XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

05 Oktyabr 2015 - 13:36

Buşun “səlib yürüşü” və Putinin “müqəddəs müharibəsi”: [color=red]İslam torpaqlarında xaos ssenarisi – Təhlil

islam-9.jpg

Rusiya Suriyada birbaşa müharibəyə girişib. Təşkilatlar vasitəsilə müharibə bundan sonra dövlətlər səviyyəsinə qalxıb. Budur, Rusiya artıq iki gündür, Suriya müxalifətinə havadan, Dəməşq hökuməti, İran və “Hizbullah” isə qurudan zərbə endirir. Mötədil müxalifət güclü atəş altındadır – Suriya xalqının özü kimi.

Məqsədləri Dəməşq hökumətini ayaqüstə qaldırmaq, İran-Suriya oxunu möhkəmlətmək, Suriyanın transformasiyasını dayandırmaq və Rusiyanın Aralıq dənizindəki yeganə qalasını daha da gücləndirmək olan müdaxilə bütün bölgədə qüvvələr tərtibini dəyişməyə qadirdir. Yəqin ki, bundan sonra Şərqlə Qərb arasında haqq-hesabın çürüdülməsini yeni qaydada müzakirə edəcəyik.

Rusiya kimə meydan oxuyur?

Soyuq müharibənin bitdiyi andan bəri Rusiyanı Yaxın Şərqdə bu qədər ötkəm görməmişdik. Moskva daha çox Atlantikanın onun yaxın xaricinin zahiri sərhədlərinə basqısını dəf etməklə məşğul idi.

Onun gözlərini Gürcüstana müdaxilə açdı. Rusiya gördü ki, Qərb heç nə edə bilmədi. O, Krımı ilhaq etdi, başa düşdü ki, Qərbin əlində hər hansı  bir kozırlar yoxdur. Təbii ehtiyatlarla zəngin Rusiya iqtisadi embarqo ilə dizüstə qoyula biləsi ölkə deyildi və olmayacaq.

Rusiya üçüncü müdaxiləni Suriyada həyata keçirdi. Bu, rus millətçiliyinin deklamasiyası və imperiya eyniyyətinə dönüşdür. Bu, Ukrayna və Krımdan sonra Rusiyanın beynəlxalq səviyyədə gəldiyi hərbə-zorbadır. Bu o deməkdir ki, ABŞ-la İran hər necə anlaşırsa-anlaşsın, Rusiya-İran oxunu sındıra bilməyəcək.

ABŞ-ın İraqa hücumuyla eynidir

Biz bölgəsəl və hətta kürəsəl miqyaslı müharibələr təhlükəsi ilə üzləşirik. Bütün bölgədə xaosun yayılması, dövlətlərin təşkilatlarla dəyişik düşməyi, təşkilatlar vasitəsilə haqq-hesabın çürüdülməsi, sonra isə dövlətin birbaşa müdaxiləsinin şahidi oluruq. Rusiya və İranın Suriyaya bu cür müdaxiləsi ABŞ-ın İraqa təcavüzündən qətiyyən fərqlənmir. O, Əfqanıstanda “Taliban”ı nişan verdi – işğal etdi. İraqda Səddam Hüseyni nişan verdi – yenə də işğal etdi. İndi elə bu üsuldan Rusiya istifadə edir. O da ABŞ və Avropanın törətdiyi İŞİD-dən bəhanə qismində istifadə edib Suriyaya müdaxilə edir. Səudiyyə Ərəbistanının dəstəyini təmin edən ABŞ kimi İranı köməkçi götürür və müsəlman ölkəsinə soxulur.

Cihadçılar pis, müqəddəs döyüşçülər yaxşıdır

ABŞ prezidenti Corc Buş İraqın işğalını “səlib yürüşü” adlandırdı. Hazırda Rusiyanın pravoslav kilsəsi “müqəddəs müharibə”dən danışır. Yəni “cihadçı təhlükəsi”nə münasibətdə həssaslıq tələb edən və dünyanı iyirmi il müddətində İslam və terrorizmlə qoxudanların hamısı  hazırda “müqəddəs müharibə” çağrışı ilə müsəlman torpaqlarına gəlirlər. Bunu dünən ABŞ edirdi, bu gün Rusiya. Söhbət İslam, İslam eyniyyəti, İslam dünyasından gedərkən, Rusiya ilə ABŞ arasında fərq yoxdur – dərhal vahid cəbhəyə çevrilir. Həm də bir neçə müsəlman ölkəsini öz tərəfinə çəkib addımbaaddım əraziləri işğal edir və dağıntı gətirirlər.

Onlar məzhəb eyniyyəti zəminində bütün bölgəni iki böyük düşərgəyə bölüblər. Bir tərəfdən bu cəbhələri bir-biri ilə savaşa təhrik edir, digər tərəfdən hər işğal zamanı tərəflərin biri ilə ittifaqa girib yeni cəbhələr açırlar. Qalan ölkələr isə sadəcə gözləyir ki, onların işğal növbəsi haçan yetişəcək.

