XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 İyun 2020 - 16:33

ABŞ-la münasibətlərdə “yeni dövr” və Trampdan sürpriz qərar –LİVİYADA QAYDASIZ DÖYÜŞ NƏ İLƏ BİTƏCƏK?

M.K. Bhadrakumar

“Indian Punchline”, 14.06.2020

 

Liviyalı general Xəlifə Həftərin son aylarda bir sıra ağır hərbi uğursuzluqları ölkədəki qarşıdurma ilə əlaqədar diplomatik fəaliyyəti canlandırıb. Lakin müharibə hələ bitməyib.

Həftərin baş nazir Fəyyaz əl-Sərracın rəhbərlik etdiyi, beynəlxalq səviyyədə tanınan Milli Birlik Hökumətindən (MBH) Tripolini qoparmaq arzusu iflasa uğrayıb. Liviya Milli Ordusu (LMO) Tripolinin şimal-qərbində, Tunislə sərhədə yaxın bir neçə şəhəri, həmçinin paytaxtın cənub-qərbində strateji aktiv olan əl-Vatiyə aviabazasını itirib.

General Həftərın geri dönüşü yalnız lazımi məqamda və hamiləri Fransa, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı və Rusiya yenə də ona etimad göstərdikdə baş verə bilər.

Misir Həftərdən sonra Liviya savaşının üçüncü “qəhrəmanı” olan Tobruk mərkəzli Nümayəndələr Palatasının başçısı Aqil Saleh İsanı Qahirəyə çağırmaqla, sürətli təpki verib və iyunun 6-da Misir prezidenti Sisi Liviya qarşıdurmasına son qoymaq üçün Qahirə Bəyannaməsi adlı yol xəritəsi elan edib.

Qahirə Bəyannaməsi 8 iyun tarixindən başlayan atəşkəs rejimini (bu baş vermədi) nəzərdə tutur. Ardınca “milisləri dağıtmaq, silahları təhvil vermək, xarici qüvvələri çıxarmaq, bütün liviyalıları təmsil edən hakim prezident şurasının seçilməsi və seçkilər üçün konstitusiya bəyannaməsinin hazırlanması” kimi sonrakı mərhələləri.

Sisinin Qahirə Bəyannaməsi Körfəz dövlətləri və Rusiyada müsbət qarşılanıb, Türkiyənin dəstəklədiyi MBH isə məsələyə maraqsız qalıb və güc mövqeyindən danışmaqla, bir çox ərazi qazanmağa ümid edir. MBH və Türkiyə hesab edir ki, bu nöqtədəki hər hansı bir möhlət Həftər və dəstəkçiləri tərəfindən yenidən döyüş planına qayıtmaq üçün istifadə ediləcək.

Yaxın dövrdə əsas mübahisə mövzusu Sirte limanı və mərkəzi bölgədəki əl-Cufra aviabazasıdır. Sirte Liviyanın əsas neft terminallarından ibarət olan “neft ayparası” adlanan əraziyə bitişikdir, MBH və Türkiyə onu nəzarətinə almaq niyyətindədir.

Əl-Cufra aviabazasına gəlincə, MBH və Türkiyə oradakı Rusiya muzdlularının güclənməsindən qorxur.

Taktiki cəhətdən MBH və Türkiyə güman edir ki, Həftərə hərbi təzyiqin davam edəcəyi təqdirdə, onu daha da zəiflədəcək və Liviya şahmat taxtasından əbədi olaraq qalacaqlar.

Münaqişənin son mərhələsində ilk dəfə Rusiya prezidenti Vladimir Putin iyunun 10-da türkiyəli vəzifədaşı Rəcəb Tayyib Ərdoğana zəng edib. Tərəflər “Liviyadakı hadisələri dərindən müzakirə edərkən, ölkədə davam edən genişmiqyaslı silahlı qarşıdurmalardan narahatlıqlarını ifadə ediblər… Vladimir Putin atəşkəsə ən qısa müddətdə riayət edilməsinin vacib olduğunu qeyd edib. 19 yanvar 2020-ci il tarixli Berlin Beynəlxalq Konfransının qərarları və BMT Təhlükəsizlik Şurasının 2510 saylı qətnaməsi ilə təsdiq edilmiş münaqişənin siyasi-diplomatik həllinə yönəlmiş digər təşəbbüslər xatırladılıb”.

Maraqlıdır ki, Ankara söhbətlə bağlı hər hansı bir şərh verməkdən çəkinib. Türkiyə mediası Ankaradakı prezident mənbələrinə istinadən iki liderin “Liviya və Suriyanın İdlib əyalətindəki gərginliyi müzakirə etdiklərini” bildirib.

Göründüyü kimi, Türkiyə hələ də atəşkəs rejiminə əməl etmək istəmir.

