XƏBƏR LENTİ

06 İyul 2020

Digər Xəbərlər

25 May 2020 - 17:40

“PUTİN AVRASİYA İTTİFAQINI DAĞITMAQ İSTƏYİR” –Rusiyanın pulsuzlaşdığını görən ermənilər ondan üz çevirməyə başlayıblar

Aram Amatuni

“1in.am”, Ermənistan

 

Avrasiya İqtisadi İttifaqının vahid enerji bazarı və qazın qiymətinin formalaşması mexanizmi haqqında Ermənistan və Belarus tərəfindən qoyulan məsələlərə baxılmasından və daha dərin inteqrasiya üçün irəli sürülən təklifdən imtina edilməsi, ümumiyyətlə, açıq şəkildə Rusiyanın imperiya ambisiyalarını göstərərək, praktikada onun hərbi-siyasi və sivilizasiya baxımından aqoniyasını əks etdirir.

Yeri gəlmişkən, bu günlərdə Putin bəyan etdi ki, Rusiya yalnız dövlət deyil, sivilizasiyadır. Tarixi-siyasi süniliyilə birlikdə, Avrasiya ideologiyası çərçivəsində daha da süni səsləndiyi nəzərə alınarsa, bu bəyanat kifayət qədər təəccüblüdür. Çünki bu dairədə elə ölkələr yerləşir ki, onlar heç bir formada rus sivilizasiyası ilə assosiasiya olunmurlar.

Beləliklə, Putinin bəyanatı ya sadəcə siyasi seytnota, ya da bununla birlikdə, bu seytnotdan çıxış axtarışlarına da dəlalət edir. Çox güman ki, Putin Avrasiya məkanında mərkəzdənqaçma proses və meyllərini təhrik edir.

İş ondadır ki, 2011-2012-ci illərlə 2020-ci il geopolitik planda tamamilə fərqli zamanlardır və bu zamanların Rusiyası da tamamilə fərqlidir. Məsələn, deyək ki, 2011-2012-ci illər neftin “qızıl dövrü” idi. İndi isə biz “pas dövrü”nə şahidlik edirik. Neft-qaz iynəsinə oturan Rusiya üçün isə bu iynə topu partlatmağa yarayan dəyər qazanır. Və 2011-2012-ci illərdə Avrasiya klubunun yükü Putin üçün məqbul olduğu halda, – o hesab edirdi ki, neft və qaz Rusiyadan əlavə bir neçə digər ölkəni saxlamaq üçün də tamamilə yetərlidir, çünki bu yük iki Moskvanın və ya iki Sankt-Peterburqun yükündən ağır deyil, – hazırda Putin görür ki, onlar hətta Rusiya üçün belə yetərli deyil, az qalır, Moskva və Sankt-Peterburq üçün də yetərsiz olsun.

Eyni zamanda sual yaranır: “Bu yükdən necə qurtulmalı?”.

Avrasiya klubunun bundan sonra Rusiya üçün arzuolunmaz olduğunu elan etmək elə də sadə məsələ deyildir. Çox güman ki, bu, qaldırılması mümkün olmayan bir ağırlıqdır. Burada hətta “çarın şərəfi” məsələsi də vardır. Bu səbəblə, burada müəyyən münaqişə vəziyyətinin yaradılmasına və mərkəzdənqaçma əhvali-ruhiyyəsinin stimullaşdırılmasına ehtiyac yaranır. Və ümid edilir ki, yerdə qalanını klub üzvlərinin özü edəcək.

Edəcəklərmi? Bu sual açıqdır, lakin aydındır ki, Avrasiya İqtisadi İttifaqının gələcəyi, ən azı, hazırkı ideoloji mahiyyəti etibarilə, artıq qapanıbdır. Yerdə qalanı zaman məsələsidir.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə