XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

18 İyun 2020 - 13:21

İRAQDA SON HƏRBİ ƏMƏLİYYAT:Türkiyə və İran PKK-ya qarşı birgə dəmir yumruq nümayiş etdirdi

Ayla Cin Cakli

“Əl-Monitor”, 17.06.2020

 

İyununn 17-də Türkiyə İraqın şimalındakı kürd yaraqlılarına qarşı hərbi hücumları gücləndirib, kommandos qrupları helikopterlə hərəkətə keçib və İraq torpaqlarında illərdən bəri ən böyük əməliyyatla, sərhəddən gələn təhdidlərin qarşısını almaq üçün bombalar belə atılıb. Müdaxilə, Liviya və Suriyadan başqa, getdikcə artan təhdidlərə qarşı daha sərt hərbi siyasətin bir hissəsidir.

Son hücumla Türkiyə Silahlı Qüvvələri (TSQ) İraq Kürdüstanındakı hədəflərindən ilk 81-ini vuraraq Kürdüstan Fəhlə Partiyasına (PKK) qarşı “Qartal caynağı” adlandırılan əməliyyata başlayıb. Türkiyə illər boyu kürd partizanların isti izi ilə çoxsaylı sərhəd hücumları həyata keçirib, ancaq son hücum İraq daxilində ilk genişmiqyaslı hava və quru hücumudur.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Türkiyənin “F-16” döyüş təyyarələri, pilotsuz uçuş aparatları, hücum helikopterləri, raket qurğuları 150 PKK hədəfinə atəş açıb. Xüsusi təyinatlılar Türkiyə sərhədinin cənubundakı dağlıq ərazidə terrorçuların yataqlarına girmək üçün qurudan və havadan həmlə ediblər.

İraq hökuməti Çərşənbə axşamı günü Türkiyənin hava hücumlarına etiraz etmək üçün Ankaranın səfirini hüzura çağırıb. Rəsmilər və prezident Rəcəb Tayyib Ərdoğanın hakim partiyası əməliyyatın beynəlxalq hüquqa uyğun olduğunu söyləyərək təriflər və dualar yığdırıb.

“Türkiyə yeni baş nazirin kabinə qurması ilə Bağdaddakı “hakimiyyət boşluğunu” istismar edir, – deyə təhlükəsizlik analitiki Həsən Səlim Özertem bildirib. – Bu əməliyyatı həyata keçirərkən o, bir neçə siyasi tarazlığı nəzərə alıb. Silah anbarlarını dağıtmaq və İraqda əməliyyat keçirməklə yaraqlıları məhv etmək priventiv strategiya ola bilər”.

ABŞ və Avropa İttifaqında terror təşkilatı olaraq siyahıya alınan PKK 1984-cü ildə dövlətə qarşı silahlı mübarizə aparır və hökumətin sülh danışıqlarına son cəhdi 2015-ci ildə iflasa uğrayıb.

PKK nümayəndəsi “Associated Press”-ə bildirib ki, döyüş 200 kilometrlik xətt boyu davam edib. O, Türkiyəni Liviya və Suriyadakı kimi ekspansionist planlar qurmaqda günahlandırıb.

İranın PKK-ya raket-artilleriya zərbələri endirməsi də təsdiqlənib. Xarici işlər naziri Məhəmməd Cavad Zərifin bu həftə Ankaraya sürpriz səfərindən sonra. O, koronavirusun yayılmasından bu yana Türkiyəyə səfər edən ilk xarici rəsmi idi.

Türkiyəli vəzifədaşı Mevlut Çavuşoğlu bildirib ki, tərəflər terrorizmə qarşı mübarizə mövzusunda koordinasiyanı müzakirə ediblər. Nazir nüvə proqramına görə ABŞ-ın başlatdığı sanksiyalara Türkiyənin müxalif olduğu fikrini təkrarlayıb.

Zərifin səfəri bu ayın əvvəlində İran sərhəddində olan 100-ə yaxın yaraqlının fəallaşdığını iddia edən Türkiyənin daxili işlər naziri Süleyman Soylunun Tehrana məzəmmətindən sonra baş tutub. Soylu “İran bunun məsuliyyət daşıdığını bilir”, – deyib.

İslam İnqilabı Keşikçiləri Korpusunun quru qüvvələri komandanı Soylunun dediklərinin “əsassız və məsuliyyətsiz” adlandırıb.

Türkiyənin ənənəvi Qərb müttəfiqlərinə gəldikdə isə, xüsusilə Liviyadakı fəaliyyətinə görə Ankaranı getdikcə daha çox əsəbiləşdirirlər. Fransanın başçılıq etdiyi Aİ, Türkiyəni BMT tərəfindən tanınan hökumətə sadiq qüvvələri təchiz etməklə, silah embarqosunu pozmaqda ittiham edir.

Rusiya, Fransa, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və digər ərəb ölkələri Liviya münaqişəsində general Həftəri, Qətər və Türkiyə isə paytaxt Tripolidəki Sərrac hökumətini dəstəkləyir. Türkiyə yanvar ayında Sərracın müdafiəsini gücləndirmək üçün qoşun və muzdlular göndərib, bu da münaqişənin gedişatını öz xeyrinə dəyişməyə kömək edib.

İyunun 17-də Çavuşoğlu, kəşfiyyat rəisi Hakan Fidan, maliyyə naziri Berat Albayrak və Ərdoğanın müşaviri İbrahim Kalın sürpriz bir səfərdə Sərracla görüşüblər.

NATO-nun müdafiə nazirləri bu həftə virtual zirvə görüşü keçirdikdə, Avropadan tənqid səslənib. NATO diplomatları və bir Fransa səlahiyyətlisi “Reuters”-ə bildiriblər ki, Türkiyə Polşa və Baltikyanı ölkələrə dair NATO-nun müdafiə planına maneə törədir.

Liviya və İraqdan başqa, Türkiyə qüvvələri Suriyada da iştirak edir. Ötən il o, Suriyada kürd qüvvələrinə qarşı da əməliyyat keçirib. Bu, şimal-şərqdə İŞİD-ə qarşı mübarizədə Amerika əsgərləri ilə birlikdə döyüşən PKK-ya bağlı kürd qüvvələridir.

Özertem qeyd edib ki, Türkiyə 1990-cı illərdən bəri İraq ərazisində PKK-ya hücum edib və bu həftəki əməliyyatlar daha geniş miqyasdadır, İraqın şimal dağlarında üsyançılarla mübarizə şiddətlənəcək. “Bu yaxınlarda Türkiyə hərbi qüvvələri təhdid meydana gəlməzdən əvvəl onun aradan qaldırılması üçün 2016-cı ildən bəri mövcud olan imtiyazlı həmlə doktrinasına qoşulublar. Türkiyə Suriya və Liviyadakı digər iki cəbhədə də aktivdir. İraqdakı əməliyyat Ankaranın güc nümayişinin yalnız Aralıq dənizi hövzəsi ilə məhdudlaşmayacağının açıq mesajdır”.

Analitik əlavə edib: “Ənənəvi tərəfdaşlarla bir araya gəlmək çətin olduğundan Türkiyə birtərəfli hərəkət edən ölkəyə çevrilib. Bunun təsiri odur ki, Türkiyənin hərəkətləri Qərbin maraqlarına zidd görünür. ABŞ və Aİ ilə münasibətlər ciddi şəkildə pisləşib”.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə