XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

10 Oktyabr 2015 - 13:37

ABŞ-ın keçmiş dövlət katibi və müdafiə naziri Putinin əleyhinə məqalə yazdı: “Biz nə edə bilərik?”

rays-geyts.jpg

Vaşinqton və Londondan tutmuş Berlin və Ankaraya qədər heyrət sədaları eşidirik. Vladimir Putin batan iqtisadiyyatı və ikinci növ ordusu ilə geopolitik hadisələrin gedişatını necə daim diktə edə bilər? Ukrayna və yaxud Suriya – deyəsən, Rusiya preizdenti həmişə üstün gəlir. Bəzən kinayəli reaksiya yaranır: bu, Rusiyanın zəifliyinin əlamətidir. Ya da lovğalıq hissi: peşman olacaq ki, müdaxiləyə qərar verdi. Rusiya heç cür uğura nail ola bilməz. Və yaxud təşviş hissi: onsuz da pis olan durum daha da pisləşəcək. Və nəhayət, məhkum itaət hissi: bəlkə, vəziyyəti sabitləşdirməkdən ötrü rusları işə qoşaq, axı İŞİD-lə mübarizədə kömək bizə mane olmur.

Putin öz zəif kartları ilə müstəsna dərəcədə yaxşı oynayır, çünki nəyə nail olmaq istədiyni dəqiq bilir. O, bizim sabitlik anlayışımız mənasında durumu sabitləşdirmir. Suriya prezidenti Bəşər Əsədi hakimiyyətdə saxlamaqla Rusyanın maraqlarını qoruyur. Burada məsələ İŞİD-də deyil. Rusiyanın maraqlarına mane olan istənilən üsyançı qrup Moskva üçün terrorçudur. Biz bu cür davranış manerasını Ukaynada gördük, indi isə onun daha aqressiv təzahürünü – bombardman və qanadlı raketlərin zərbəsi ilə Suriyada görürük.

Putin duyğusal adam deyil və Əsəd onun üçün yükə çevrilsə, sevinə-sevinə Moskva üçün məqbul şəkildə onun dəyişilməsinə razılaşar. Lakin ruslar (və iranlılar) hələlik hesab edirlər ki, Əsədi xilas edə bilərlər. Prezident Obama və dövlət katibi Con Keкri bildirirlər ki, Suriya böhranının hərbi həlli yoxdur. Bu belədir, lakin Moskva başa düşür ki, bu diplomatiya əksini yox, biçimlənmiş durumu izləyir. Rusiya və İran əlverişli vəziyyət yaradır. Bu hərbi müdaxilə tükənərkən Tartusdakı bazanın saxlanması daxil olmaqla Moskvadan onun maraqlarını əks etdirən sülh təklifləri gözləmək olar.

Unutmamalıyıq ki, Moskvanın uğur haqda təsəvvürü bizimkindən fərqlənir. Ruslar Gürcüstandan Moldova və Ukraynaya qədər hətta “baş tutmamış” deyilən dövlətləri və dondurulmuş münaqişələri də məqbul hesab edirlər.

Surya onlardan nə ilə seçilir? “Moskvanın adamları” dövlətin ancaq bir hissəsini idarə edə bilərsə, lakin eyni zamanda qalan başqalarını onun digər hissələrini idarə etməkdən məhrum edərlərsə, nə etmək olar, qoy belə də olsun.

Əhalinin rifahı da məsələ deyil. Uğurun Rusiya təyinində Suriya xalqının ümidsiz vəziyyətindən narahatlıq kimi anlayış yoxdur. Qaçqınlar Avropanın problemidir. Dinlərarası təfriqə? Bura ki Yaxın Şərqdir! Çəllək bombaları, ola bilsin, Əsədin Moskvanın özünün təşkil etdiyi müqavilə ilə yasaqlanmış kiməyvi silahı da tətbiq edilməklə əhali zərbələrə məruz qalır? Çox təəssüf!

Putinin Suriyadakı fəaliyyəti köhnədəbli böyük dövlət siyasətidir. (Bəli, insanlar bunu XXI əsrdə edirlər!) Bu ona daxili üstünlük verir, lakin daxili və xarici problemləri ayırmır. Rusiyanın daxili və xarici siyasəti həmişə sıx şəkildə bağlı olub. Rusiya xaricdə güclü olarkən daxildə də özünü güclü hiss edir. Putin təbliğatla dumanlanmış öz əhalisinə, ən azı, hələlik  məhz bu cür ideya ilə müracət edir. Rusiya böyük dövlətdir və bu hissdən özünə sayğı əxz edir.

