XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

08 İyun 2020 - 16:40

MASKA TAXMALI, YA TAXMAMALI? –Amerikalıları iki barışmaz cəbhəyə bölən qorxu simvolu

Dmitri Kosırev

“Огонёк”, 08.06.2020

 

ABŞ-dakı mövcud sol-zənci talanından əvvəl ana cəbhə, Amerikaiçi müharibəsinin əsas simvolu olan maskalar idi. Yəni virusdan qorunmaq üçün olanlar. Talanlardan sonra zir-zibil süpürdükdə və hər şey bir daha unutduqda belə, bu cəbhə qalacaq. Üstəlik, üsyanın zirvəsində bu mövzu aparıcı medianın gündəliyindədir.

Maska ilə bağlı məsələ – onu taxıb-taxmamaq milləti yarıya bölüb və misli görünməmiş qarşılıqlı qəzəb doğurub.

İlk baxışdan bu yarılar bizə çox tanışdır: respublikaçılar və demokratlar. İndi ən gözəçarpan demokrat namizədi Co Bayden son fotolarında həmişə maskalıdır, Donald Tramp isə maskasız. Üstəlik, Tramp maskalı müxbirə də lağ edir: “Səni eşitmirəm, maskanı çıxar…”

Aydındır ki, bu, siyasi ünsürdür. Bayden məhz buna görə rəqibini “axmaq” adlandırır.

Amerika milləti siyasi cəhətdən demək olar ki, yarıya bölünüb. Lakin indi aydın olub ki, koronavirus epidemiyası bu parçalanmanı nəinki düzəltməyib, əksinə, onu daha da dərinləşdirib, çünki burada artıq siyasət deyil, daha dərin mövzuda – həyata münasibət barədə danışılır. Üstəlik, maskasız respublikaçılar və maskalı demokratlar amerikalılar arasında daha dərin bölünmə xətti çəkməyə, bir demokratın və bir respublikaçının nə olduğunu və əslində, millətin hansı hissəsinə mənsubluğu daha yaxşı anlamağa kömək edib.

Maska müharibəsi (bu Amerika mediasında işlənən termindir) belə görünür: bəzi qubernatorlar – çox vaxt da demokratlar – maska taxmamaya görə cərimələr tətbiq etməyə çalışıb, bəziləri isə yox. Bəzi mağazalarda maska taxmağı xahiş edirlər, digərlərində bu “bəzək əşyası”nda olan insanlara giriş imkanı vermirlər. Bəzi məkanlarda maska taxma çağırışa görə üzə deyilmir, buna görə başınıza bir güllə çaxa bilərlər və geniş müzakirə olunan iki belə hal var.

Bəli, demokratlar ən sərt karantin tətbiq etməyə və özünütəcridə çalışıblar, amma burada məsələ tamamilə “qırmızı” (Tramp) və “mavi” (demokratik) xətlərdə deyil: bu ölkədə fərqli əqidəli insanlar demək olar ki, hər küçədə yan-yanaşı yaşayırlar. Hətta bir ailə içində.

Aprel məlumatları göstərir: sorğuda iştirak edənlərin üçdə biri könüllü olaraq hər yerdə və hər zaman maska taxır, digər üçdə bir heç yerdə və heç vaxt; başqa bir üçdə bir bəzən məcbur olduqda.

May ayında sorğuda iştirak edən demokratların yarısı ofisə qayıtmaq istədiklərini bildirib, ancaq orada maska taxma icbari olduqda.

Sual budur: ikinci yarı ilə necə davranmalı, kim belə bir ofisdə nifrətini boğaraq 1 saniyə oturar?

Maska müharibəsi siyasətşünaslar və filosoflar tərəfindən ətraflı şərh olunur. Budur sağ cinahdakı şəxs – siyasi məsləhətçi Molli MakKann deyir: “Maskan mənası amerikalılara bu deməkdir: geri qayıtmaq istəyirsinizsə, hətta, bir növ, normallaşmaya, anormallığı qəbul edin…”

Publisist Don Feder: “Amerikaya nə olub? Fərd və qəhrəman bir xalqdan qoyun sürüsünə çevrildik, sosial məsafəni və maskanı qəbul edirik; solçuların, yalançı medianın və səhiyyə bürokratların təntənəsi xalqımızı parçalayıb və iqtisadiyyatımızı dağıdıb”.

