ABŞ-Çin döyüşü artıq güzəştə yer saxlamır, o hansısa tərəfin qələbəsinə yönəlib. Bu, sürtünmə, müharibə və sövdələşmələrin qarşılıqlı məqbul nəticə əldə etməyə yönəldildiyi əvvəlki dövrlərin vəziyyətindən fərqli olaraq, qeyri-sabit olsa da, həlledici nəticəni təxirə salır. Belə bir barışığın ən son təzahürü hər bir tərəfin öz nailiyyəti elan etdiyi 2020-ci ilin əvvəlində bağlanılan ticarət müqaviləsidir.

Heç kim razılaşmaların müvəqqəti olmasına şübhə etməyib, lakin hər iki tərəfə fasilə tələb olunub. Çinə, ona görə ki Pekin Birləşmiş Ştatların təzyiqi ilə bir az sarsılıb və lazımi şəkildə yenidən qurmaya fürsət qazanmalı idi. Amerikaya, çünki seçki kampaniyası zamanı Donald Tramp Çin əleyhinə ticarət tədbirlərindən (məsələn, kənd təsərrüfatı istehsalçılarından) əziyyət çəkən tərəfdarlarına dəyən ziyanı minimuma endirməlidir.

Pandemiya Trampın əhaliyə təqdim edəcəyi bütün kartları məhv edib, iqtisadi uğurlar fəlakətlə əvəzlənib. İndi qarşıdurmanı azaltmaq yox, günahkar tərəfə – Çinə işarə edərək qarşıdurmanı yüksək həddə çatdırmaq lazımdır. Pekinin geri çəkilmək niyyəti  yoxdur. Üstəlik, ittihamları tamamilə ədalətsiz hesab edir və uzun müddət çinlərin ən çox əziyyət çəkdiyi infeksiyanın ilk mərhələsində dünya rəğbətini itirib.

ÇXR-in virusun yayılmasına qarşı mübarizədəki uğuru və ölkənin yenidən böhrandan çıxması, ilk növbədə, Çin rəhbərliyinə mənəvi və siyasi haqlılıq hissi verir. Bununla birlikdə, qazanılan xallar nisbidir. Pandemiya Çinə rəğbətin minimum olduğunu göstərib, lakin ABŞ tərəfindən fəal şəkildə istifadə edildikdə, Çinin təvazökar populyarlığı tam itə bilər.

Necə olursa-osun, Çimerikanın ehtiyatla sökülməsi tələsik hərəkətlərlə əvəz olunub. Düşmənçiliyin artması bu tempdə gedərsə, tərəflər qarşılıqlı asılılığı silah olaraq istifadə etməyə başladıqda, dünyanın təlatümlü məhvini görmək şansı var.

Bu həm ABŞ, həm də Çin üçün təhlükəlidir, ancaq bu ssenarini yalnız irrasional və hər iki iştirakçıya zərər verdiyini istisna etmək mümkün deyil.

Yeni növ ABŞ-Çin Soyuq müharibəsi bütün digər ölkələri çətin vəziyyətə salır. Əvvəlki Soyuq müharibənin təcrübəsi göstərir ki, münaqişə tərəfləri öz bloklarını simpatik, asılı və ya tabe dövlətlərdən qurmağa çalışacaqlar, yəni çoxları seçim etmək məcburiyyətində qalacaq. Ancaq həmin ssenarinin şübhəsiz, alternativi var. XX əsrin blok nizamı ideoloji təməl üzərində qurulmuşdu, bu və ya digər bir ölkə ideologiyanı könüllü və ya ixtiyarsız olaraq bölüşürdü, hazırkı vəziyyətdə o, vacib deyil. İndi ideoloji bölgü yoxdur. Bəzi amerikalı məmurlar, o cümlədən dövlət katibi Mayk Pompeo, kommunist Çinin imicini Amerika düşüncəsinə qaytarmağa çalışır, amma bundan fayda gəlmir. Çin, eyni zamanda, ideoloji deyil, mədəni və sivilizasiya mövqelərindən hərəkət edir, onlara dayaqlandıqda, ümumiyyətlə, ittifaq təmin etmirsiniz, əksinə, o, hər birinin eyniyyətini və digərlərindən fərqliliyini vurğulayır.

Beləliklə, istər-istəməz digər ölkələrin dəstəyi üçün rəqabət olacaq, amma Vaşinqton və Pekin bunu davamlı əsasda təmin etməkdə çətinlik çəkirlər. Xaotik və getdikcə daha az strukturlu dünyada hər hansı bir ölkənin müvəffəqiyyətinin açarı, hər kəslə məcburi əlaqəyə girməkdənsə, maksimum rahatlıq və xarici öhdəlikləri minimuma endirmək bacarığıdır.

“Çimerika” öz həyati dövründə – 20-ci əsrin sonu – 21-ci əsrin əvvəlləri – nisbətən yüksək rifah səviyyəsini təmin (təkcə iştirakçılara deyil) və sülhün qorunmasına kömək edib, çünki iki böyük dövlətin obyektiv ziddiyyətləri qarşılıqlı faydalı işlərə yönəlib. “Çimerika”, bəlkə də, bəlli rəqiblər mübarizədən fayda aldıqda, “tarixin sonu” ideyasının ən uğurlu təcəssümü idi. Ancaq tarix, gözlənildiyi kimi, ümumiyyətlə, qeyri-təbii simbioza son qoyaraq “geri qayıdıb”.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə