XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 August 2015 - 13:47

Rusiya iqtisadiyyatı nə zaman dirçələcək?- Təhlil

iqtisadiyyat-5.jpg

Beynəlxalq ekspertlər iyul ayında 2008-ci ildən bəri neftin bir ay ərzində ilk dəfə olaraq 20 faiz ucuzlşmasını əsas gətirərək, Rusiya iqtisadiyyatının dirçəlməsinin 2 ildən tez baş verməcəyini proqnozlaşdırırlar. 

İyulun əvvəlində Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirmişdi ki, bu ilin ikinci rübündə Rusiya iqtisadiyyatının geriləməsi özünün ən aşağı nöqtəsinə çatıb. Üçüncü rübdə müəyyən korrektə olacaq və müsbətə doğru dəyişikliklər başlayacaq.

Beynəlxalq analitik mərkəzlər isə Moskvanın bu optimizmini bölüşmürlər. Beynəlxalq reytinq agentliyi Moody's Investor Service-in araşdırmasında qeyd olunur ki, neftin qiymətinin ucuzlaşmasının davam etməsi və rublun dəyərdən düşməsi iqtisadiyyatın dirçəlməsini ləngidəcək.

Agentliyin ekspertlərinin proqnozlarına görə, ən ağır ressesiya (geriləmə) mərhələsi hələ irəlidədir. İqtisadi inkişafla bağlı müsbət dəyişikliklər isə 2016-cı ilin əvvəlindən başlaya bilər.

Rusiya Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə apreldən iyula qədərki dövrdə ÜDM istehsalı 4,6 faiz azalıb. Birinci kvartalda isə bu göstərici 2.2 faiz olmuşdu. Moody's Investor Service ekspertləri qeyd edirlər ki, iki rüb dalbadal ÜDM-in istehsalının aşağı düşməsi Rusiyanın rəsmi olaraq ressesiyada olduğunu göstərir. Ekspertlərin fikirincə, əsas makroiqtisadi göstəricilər sənaye istehsalı, malların pərakəndə satışı iyun ayında aşağı düşməkdə davam edib. 20015-ci ilin  birinci yarısında sürətlənən inflyasiya fonunda əməkhaqlarının iki rəqəmlə ifadə olunaraq real aşağı düşməsi, şirkətlərin kapital xərclərinin azalması  ilk növbədə fərdi istehlak və investisiyaların zərbə aldığının sübutudur.  Məhz bu iki amil dərin ressesiyanın baş verməsinin əsas səbəbidir.

Qərb ölkələrinin sanksiyaları və Rusiyanın bu ölkələrdən kənd təsərrüfatı mallarının ixracına qadağa qoyması ÜDM-in 1-1.5 faiz azalmasına səbəb olub.

Araşdırma müəllifləri xüsusi olaraq vurğulayırlar ki, Rusiya iqtisadiyyatı hələ də neft qiymətlərindən çox asılı olaraq qalır. Neftin qiymətinin aşağı düşməkdə davam etməsi inflyasiyanı artıra, bu isə öz növbəsində investiyaların azalmasına səbəb olaraq ressesiyanı dərinləşdirə bilər.

Capital Economics araşdırma mərkəzinin ekspertləri də Rusiya iqtisadiyyatı ilə bağlı bədbin proqnozları bölüşürlər. Mərkəzin ekspertləri 3-cü rübdə Rusiya iqtisadiyyatının 6.3% kiçiləcəyini proqnozlaşdırırlar. Deutsche Bank ekspertləri isə Rusiya ÜDM-nin 4.5% azalacağını təxmin edirlər.

Dünyanın ən böyük banklarından HSBC analitikləri isə hətta 4-cü rübdə də Rusiya iqtisadiyyatının geri gedəcəyini açıqlayıblar.  

Ekspertlər  qeyd edirlər ki, təkcə iyul ayında neft 20 faiz ucuzlaşıb və bu tendensiyanın davam edəcəyi gözlənilir. Bu isə Moskva üçün ən pis ssenarinin gerçəkləşməsi deməkdir.

Neftin qiyməti 2008-ci ildən bəri ilk dəfədir ki, bir ayda bu qədər çox ucuzlaşıb. 

Strateq.az