Budur, digər cəbhə – “Washington Post qəzetinin köşə yazarı Cennifer Rubin səslənir: “Maskanın artıq həmişəlik olduğunu başa düşməmişsiniz?” Və ya “New York Times” qəzetində professor elmi dərəcəli bir qrup – “insan davranışı və ictimai sağlamlıq üzrə mütəxəssislər” çox ətraflı danışırlar: “Uşaqlar, belə olmaz. Maska olmadığı üçün heç bir halda cərimə tətbiq etməyin, yoxsa daha pis olacaq. Zorakılıq müqavimətə səbəb olur. Şəfqət lazımdır və sevgi”.

Bu komanda əlavə edir: “Unutmayın ki, bu yaxınlarda ölkənin rəsmi və qeyri-rəsmi tibb orqanları amerikalılara virusa qarşı maskaların faydasız, lakin sağlamlığa zərərli olduğunu izah edib. Buna görə də…”

Beləliklə,insanlar kütləni təqlid etməyə meyllidirlər. Buna görə də, onlara izah edin ki, artıq çoxları maskalanıb. Statistik rəqəmlər böyükdür. “Ulduzlar” da səfərbər olub – maskalanıblar. Belə insanları alqışlayın, tədbirlər təşkil edin. Ümumiyyətlə, “azlıqdan çoxluğu necə sıradan çıxarmaq və yeni sosial norma yaratmaq” mövzusunda bələdçimiz var. Bunu bacarırlar – ustadlar işə qoşulublar.

Ancaq burada bir sual meydana çıxır: niyə Yer üzündə məsum görünüşlü bir parça düzbucaqlı parça həyatda vacib bir şeyin güclü simvolu və əksinə, nifrət obyekti olub?

Deyək ki, çinlilər bu şəkildə çirklənmiş şəhər havasından çoxdan qorunur, bu normaldır. Həm də təkcə çinlilər deyil, bəzi digər asiyalılar da.

O asiyalılardır. Asiyalıların mədəniyyətlər üçün norma, digərləri üçün dəhşətdir. Hicabı xatırlayın. Ərəblər üçün bu normadır, murdar dünyadan qorunma rəmzidir, amma avropalılara “qara atlılar”ı, terror və ölüm rəmzlərini xatırladır. Bir çox Avropa şəhərləri insanları qorxutmamaq üçün həmin aksessuarı qadağan etməyə çalışır.

Dəbin də əhalinin nifrət edilən digər hissəsindən fərqlənməsinə kömək etdiyi bir çox hal var. Geniş və ya dar şalvar, çiyinlərə qədər uzanan saç və ya keçəl qırxılmış baş… ABŞ-ın qara əhalisinin əsrin əvvəllərində yaranan xüsusi şalvar geymə və çirkin bir üslubunu da xatırlaya bilərsiniz – şalvar yalnız aşağı çəkilmirdi, onu gündəyməz görünə bilən şəkildə beldən endirilməyə çalışırdılar.

Okeanın o tayında, 19-20-ci əsrin sonlarında, imperiya Çinində qırxılmış alın və peysərində hörüyü olan kişilər “yadelli mancur sülaləsi”nə ətaətkarlıq əlaməti sayılırdı. Müvafiq olaraq, əhalinin digər hissəsi bu hörüyə, şalvarlara və s. nifrətə baxır, başa düşürdülər ki, bu onlara meydan oxumadır.

Xatırladaq ki, demokratlar adlandırdığımız insanlar təkcə öz ölkələrini (ABŞ-ı) deyil, bütün dünyanın reallıqlarını və həyat tərzini özləri tərəfindən icad edilmiş sayırlar. Bu vəziyyətdə əsas silah qorxudur. Onlar dəhşətli hekayətlər hazırlayır.

Sağ cinahdan olan insanlar isə xəbərdarlıq edirlər: demokratlar qorxularına öyrəşib və artıq bunu normal hesab edirlər, utanmırlar. Biz isə “təhlükəsiz” bir həyatın olmadığını xatırlayırıq.

İnsanlar uzun müddət eyni təhlükədən qorxa bilmədikləri üçün yenisini icad etmək lazım gəlir – virus! O özü gəlib! Bəs başqa insanların qorxutmanın ən yaxşı simvolu nədir? Maska?..

Tərcümə: Strateq.az