Bu bölgənin heç zaman öz insanlarından başqa böyük düşməni olmayıb!

Budur, onlar bizi barmağına belə doladı

Əsas məqsəd ölməkdə olan Dəməşq hökumətinə nəfəs üfürmək deyil. Vəzifə Yaxın Şərqin sərhədlərinin yenidən cızılmasına qarışmaqdır. Yeni bölgüdə öz payını almaq istəyən hər bir ölkə buna nail olmaq üçün hər şeyə hazırdır.

Məqsəd Suriyada qüvvə toplayan İslam çevrələrini məhv etməkdir. Axı sezmək çətin deyil ki, onlar gələcəkdə təşkilat səviyyəsindən dövlət səviyyəsinə keçəcək və böyük çağrışın təməlini qoyacaq.

“Cihadçı” təhlükəsi bəhanəli müharibələri Əfqanıstanda, İraqda,  Afrikanın bir çox bölgələrində görmüşük. Soyuq müharibə başa çatandan dərhal sonra bütün müsəlman ölklərində yaradılan antiterror mərkəzləri vasitəsilə bütün bunların necə həyata keçirildiyini görmüşük. Bunu indi Suriyada görürük.

PKK və YPG-y niyə yatırım qoymalı?

ABŞ da, Avropa da, Rusiya da bölgədə İslam eyniyyətinə qolaylanır. Bu baxımdan Qərb Xalq Özünümüdafiə Dəstələrini (YPG) o səbəbdən dəstəkləyir ki, PKK bölgədə yeganə dünyəvi güc sayılır. Ona da sərmayə qoyulur. Bunu etməklə özgə əliylə müharibədə ondan fəal şəkildə yararlanırlar. Həm də tamamilə mümkündür ki, PKK və YPG-nin son hücumlarının dalında Suriyaya müdaxilə vaxtı Türkiyəni zəiflətmək ideyası dursun.

ABŞ, Avropa dövlətləri, Türkiyə və Səudiyyə Ərəbistanı, yəni Rusiya-İran cəbhəsinə aid olmayan ölkələr necə reaksiya verirlər? Suriya məsələsinə fəal şəkildə cəlb edilmiş bu ölkələr addım atıb öz mövqeyini müəyyən etməli olacaq. Onların üzərinə, ən azı, mənəvi öhdəlik düşür. Suriya müxalifəti tənhalıqdamı qalacaq? İndiyədək əldə olunanların hamısı puçamı çıxacaq?

Həlledici məqam ABŞ və Rusiyanın son danışıqlarda nədən danışmasından ibarətdir. Maraqlıdır ki, Moskva bu görüşdən dərhal sonra Suriyaya müdaxiləyə başladı.

Öncələr artıq yzmışdıq ki, indi Suriyada həll tapmaq daha çətin olacaq, xarici dövlətlərin müdaxiləsi bu problemi qanqrenaya çevirəcək, bu ölkələrin prioriteti isə “daha nəsə” üçün şərait meydana çıxana qədər məsələnin həllini daha çox təxirə salmaq cəhdi olacaq. Rusiyanın qarışması bu düşüncələrin gerçəkləşməsi yolunda ilk addım ola bilər.

Bizim ölkələr, bizim şəhərlər…

Kim nəyin uğrunda vuruşur-vuruşsun,  bu bölgənin sakinləri – bizlər üçün həqiqət probleminin həlli ətrafında bağlı qapılar dalında davam edən manevrlərdə deyil. Yerüzündən bizim ölkələr, bizim şəhərlər silinirXXI əsr hamımız üçün fəlakət əsrinə çevrilir. Buna görə də Suriyaya kimin müdaxiləsindən asılı olmayaraq, bu savaşı müsəlman torpaqlarına hücum kimi qəbul edirik. Atlantikadan Sakit okean sahillərinə qədər uzanan nəhəng İslam dünyasına bu gün səpmək istədikləri xaosu hamımıza hücum hesab edirik. Biz ABŞ-ın, Rusiyanın mövqeyindən deyil, bu fundamental faktdan çıxış etməklə hərəkət edəcəyik. Öz sözlərimizlə danışacaq, öz gözlərimizlə görəcəyik. Bizim mövqeyimizi bizə sırınan həqiqətlər deyil, ölkələrimizin və bölgəmizin həqiqətləri müəyyən edir.

Bəli, Suriya müharibəsi bölgəsəl və hətta kürəsəl miqyas alıb. O, Rusiyadan İrana, Türkiyədən Səudiyyə Ərəbistanına, Avropadan Amerikaya qədər uzanır. Biz bu gerçəkliklərin gözünün içinə baxmalı olacağıq. Və bölgəmizdə baş verən və Tükiyəyə yönələn hər bir hərəkəti, hər bir hücumu məhz bu kontekstdə dəyərləndirəcəyik.

İbrahim Qaragül

"Yeni Safak" (Türkiyə), 04.10.2015




Yuxarı Əvvələ Ana Səhifə