XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

13 Oktyabr 2015 - 13:38

Barak Obama Putinin əleyhinə danışdı: [color=red] “Putin ora qoşun yeridir ki, son müttəfiqi saman çöpündən yapışsın” – MÜSAHİBƏ

Artıq bir həftədir ki, Rusiyanın aviazərbə endirdiyi və gəmilərdən raket atəşi açdığı Suriyada gərginlik artır. Rusiya Suriya prezidentinə kömək edir və bəzi hallarda ABŞ-ın dəstəyindən istifadə edən üsyançı qruplara qarşı əməliyyat aparır.

Prezident Obama və onun ruisyalı həmkarı Vladimir Putin arasındakı mürəkkəb və riskli, qəliz münasibətlərin yaşandığı bir dövrdəyik. Buna ABŞ-da başlanmış praymeriz kampaniyasını əlavə edin və tamamilə aydın olacaq ki, bütün bunlar haqda prezidentlə danışmağın vaxtı niyə çatıb. Bu, İŞİD-dən başlanan olduqca canlı və fəal bir müsahibə idi.

 

Stiv Kroft: Biz son dəfə keçən ilin bu vaxtı İŞİD-in fəaliyyəti üzündən Suriya və İraqda durum pisləşməyə başlarkən söhbət etmişik. Siz İraq ordusuna aviasiya dəstəyi və Suriyaya bəzi aviazərbələr endirilməsi üzrə planı təzəcə ortalığa qoymuşdunuz. Həmçinin Suriyanın mötədil qüvvələrinin hazırlanması və təchizatından danışırdınız. O zaman dediniz ki, bu, İŞİD-i zəiflədəcək və tədricən məhv edəcək…

Prezident Barak Obama: Tədricən.

-Tədricən. Bir il keçdi və…

– Mən deməmişdim ki, bunu bir ilə edəcəyik.

– Xeyr. Lakin demişdiniz ki…

– Sual haradasa burada gizlənir.

– Burada sual var. Duruma və uğurlara nəzərə salınsa, onları tapmaq asan olmayacaq. Yalnız bir arqument gətirmək mümkündür: gerçək şəkildə dəyişilən yeganə hal artan ölümlərin, həmçinin Suriyadan Avropaya gedən qaçqınların sayıdır.

– Suriya – bütün dünya ictimaiyyəti və ən mühümü, viranedici vətəndaş müharibəsindən əziyyət çəkən Suriya xalqının özü üçün çətin problemdir. Xalq öz əhalisinə çəllək bombaları atan və hakimiyyətinin qorunub saxlanmasını xalqının gələcəyindən önəmli sayan qəddar diktatorun tələsinə düşüb. Digər tərəfdən vəhşi və amansız İŞİD təşkilatı, həmçinin “Əl-Qaidə”nin Suriya daxilində fəaliyyət göstərən bəzi qanadları durub. Biz nələri edə bildik? Mühüm əraziləri tutmağa cəhd edən İŞİD-in gücünün impulsunu önləyə bildik; cavab zərbələr endirdik – xüsusən də İraqda və təhlükə altında qalan bəzi yaşayış məntəqələrində. Suriyada isə onun bir sıra əməliyyatlarını poza bildik. Lakin hələlik görə bilmədiyimiz iş – və mən bunu hamıdan qabaq etiraf edirəm – Suriyada dinamikanın dəyişdirilməsidir. Burada isə məqsəd yerlərdə mötədil müxalifətə yardım göstərməkdən ibarətdir. Lakin biz heç vaxt illüziyaya qapılmamışıq və hesab etmirik ki, Suriyadakı problemləri hərbi yolla həll edə bilərik.

– İstərdim ki, bəzi məqamları sıra üzrə müzakirə edək. Siz olduqca xeyli məqamları yada saldınız. Birincisi, İŞİD-lə bağlı ümidsiz duruma düşməyə nail olduğunuz vəziyyət. Deməli, İŞİD-lə bağlı nə baş verəcək?

– Di, yavaş-yavaş…

– Mən onu nəzərdə tuturam ki, kimsə onunla vuruşmalıdır. Lakin hazırda baş verənlər əl vermir. Onlar əvvəlki kimi İraqda böyük əraziləri işğal edirlər. Onlar əvvəlki kimi Suriyada böyük əraziləri tuturlar. Onlardan canımızı kim qurtaracaq?

– Dünya ictimaiyyəti tədricən onların hamısından xilas olacaq və qurtuluş üzrə bu cəhdlərə biz başçılıq edəcəyik. Lakin Suriyada və İraqın bəzi bölgələrində yerli əhalinin, yerli sünni əhalinin onlardan qurtulması üçün bizimlə uzlaşma halında hərəkət edəcəyi əlverişli durum yaranmasa, onlardan canımızı qurtara bilmərik.

-Siz Suriyadakı mötədil müxalifətdən danışırsınız. Onu tapmaq son dərəcə çətindir. Siz həm də bəzi müxalifləri axtarıb tapmaq və onlara təlim keçmək üçün uğursuz cəhdlərdən danışdınız. Siz beş min nəfərin təchizatı və təliminə Konqresdən yarım milyard dollar aldınız, nəticədə isə, Mərkəzi komandanlığın məlumatlarına görə, əlli nəfər hazırladınız. Həm də onların əksəriyyəti ya həlak oldu, ya da fərarilik etdi. Neçəsi qalıb – dördü, ya beşi?

– Stiv, məhz buna görə lap əvvəldən öz adamlarmız vasitəsilə Suriyada ordu yarada bilmək ideyasına şübhə ilə yanaşırdım. Mənim məqsədim bundan ibarət idi ki, müxalifəti sınaqdan keçirək, İŞİD-lə döyüşməyə hazır olan mötədil müxalifəti hazırlamaq və silahlandırmağı bacararıqmı? Və biz başa düşdük ki, nə qədər Əsəd hakimiyyətdədir, bu adamların diqqətinin İŞİD-ə cəmlənməsinə nail olmaq çox çətindir.

– Mötədil suriyalıların axtarılması, təlimi və silahlandırılması ideyasına şübhə ilə yanaşırdınızsa, onda bu proqrama niyə razılıq verdiniz?

– Stiv, çünki axı biz müxtəlif üsulları sınaqdan keçirməliyik. Çünki yerlərdə bu problemin necəsə həll olunmasında marağı olan tərəfdaşlarımız var. Və…

– Və onar istədilər ki, bunu siz edəsiniz.

– Yox. Mən belə demədim. Düşünürəm ki, əlimizdəki bütün fəaliyyət variantlarını sınaqdan keçirtməliyk.

– Bilirəm, bu haqda danışmaq istəmirsiniz.

– Xeyr, mən bu haqda məmnuniyyətlə danışıram.

– Mən bu proqram haqda danışmaq istəyirəm, çünki bilirsinizmi, beş min döyüşçü əldə etməyə ümid edirsinizsə və beşi baş tutursa, deməli, kimsə hesabda haradasa ciddi yanlışlığa yol verib.

– E-e-e, Stiv, icazə verin, bax bunu deyim.

– Bu, böyük pərtlikdir.

– Baxın, şübhə yoxdur ki, bu, baş tutmadı. Və bilirsiniz, Suriyada qəlbparçalayan bütün bu durumda rastlaşdığım problemlərdən biri, bax, bundadır. Bilirsiniz, adamlar var, təkid edirlər ki, ora, sadəcə, silah və döyüşməyə hazır olan adamlarla dolu bir neçə yük maşını göndərək. Sonra isə bu təlim və təchizat proqramı başlanıb nəticə verməyəndə deyirlər: “Bəs o niyə baş tutmur?” Və yaxud “Bu, üç ay əvvəl başlansaydı, nəticəsi olardı”.

– Lakin özünüz deyirsiniz ki, ona heç vaxt inanmırdınız.

– Amma mən həm də deyirdim ki, Suriyadakı kimin dəyişkən, xeyli simanın fəaliyyətdə olduğu durumda gümüşü güllə tipində heç bir sadə həll yoxdur. Məhz buna görə aydın şəkildə bildirirdim ki, birincisi, bu, Amerika xalqının təhlükəsizliyini təmin etməkdir. İkincisi, diplomatik kanallarla əməkdaşlıq etməyə hazırıq ki, keçid dövrünün başlanması məqsədilə rusları və iranlıları Əsədə təsir etməyə inandırmaq üçün  harada mümkündürsə, mötədil müxalifətə dəstək verək. Mən həmçinin bildirirdim ki, Suriya daxilində hərbi kampaniyaya girişməyə heç cəhd də etməyəcəyik. Əfqanıstandakı durumu götürək, çünki şübhəm var ki, bu haqda da soruşacaqsınız.

– Yaxşı. Cənab prezident, məndə belə bir hiss var ki, müsahibəmizi qəsdən pozursunuz.

– Yox, yox, yox, yox, yox. Stiv, istəyirsinizsə, lenti fırladın, siz mənə uzun suallar verir, bəyanatlar verirsiniz, indi isə mən onlara cavab verirəm. Buna görə də, gəlin, belə edək: mənə böyük, əhatəli sual verirsinizsə, onda mən də geniş və əhatəli cavab verirəm. Misal kimi, Əfqanıstan nümunəsini götürək. Biz orada 13 il olmuşuq, demək olar, 13 il. Əfqanıstanda əvvəlkitək çətindir. Ora çox böyük pullar sərf etmişik və indiyədək minlərlə hərbçimiz oradadır. Buna görə də fəaliyyətdə olan hökumətin bizi dəvət etmədiyi və fəal şəkildə sıxışdırmağa çalışdığı  Suriyada müharibə başlayandan bir il sonra bütün bunları tezliklə həll edə biləcəyimiz təsəvvürü…

– Biz demədik ki, tezliklə…

– Bu – illüziyadır. Və, və…

– Bunu heç kim gözləmir, cənab prezident.

– Bəli, başa düşürəm, Stiv, lakin gətirmək istədiyim sadə dəlil bundan ibarətdir ki,  son nəticədə Suriya probleminin həlli ora bir yığın qoşun göndərib-göndərmədiyimizdən asılı olmayacaq. Onun əsasında duran böhranın həlli üçün fəaliyyətdə olan şəxslər etiraf etməlidir ki, yeni hökumətə keçid olmalıdır. Bu yoxdursa, heç nə alınmayacaq.

– Hazırda orada fəaliyyətdə olan əsas simalardan biri Rusiyadır.

– Bəli.

– Bir il əvvəl siz mənə müsahibə verəndə Ukrayna sərhədində ABŞ-la Rusiya arasında hərbi isteriya qızışdı. Hazırda eyni hal Suriyada baş verir. Bir il əvvəl dediniz ki, Birləşmiş Ştatlar qalanlarını öz ardınca aparır. Ki, biz əvəzedilməz millətik. Deyəsən, cənab Putin bu liderliyə meydan oxuyur.

– Hansı şəkildə? Gəlin, bu haqda düşünək… Gəlin…. gəlin…

– Tutaq ki, birincisi, Suriyaya qoşun yeridib. Hazırda orada onun adamları var. İkincisi, ruslar II Dünya Savaşından bəri ilk dəfə Yaxın Şərqdə hərbi əməliyyat aparırlar…

– Bəs bu…

– Dəstəklədiyimiz adamları bombalayırlar.

– Və bu, liderlikdir, Stiv? İcazə verin, sizə sual verim. Mən hakimiyyətə gələndə Ukraynada korrupsiyalaşmış, Putinin oyuncağı olan hökumət iş başında idi. Suriya bölgədə Rusiyanın yeganə müttəfiqi idi. İndi isə onların dəstəyinə güvənmək və Suriyada çoxdankı bazalarından istifadə etmək əvəzinə, Putin ora qoşun, ordu yeridir ki, son müttəfiqi, heç olmasa, saman çöpündən yapışsın. Ukraynada isə…

– O sizin liderliyinizi qəbul etmir, cənab prezident, sizə meydan oxuyur…

– Stiv, mən sizə deməliyəm ki, iqtisadiyyatın dağıdılması və yeganə müttəfiqə dəstək üçün məcburən ordu göndərmək liderlikdirsə, onda bizim liderlik haqda təsəvvürlərimiz başqa-başqadır. Mənim anlamımda liderlik Parisdə bağlaya biləcəymiz beynəlxalq saziş üzrə, iqlimin dəyişilməsi üzrə olur. Mənim anlamımda liderlik İranın nüvə silahı əldə etməməsi üçün bütün dünya ictimaiyyətini səfərbər etməkdir. Yaxın Şərqə gəlincə isə, bizim orada Rusiya strategiyasının ətrafında qəflətən sıraya düzülməyən 60 ölkədən ibarət koalisiyamız var. Əksinə, bildirir ki, bu strategiya uğur gətirməyəcək.

– Mən onun liderliyindən deyil, sizin liderliyinizə meydan oxumağından danışdım. O, Suriyadakı vəziyyətə möhkəm girişib. Təsəvvür edə bilərsiniz ki, ruslar qarışmasa, onlarsız bu gün Suriyada nəsə önəmli bir şey baş verə bilərmi?

– Lakin əvvəllər də belə olub. Nəzərə alın ki, ruslar son beş ildə həm iranlılar, həm də “Hizbullah” kimi silah tədarük edib, maliyyə təqdim edib.

– Lakin heç kimi bombardman etməyiblər və orada orduları yox idi…

– Həm də etməli olduqları onların gücünə dəlalət etməz. Bu, ondan xəbər verir ki, onların strategiyası baş tutmur.

– Bəs sizə elə gəlmir ki…

– Bəs sizə elə gəlmir ki, Putin Əsədin özünün öz problemlərini həll etməyinə üstünlük verərdi? Onda ora bir yığın təyyarəçi və olmayan pulu göndərməli olmazdı.

– Onunla Nyu-Yorkda görüşərkən bilirdiniz ki, bütün bunları edəcək?

– Tutaq ki, görürdük. Bizdə yaxşı kəşfiyyat məlumatları var idi. Biz müşahidə edirik…

– Deməli, onun hərəkət  planlarını bilirdiniz?

