XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

19 İyun 2020 - 12:16

SOYUQ MÜHARİBƏ SEÇİMİ:iqtisadi cəhətdən bir-birindən asılı Çin və ABŞ-ın rəqabəti hansı sonuc doğuracaq?

Xavyer Solana, Oskar Fernandes

“Project Syndicate”, 18.06.2020

 

Qərb cəmiyyətləri hazırda ABŞ və Çin arasında yeni Soyuq müharibəyə girdiyimiz barədə dəhşətli bir fikrə qapılıb. Bu iddia Çin-Amerika ticarət mübahisəsi nəticəsində ön plana çıxmağa başlayıb və indi COVID-19 böhranı onu mərkəzi yerləşdirir. “Özünüzü ələ alın”, – bunu sadəlövhlük deyir; “hegemonik toqquşmanı qulaqardına vurmayın”, – bunu da dəlillər diktə edir.

Ancaq bu çağırışların hər ikisi fatalizmi realizm və faktlar kimi tanıdır. Amerika və Çin rəqib super güc ola bilər, lakin onlar ABŞ və Sovet İttifaqı arasındakı Soyuq müharibəni mütləq şəkildə təkrarlamayacaq.

Bu gün hətta rəsmi sənədlərdə Soyuq müharibə haqqında gizli istinadlar mövcuddur. ABŞ prezidenti Donald Tramp administrasiyasının may hesabatında – “Çin Xalq Respublikasına ABŞ-ın strateji yanaşması”nda deyilir ki, “Pekin açıq şəkildə etiraf edir ki, ÇKP-nin [Çin Kommunist Partiyasının] maraqları və ideologiyasına uyğunlaşdırmaq üçün beynəlxalq nizamı dəyişdirilməsinə çalışır”.

Hesabatda qeyd olunur ki, Çin sistemi “Pekinin marksist-leninist ideologiyasından qaynaqlanır və millətçi, təkpartiyalı diktaturanı ehtiva edir; dövlətyönümlü iqtisadiyyat; elm və texnikanın dövlət xidmətində olması və ÇKP-yə qulluq etmək üçün fərdi hüquqların tabeliyinə son qoyma” deməkdir.

Çinin bu səhv səciyyəsi həddindən artıq mübahisələrə və yalnış müqayisələrə səbəb ola bilər.

Başlanğıc üçün, liderlərinin sosialist ritorikasına baxmayaraq, Çin uzun müddətdir kapitalizmə yönlənir – iqtisadçı Branko Milanoviç inandırıcı şəkildə iddia etdiyi kimi.

Çinin təkamülü liberal Qərb modeli ilə statist Çin modeli arasındakı bütün fərqləri silməyib və aralarındakı rəqabətə maneə törətmir. Lakin ideoloji təsir 1978-ci ildə Den Syaopin islahat və açılış siyasətinə başlamasından bəri daha çox Qərbdən Çinə yönəlib. Halbuki Sovet İttifaqının ideoloji izi, əksinə, daha böyük idi.

İstənilən böyük yüksələn güc kimi, Çin də qlobal mənzərəni maraqlarına uyğun formalaşdırmağa çalışacaq. Bundan başqa, hüdudlarından kənarda da müəyyən əhali qruplarının dəstəyini qazanacaq. Ancaq Sovet İttifaqının və ABŞ-ın etdiyi kimi, digər ölkələri öz simasına uyğun dəyişdirməyə cəhd etməyəcək.

Çin təkrarolunmazlığı ilə qürur duyur və xarici imperiyaların işğalına məruz qalma tarixi onu digər ölkələrin daxili işlərinə müdaxilədən çəkindirir. Bundan əlavə, Çin sistemindəki bəzi əlamətlər Qərbdə və başqa yerlərdə illiberalizm tərəfdarlarının işinə yarasa da, Çinin yumşaq gücü əslində, nisbətən məhduddur.

Həqiqətən də, Çin təsir dairəsinin yoxluğu ilə Sovet İttifaqından köklü şəkildə fərqlənir; Şimali Koreya və Pakistan, şübhəsiz ki, onun yeganə müttəfiqləridir. Doğrudur, Çinin yüksəlməsi digər ölkələri də ona meylləndirə bilər. Lakin Asiya hökumətləri, ümumiyyətlə, getdikcə daha da artan millətçi və güclü qonşu ilə saysız-hesabsız ərazi mübahisələrində iştirakdan ehtiyatlanır, bununla da, Çin və ABŞ arasında tarazlığı qorumağa üstünlük verirlər.

Üstəlik, bugünkü beynəlxalq nizamı bipolyar baxımdan nəzərdən keçirərkən, Avropa İttifaqını hesaba qatılmır. Əlbəttə, Aİ suveren dövlət deyil və son illərdə “Brexit” kimi ciddi daxili iğtişaşlardan əziyyət çəksə də, ümumən Avropa layihəsi Soyuq müharibədən bəri vahid bazarın qurulması da daxil olmaqla, əhəmiyyətli addımlar atıb.

Bu gün Aİ dünyanın ən böyük ticarət bloku və 80 ölkənin ən yaxşı ticarət tərəfdaşıdır. Çatışmazlıqlarına baxmayaraq, Aİ insan haqları, fərdi məxfilik, sosial rifah və ekoloji maarifləndirmə sahəsində qlobal mayakdır. Politoloq Endryu Moravçik Aİ-ni “görünməz fövqəldövlət” adlandırarkən, onun bir çox əsas məsələyə və dünyanın bir çox nöqtəsinə təsirini vurğulayır.

Buna görə də, Aİ, Çin-Amerikan müharibəsində kəndirbaz kəndiri olmaqdan imtina edəcək və hər iki güclə birlikdə sinerji araşdırmalarına davam edəcək. Bu açıqlıq ruhu pandemiyadan sonrakı dünyanı daha çox idarə etməlidir.

Çin-Amerika ticarətində gərginliyin yenidən artması baş verə bilər. Sözsüz ki, qlobal istehsal-təchizat zəncirləri çox vaxt davamlı və ya kifayət qədər becid cavab vermir və iqtisadi asılılıq təsir aləti ola bilər.

Corc Vaşinqton Universitetindən Henri Farrell və Corctaun Universitetinin təmsilçisi Abraham Nyuman iddia edirlər ki, ABŞ və Çinin topdansatış iqtisadi savaşı ağılsızlıq olar. Çünki əvvəllər bu iki qlobal supergüc heç vaxt bir-birinə bu qədər bağlı və özlərinə zərər vurma riskinə sahib olmayıb.

Müəyyən mənada, qarşılıqlı asılılıq anlayışı Soyuq müharibə boyu da mövcud idi və “qarşılıqlı şəkildə məhv” doktrinasının əsasını qoyub (MAD). Ancaq Soyuq müharibə əslində, bir çox bölgədə isti müharibə idi.

Hazırda, xoşbəxtlikdən, nüvə müharibəsi çox uzaq fürsət kimi görünür və biz Soyuq müharibə tipli silahlanma yarışının ortasında deyilik. Həm ABŞ, həm də Çinin hərbi xərcləri nisbətən sabit olaraq qalır və Çinin hərbi imkanları, ÜDM-in daha yüksək artım templərinə baxmayaraq, Amerikaya nisbətən solğun olur.

Amma siyasi liderlər və nüfuzlu şərhçilər lazımsız qarşıdurma ritorikasını qəbul etməyə başlasalar, vəziyyət dəyişə bilər. Soyuq müharibə bənzətmələri vədi gerçəyə çevirən peyğəmbərliyə çevrilər və dünyanı sürüşkən bir yamacdan uçuruma itələyər. Həqiqətən, noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərinin, ən azı qismən Çinə qarşı çıxmaq məsələsində, demokratlar və respublikaçıların mövqelərini sərtləşdirəcəyinin əlamətləri var.

Çin ənənəvi olaraq Soyuq müharibə ritorikasına qarşı çıxsa da, Sovet İttifaqı ilə müqayisədə daha böyük iqtisadi çəkisi onun həddindən artıq dərəcədə inandırıcı mövqe tutmasına səbəb ola bilər. Məsələn, Honq-Konq və Cənubi Çin dənizinə onun yanaşması yaxşı heç nə vəd etmir.

Ancaq vəziyyətdən qurtulmaq hələ gec deyil. Deeskalalasiya, şübhəsiz ki, hər bir ölkənin uzunmüddətli maraqlarında, ən azı ABŞ və Çinin maraq dairəsindədir. Soyuq müharibə təfəkkürü bu gün COVID-19 pandemiyası ilə mübarizə, sabit iqtisadi bərpa və iqlim dəyişikliyini azaltmaq kimi ən çətin problemlərin həllinə maneədir. Üstəlik, böyük güc münasibətlərinin təkamülü ilə bağlı əvvəlcədən müəyyənləşdirilmiş bir şey yoxdur: ABŞ-Çin rəqabəti qalsa da, bu, əməkdaşlıq yollarını araşdırmağa maneə törətmir.

Bir şey aydındır: Çin-Amerika “Soyuq müharibəsi” zərurət deyil, seçim müharibəsi olardı. Həm də qorxunc bir seçim.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə