XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 October 2015 - 13:36

Putinin “Suriya qambiti” onun Vaterloosu ola bilər – Təhlil

suriya-putin-1.jpg

Ruslar Əsədə qarşı çıxış edən güclərin mövqelərinə aviazərbələr endirməyə başlayıblar. Putin Moskvanın müdaxiləsinə haqq qazandırmaq üçün Nyu-Yorkda ABŞ və müttəfiqlərini Yaxın Şərqdə və Liviyadakı səriştəsiz fəaliyyətə görə töhmətləndirdi. Cavabında Qərb KİV-i vahimə içində harada mümkünsə, orada Obamanın siyasətinin iflasından, İsrailə təhdiddən, yeni qaçqın dalğasının meydana çıxması təhlükəsindən və bir xeyli digər məsələlərdən danışmağa başladı. Bəs bütün bunları necə saf-çürük etməli?

Son on il ərzində beş dəfə İraqda olmuşam, iki dəfə Suriyanı dolaşmışam və dəfələrlə Türkiyədə bir qədər olmuşam. Bundan başqa, bu illər ərzində Ukrayna və Gürcüstanda döyüş zonalarında olmuşam. Hətta “Hizbullah”ın ağalıq etdiyi  Livana getməyə də cürət etmişəm. Nəticədə "Wall Street Journal"dan "Forbes" və "Newsweek"-ə qədər müxtəlif nəşrlər üçün məqalələr yazmışam. Mən xeyli təcrübə və müşahidələr əsasında yazıram.  

Sadə faktdan – Rusiyanın Suriyaya müdaxiləsindən başlayaq. Xəbər agentliklərində heyrət, sarsıntı, dəhşətdir. Və hər halda belə oldusa, bizi ancaq təəccübləndirməlidir ki, bu, xeyli əvvəllər yox, ancaq indi baş verdi. Bu haqda dəfələrlə yazmışam ki, Rusiya-Suriya strategiyası Putinin 1990-cı illərin axırındakı II çeçen müharibəsinin siyasətinə çox oxşayır.

Hələ keçən ilin iyununda yazdığım məqalədə (həm də birincisi deyildi) yazır və sitatlar gətirirdim ki, Əsəd İŞİD-in nüfuzunun artmasına bilə-bilə yardım etdi. Bu yazıda deyirdim ki, Əsədin bu “hərbi hiyləgərliyi necəsə şübhəli şəkildə 1990-cı illərdə Çeçenistanda baş verənləri yada salır”.

Cihadçılar o zaman çeçen qiyamçılarının sıralarına soxuldu və müstəqillik uğrunda mübarizəni öz üzərlərinə götürdülər, cürbəcür qanlı cinayətlər törədib dünya ictimaiyyətini özlərindən uzaqlaşdırdılar. Bu, Putinə xeyli günahsız insanın həlak olmasına fikir vermədən onlara qarşı xalçavari bombardmandan istifadə etməyə imkan verdi. Yaraqlılar bundan sonra düşmənlik edən qruplaşmalara bölündülər.

Əsəd daha mötədil müxalifətə hücuma üstünlük verərək İŞİD-i, demək olar, heç vaxt bombardman etməyib. İndi isə Ruslar eyni addımı atır. Əslində, Putin qət etdi ki, səbirlə quraşdırdığı tələni qapamaq üçün əlverişli imkan ələ düşüb: üsyançıları əks düşərgələrə parçalamaq, dünya ictmaiyyətinin dəstəkləmədiyi ekstremistlərə ön plana çıxmaq imkanı vermək, mötədil qruplaşmaları prosesə qatılmaqdan xaric etməklə təcrid etmək, sonra isə müxalifəti tamamilə məhv etmək.

Niyə indi? Onun Ukraynadakı təcavüzkar fəaliyyəti dayandırılıb. Ölkəsinin iqitisadiyyatı lax durumdadır və diqqəti bundan yayındırmaq lazımdır. Əsəd fəlakətli şəkildə mövqeləri təhvil verir. Lakin hər şeydən əvvəl, ABŞ-la İran arasında münasibətlərin yumşalması Moskvanın yaxın xaricdə Asiya ölkələrinin hamısına münasibətdə bütün planlarını pozur.

Xəritəyə fikir verin: İran Qərblə yaxınlaşsa, şahmat lövhəsindəki qüvvələr tərtibi dəyişiləcək. Qafqaz – Azərbaycandan Gürcüstana qədər və quzeyə doğru bütün dünyaya açıq olacaq. Bu Qafqaz ölkələrinin ardınca Ermənistan gələcək. Sonradan Mərkəzi Asiyadan neft və qazın artıq coğrafi bəndi olmayacaq və bölgənin inkişafına iki fövqəldövlətin nəzarət etməli olduğunu hesab edən ŞƏT-lə Çinin bütün planlarını pozub, İrandan keçərək Qərbə axacaq. Əvəzində Sovet İttifaqının keçmiş Orta Asiya respublikaları əsrlərin boyunduruğunu atacaq və böyük muxtariyyətə malik olmaqla inkişaf edəcək ki, bu da rusiyalıların imperiya iddiaları üçün fəlakət olacaq. İnqilablara, müharibələrə və soyuq müharibə illərinə baxmayaraq, Rusiya XIX əsrdən indiki dövrə qədər arxasındakı ölkələr üzərində nəzarəti zəiflətməyi heç cür istəmirdi. Monolit dövlətlər məhz bu cür düşünür və perspektivi planlaşdırır – nə azad mətbuat, nə humanitar böhranlar və ya düzgün seçkilər onları seçdikəri yoldan azdıra bilir. Onlar yalnız hakimiyyətdən yapışıb.

Bütün bu ssenarinin əlavə tamamlayıcı özəlliyini yorulmaz Maykl Vayss "The Daily Beast"də qeyd edir. Vayss həmçinin bir neçə il ərzində Əsədin İŞİD-ə bağlılığına işarə edir. O, son məqaləsində KQB-nin çeçen ekstremistlərini Rusiyadan İŞİD-ə və yaxud bu cür qurumlara qoşulduqları Suriyaya necə yolladığını təfərrüatıyla izah edir. Ekstremistlər bu qayda ilə Rusiya Qafqazında narahatlıq törətməkdən əl çəkir və Suriya müxalifətinin sıralarına parçalanma salmağa kömək edirlər. Bu üsullar heç də yeni deyil. Əfqanıstanda müharibənin postsovet dövründə – amerikalılar ora gələnədək – Quzey alyansının sonralar öldürülmüş başçısı Əhməd Şah Məsudun taliblərin tərəfində döyüşən “çinli” dustaqları tez-tez əsir götürdüklərindən necə  gileyləndiyi yadımdadır. Əslində, onlar Sinszyan-Uyğur muxtar bölgəsinin Çin hökumətinin Pakistana göndərdiyi, oradan isə taliblərin tərəfində vuruşmaq üçün göndərilən narazı müsəlmanlar – uyğurlar idi…

Lakin əsas ssenariyə qayıdaq: Suriyada Putin qambiti İrana eyhamdır – Moskvaya münasibətdə loyal olun və şiə ayparası – İran, İraq, Suriya və “Hizbullah” yenidən iş başında olacaq. Tehranın daha ABŞ-a güvənməyi lazım gəlməyəcək. Moskvanın baxımından Tehranın ABŞ-la nüvə sazişi heç bir halda İranın Qərbə yön götürməyinə səbəb olmamalıdır. Mərkəzi Asyanı lokallaşdırmaq və qabağını almaq lazımdır. Nə Moskvanın, nə də Pekinin hansı strateji oyunun getdiyinə zərrə qədər də şübhəsi var. Həm də Səudiyyə Ərəbistanının. “Səudiyyə amili” Putinin məhz indi hərkətə keçməyinin səbəblərindən biridir. Bu yaxınlarda ümumi şəkildə yazdığım kimi, səudlar bütün avqust boyu Putinlə görüşürdülər, lakin yenə də prezident Obamanın İranla bağladığı nüvə sazişi ilə razılaşmağı qət etdilər. Şübhəsiz, səudlar neftin qiymətini qaldırmaq və yaxud çeçen separatçılarına dəstəyi dayandırmaq vədi verməklə Putinə sərfəli təkliflər etdilər. Heç şübhəsiz, səudlar əvəzində Əsədi vəzifədən uzaqlaşdırmağı xahiş ediblər, lakin qəti rədd cavabı aldılar. Və Kreml Suriyaya yollanmaqla va-banka getdiGörünür, Putinin həqiqi motivlərinə münasibətdə yalnız Vaşinqton özünü itirib və karıxıb. Dövlət Departamentinin işçiləri camaat içində məhz bundan danışırlar, lakin düzünü desək, bu, olduqca yöndəmsiz çıxır. Prezident Obama İranla nüvə sazişi bağlamaq xatirinə xeyli tənqid eşitdi və saysız-hesabsız həmləyə tab gətirdi. Həm də, yəqin ki, öz fikrində israrlı olmaq üçün xeyli ciddi səbəbləri var idi. Ona həqiqi mənada ağıllı, nüfuzlu və sayğıya layiq Uilyam Luers və Tomas Pikerinq kimi veteran  mütəxəssilər məsləhət verirdilər. Əgər ABŞ hökumətinin geostrateji məsələlərdə kollektiv yaddaşı hələ də yaxşı qalıbsa, soyuq müharibənin bir neçə on illiklərində effektli şəkildə işləyən məhz bu cür professionallara sadiq olmalıdır. Heç şübhəsiz, onlar durumun bütün təfərrüatlarını görürdülər. Putin qambiti onları da təəccübləndirdisə, hər şeydən əvvəl onun ağılsızlığına heyrətlənməlidirlər.

Nə qədər ki on il müddətində İraqda və Əfqanıstanda müharibə gedirdisə, Putin Qərbin qətiyyətsizliyi, ləngliyi və səhvlərini müşahidə edir, bundan istifadə edirdi. Əlbəttə, o, Sovet İttifaqının Əfqanıstandakı “qu quşunun nəğməsi”ni xatırlayır. Çox gözəl bilir ki, yerüstü müharibədə bomba zərbələri xüsusi bir nəticə vermir. Ukrayna, Abxaziya, Güney Osetiya Çeçenistan və Rusiya sərhədi boyunca yerləşmiş digər ölkələri əldə saxlamaq üçün qoşun yeritsəydi, dəlilik olardı. Bəli, bildirə bilərsiniz ki, Rusiyanın müdaxiləsi şiə ordusunun – İranın, İraqın, Əsəd hökuməti ordusunun, “Huizbullah”ın və bu kimilərin savaş meydanında zəifləyən döyüş ruhunu möhkəmləndirir və onlar döyüşə gedəcəklər. Lakin bu, böyük səhv olardı. Rusiya Suriyada döyüşməyə başlasa, İŞİD-in və yaxud onun Fars körfəzindəki qəyyumlarının, beynəlxalq legioner sünni axınının qabağını almaqda Qərbin həvəsi tədricən yox olacaq. Avropa və ABŞ (həmçinin İsrail!) bir anda onlar üçün düşmən olmayacaq. Tarix 1980-ci illərə qayıdacaq – “cihad” sözünün Əfqanıstanda Rusiyaya qarşı savaş demək olduğu dönəmə. Tarix Suriyada tam dörvünü başa vurub və hər şeyin başlandığı nöqtəyə qayıdıb. Buna görə də bütün əsaslar var ki, kiminsə tələyə düşdüyü iddia edilsə, bu, ruslardır.

 

Melik Kaylan

"Forbes" (ABŞ), 04.10.2015