Daha nə? Son dəfə neftdən başqa Rusiyanın daha hansısa malını alıbısnız? Moskva beynəlxalq siyasətdə yenidən əhəmiyyət qazanıb, Rusiya silahlı qüvvələri isə hərəkətə gəlib. Gəlin, həmçinin özümüz üçün aydınlaşdıraq ki, Putinin necə zəif qərar qəbul etdiyi haqda nəsihətlər zəif səslənir. Ruslar son dəfə xaricdə Əfqanıstan macəralarına görə peşman oldular. Lakin bu, yalnız ondan sonra baş verdi ki, Ronald Reyqan əfqan mücahidləri “Stinger” raketləri ilə silahlandırdı və onlar Rusiya təyyarələrini və helikopterlərini vurmağa başladılar. Yalnız bundan sonra zəifləmiş Sovet İttifaqı Mixail Qorbaçovun başçılığı ilə Qərbə güzəştə getmək cəhdlərində qət etdi ki, Əfqanıstan macərası ona lazım deyil.

Deməli, bu gün biz nə edə bilərik?

Birincisi, Putinin sadəcə dünya nizamsızlığına reaksiya vediyi müddəasından imtina etməyimiz lazımdır. Bu müddəalara əsasən, Putin yalnız ABŞ-ın İraqda, Liviyada və digər yerlərdə öz fəaliyyəti ilə doğurduğu hərc-mərcliyə cavab olaraq Yaxın Şərqdə dövlət sistemini qoruyub saxlamaq istəyir. Putin Yaxın Şərq hadisələrinə, həqiqətən də, qıcıq verir. O, bizim qətiyyətsizliyimiz və Liviyada işə fəal şəkildə qoşulmaq və İraqa qarşı əvvəlki kursu saxlamq istəksizliymiz üzündən yaranmış boşluğu görür. Lakin beynəlxalq sabitliyin müdafiəçisi kimi? Buna inanmayın.

İkincisiyerlərdə şəraiti özümüz yaratmalıyıq. Uçuşsuz zonalar və əhali üçün təhlükəsiz bölgələr hansısa uydurulmuş ideyalar deyil. Bu cür üsullar əvvəllər nəticə verib (12 il ərzində kürdlərin Səddam Hüseynin terrorundan müdafiə edilməsi) və ciddi şəkildə nəzərdən keçirilməyə layiqdir. Qaçqınların gəlişi insanlar özlərini təhlükəsizlikdə hiss etməyənədək davam edəcək. Hətta kürd qüvvələrinə, sünni tayfalarına və İraq xüsusi təyinatlı qüvvələrinin qalıqlarına fəal dəstək cəfəngiyyat deyil. Bu cür dəstək indiki uğursuz strategiyamızı xilas edə bilər. Buna ciddi yanaşsaq, Moskvanın müdaxiləsinin nəticələrini öz üzərində hiss edən Türkiyə ilə qarşılıqlı münasibətlərimiz möhkəmlənər. Qısası, biz yerlərdə hərbi güclərin həm bizim, həm də müttəfiqlərimiz üçün məqbul optimal balansını yaratmalıyıq.

ÜçüncüsüRusiya ilə hərbi fəaliyyətimizin “münaqişəsizliyini” təmin etməliyik. Bu, xoşagəlməz işdir və ümumiyyətlə, biz bu cür duruma yol verməməliydik ki, ruslar bizə əl-ayağa dolaşmamaq xəbərdarlığı etsinlər. Lakin Amerika və Rusiya hərbçiləri arasında insidentlərin qabağını almaq üçün mümkün olan hər şeyi etmək lazımdır. Deyəsən, hətta Putin də bu təşvişə şərikdir.

Və nəhayət, Putini necə var, o cür də görməliyik. Dediyimiz yetər ki,  Rusiyanın motivlərini daha yaxşı anlamaq istəyirik. Ruslar öz hədəflərini çox yaxşı tanıyırlar: istənilən vasitələrlə Yaxın Şərqdə öz maraqlarını qorumaq. Burada anlaşılmaz nə var?

 

Kondoliza Rays (2005-2009-cu illərdə ABŞ-ın dövlət katibi)

Robert Geyts (2006-2011-ci illərdə ABŞ-ın müdafiə naziri)

"The Washington Post" (ABŞ), 09.10.2015




Yuxarı Əvvələ Ana Səhifə