Ərdoğanla telefon söhbətindən əvvəl Putin Misir prezidenti Sisi və Almaniya kansleri Angela Merkellə BMT-nin dəstəklədiyi Qahirə Bəyannaməsi ilə əlaqədar müzakirələr aparıb.

Moskvanın Ərdoğanı ovlamaq niyyəti olsa da, bu, nəticə verməyib. Ərdoğan sərt mövqedə qalır. Onun Sirte və əl-Cufra aviabazasını ələ keçirmək üçün hərbi kampaniyasından imtina edib-etməyəcəyi də qeyri-müəyyəndir. Digər tərəfdən, Rusiyanın bazadan asanlıqla imtina etməsi və MBH-nin hücumuna qarşı muzdlulardan faydalanacağı şübhəsizdir.

Rusiya bu yaxınlarda əl-Cufraya 10-dan çox döyüş təyyarəsi köçürüb. Türkiyə Rusiyanın əl-Cufra şəhərini hərbi bazaya çevirməyi planlaşdırdığını güman edir. Rusiyanın Liviyada hərbi baza qurma tamaşaçısı ABŞ və NATO-nu da narahat edir. İyunun 10-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-nun baş katibi Yens Stoltenberqlə Liviya, eləcə də ümumi təhlükəsizlik problemləri ilə bağlı danışıqlar aparıb.

Ankara, Brüssel və Vaşinqton Liviyada rus hərbi bazası qurmaq üçün edilən hər hansı bir hərəkətə qarşı çıxılmalıdır, çünki NATO-nun Liviyaya planlı müdaxiləsi və Afrikada gələcək genişləndirmə ilə yanaşı, Alyansın Aralıq dənizindəki hakimliyini zəiflədir. Rusiya isə Aralıq dənizinin şərqində varlığını gücləndirir və Türkiyənin bölgədəki tarixi üstünlüyünə meydan oxuyur.

Həqiqətən də, Türkiyə qüvvələrinin böyük kontingenti, çox sayda silah-sursat və təyyarəsi olan, Aralıq dənizi boyunca NATO, Avropa İttifaqı və ABŞ-ın yaxından izlədiyi dəniz zolaqları və hava məkanları həssas coğrafiyadır. Liviyaya silah tədarükü ilə əlaqədar BMT-nin embarqosu olsa da, o bir dəfə də olsun dayandırılmayıb.

İyunun 8-də Liviyanın əsas müzakirə mövzusu olduğu ABŞ prezidenti Donald Trumpla telefon danışığından sonra Ərdoğan Türkiyə-Amerika münasibətlərində “yeni bir dövrün başlaya biləcəyini” iddia edib. O bildirib: “Söhbət zamanı konsensusa gəldik… ABŞ Liviyadakı hadisələrlə də maraqlanır. Tramp inkişafları və Türkiyənin Liviyada müvəffəq olduğunu təsdiqlədi”.

Ərdoğan əlavə edib: “İndi məqsəd ətrafı da daxil olmaqla, Sirteni tamamilə almaqdır. Bu, neft quyularının yerləşdiyi bölgədir”. Ərdoğan hesab edir ki, Türkiyənin Liviyadakı uğuru ABŞ-la münasibətləri yenidən formalaşdırmaq potensialına malikdir.

Prezident Ərdoğan lovğalnır. Səudiyyəli şərhçisi Əbdülrəhman əl-Rəşidin tvitində deyildiyi kimi: “100 il əvvəl Osmanlı İmperatorluğunun süqutundan bəri Türkiyəgörünməmiş bir şəkildə Aralıq dənizini adlayıb keçdi”. Lakin Tramp atəşkəsə dəstək ifadə edərək sürprizə imza atıb. Vaşinqton Türkiyə müdaxiləsini ləğv etmək üçün Misirin qüvvələrini Liviyaya göndərə biləcəyindən qorxur. Bundan əlavə, Türkiyənin sərtliyi çoxillik rəqibi olan Yunanıstanı qəzəbləndirir.

Şübhəsiz ki, Körfəz dövlətləri və Misir Liviyada maraqlı tərəf olaraq qalır. MBH “Müsəlman Qardaşlar”ın dayağıdır və güzəşt üçün hər hansı bir imkan yoxdur. Onun ərazi nəzarətini iki dəfə artmasına baxmayaraq, Liviyanın yalnız beşdə birindən az hissəsinə hakimdir, LMO isə ölkənin 60 faizi, o cümlədən neft sahələrinə.

Əlbəttə, əgər türk qüvvələri Sirte və Benqazini ələ keçirsələr, bu Liviyada və bütün bölgədə oyun qaydalarını fövqəladə şəkildə dəyişdirəcək. Ancaq bu barədə danışmaq hələ tezdir.

Tərcümə: Strateq.az