– Bilirdik ki, Əsədin möhtac olduğu hərbi yardımı göstərməyə hazırlaşır. Çünki rejimin mümkün süqutu – həm də ən yaxın perspektivdə – rusları narahat edirdi.

– Deyirsiniz ki, o, bunları zəiflikdən edir. Yaxın Şərqdəki əleyhdarlarımız arasında və hətta bəzi müttəfiqlərimizdə də fikir var ki, Birləşmiş Ştatlar geri çəkilir, qoşunlarımızı İraqdan çıxartdıq və ora İŞİD gəldi. Gəldi və ərazisinin xeyli hissəsini zəbt etdi.  İŞİD Suriyanın da önəmli hissəsinə nəzarət edir.

– Düşünürəm, Stiv, demək ədalətli olardı ki, əgər …

– İcazə verin, fikrimi bitirim. Onlar deyirlər ki, siz…

– Siz…

– Onlar deyirlər ki, siz güc deyil, zəiflik nümayiş etdirirsiniz…

– “Onlar” deyirsiniz, lakin, demək olar, heç bir misal çəkmirsiniz ki, bunlar kimlərdir. Lakin…

– Xeyr, çəkirəm. İstəsəniz, misal çəkim…

– Bəli də… budur…

– Mən səudların ifadələrini misal gətirə bilərdim. Həm də israillilərin. Mən deyərdim ki, Yaxın Şərqdəki dostlarımızın çoxu belə deyir. Mən deyərdim ki, Respublikaçılar partiyasında hamı bu cür danışır… Davam etməyimi istəyirsiniz?

– Nə olsun ki… əgər siz… əgər Respublikaçılar partiyasına istinad edirsinizsə, mənə elə gəlir ki, onların fikrincə, mən son yeddi ildə düzgün heç bir iş görməmişəm. Bəli, mənə elə gəlir. Bundan başqa, qeyd etmək lazım gəlir ki, bu adamların özü İraqa qoşun yeritmək uğrunda çıxış edirdilər, indi isə bunun səhv olduğunu etiraf etmək çətindir. Həm də, Stiv, zəmanət verirəm ki, Yaxın Şərqdə və mənə elə gəlir ki, Respublikaçılar partiyasının daxilində bizim Yaxın Şərqə dayanmadan qoşun göndərməli olduğumuzu hesab edən fraksiyalar var. Onlar düşünürlər ki, biz orada sülhü bu cür qoruya bilərik, bölgədə qayda-qanun yarada bilərik. Və onlar üçün yeni ölümlərin baş verməyi, minlərlə hərbçinin həlakı və yaralanmağı, trilyonlarla dolların sərf ediləcəyi problem deyil. Onların bunda problemi yoxdur. Bu cür hərəkət etməyimizi istəyən adamlar var. Və bu cür hərəkət etməsək, deyəcəklər ki, Amerika geri çəkilir.

– Onlar deyirlər ki, rinqə dəsmal atırsınız…

– Xeyr. Stiv, bizim Yaxın Şərqdə əzəmətli güc və vasitələrimiz var. Bazalarımız, aviadaşıyıcılarımız var. Pilotlarımız bu səmada uçurlar. İndiki anda ordu yaratmaqda və möhkəmlənməkdə İraqa kömək edirik. Lakin mənə elə gəlir ki, bu tənqidçilər Amerikanın burada maraqlarının nədə olması və hansı məqamda “Bax, biz Amerikanın müdafiəsi üçün bunu edə bilərik. Bax, bunu etməliyik ki, Amerika liderlik etsin, güclü olsun və dünyada bir nömrə olaraq qalsın” deyə biləcəyimiz haqda suala cavab verə bilmirlər. Elə bir şey ola bilməz ki, yeganə tədbir Suriyaya, İraqa, ola bilsin ki, Liviyaya və yaxud Yəmənə növbəti 100-200 min hərbçinin göndərilməsi olsun. Və bizim məqsədimiz bu bölgələrdə qayda-qanunu saxlamaq deyil, həm də idarə etmək olsun. Bu, pis strategiya olardı, Stiv. Və düşünürəm ki, bu səhvi təkrar etsək, bizə ayıb olacaq.

– Düşünürsünüz ki, dünya təhlükəsiz olub?

– Amerika təhlükəsizlikdədir. Düşünürəm ki, yerlər var ki, məsələn, Suriya mənim prezident postuna gəlişimdən sonra təhlükəsiz yer olmayıb. Lakin millətimizin terrorizmdən müdafiəsindən, alyanslarımızın möhkəmlənməsindən danışsaq, biz güclü olmuşuq. Bu, tamamilə dəqiqdir.

 

Stiv Kroft

"CBS" (ABŞ), 12.10.2015




Yuxarı Əvvələ Ana Səhifə