XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

22 İyun 2020 - 11:49

İĞDIR-NAXÇIVAN QAZ KƏMƏRİ:bu layihədən Azərbaycan nə qazanır, İran nələri itirir? - TƏHLİL

Omid Şokri

“Independent Farsi”, 20.06.2020

 

Xəzər dənizinin enerji ehtiyatlarına nəzarət və onun dünya bazarına nəqli mövzusu böyük və regional güclər arasında çoxdankı rəqabət məsələsidir. Sovet İttifaqının dağılmasından sonra və Bill Klintonun prezidentliyi dövründə ABŞ Rusiya və İranın infrastrukturundan və ərazisindən istifadə etmədən, xüsusən də Azərbaycan, Qazaxıstan və Türkmənistandan neft nəql etmək üçün aktiv enerji diplomatiyası həyata keçirib. Beləliklə, Rusiya və İran isə Xəzərdəki neft və qazın hasilatı və tranzitinə nəzarəti itirib.

Bu əsnada coğrafi mövqeyini nəzərə alaraq, İranın neft və qazın Xəzər dənizindən Fars körfəzi sahillərinə və oradan da qlobal enerji bazarlarına nəqli üçün münasib zəmini var. Anma ardıcıl sanksiyalar və İranın xarici siyasəti Tehranın Xəzər dənizi və Orta Asiya tənliklərindən kənarlaşmasına səbəb olub. Bununla yanaşı, İran həmin regionların bəzi ölkələri ilə neft-qaz mübadiləsi həyata keçirə bilib.

 Azərbaycanla qaz mübadiləsi

Xəzərdə böyük həcmdə enerjidaşıyıcısı ehiyatlarına malik olan Azərbaycanın neft və qazla daxili təminat problemi yoxdur. Lakin Naxçıvan Muxtar Respublikasının enerji təchizatı daima Azərbaycan hakimiyyətini narahatlıq mənbəyi olub.

Naxçıvanın Azərbaycan Respublikasının əsas hissəsi ilə heç bir ərazi-coğrafi əlaqəsi yoxdur. Bu bölgəyə qaz nəql etmək üçün Azərbaycan İranın enerji infrastrukturundan istifadə etməlidir.

İranın bölgəyə qaz tədarük etməsi variantların bircəciyi idi. Onun ərazisindən Naxçıvana qaz təchizatı müqaviləsi 2004-cü ildə İran Milli Qaz İxrac Şirkəti ilə Azərbaycanın ARDNŞ şirkəti arasında 20 il müddətinə bağlanılıb və 2005-ci ildən həyata keçirilir.

Sanksiyalardan əvvəl Naxçıvan Muxtar Respublikasına qaz tədarük etmək üçün Azərbaycan hər il İrana orta hesabla 250-250 milyon kubmetr təbii qaz nəql edib. O, Azərbaycandan Naxçıvana Astara sərhədi ilə tədarük olunur.

İğdır-Naxçıvan kəməri

Son illərdə Türkiyə orta perspektivdə tranzit və enerji mərkəzinə çevrilmək üçün enerji infrastrukturuna böyük sərmayə qoyub. Azərbaycan Türkiyənin enerji təhlükəsizliyində mühüm rol oynayır və may ayında ilk dəfə olaraq Türkiyənin ən böyük təbii qaz tədarükçüsü olub.

Türkiyə ölkə ərazisindən keçəcək boru kəmərlərini dəstəkləyir. O həm tranzit hüququndan, həm də Bakı-Tbilisi-Ceyhan kimi neft və qaz boru kəmərlərinin geosiyasi üstünlüklərindən istifadə edir. Önümüzdəki aylarda Trans-Adriatik Boru Kəməri layihəsinin rəsmi açılışı və “Türk Axını” layihəsinin ikinci xətti ilə Türkiyə Aİ-nin enerji təhlükəsizliyində, eyni zamanda, bu boru kəmərləri ilə geosiyasi maraqlarını təmin etmədə üstünlük qazanacaq.

Ötən həftə türk şirkəti BOTAŞ Naxçıvan Muxtar Respublikasına qədər uzanacaq İğdır Təbii Qaz Boru Kəmərinin inşası layihəsini tenderə çıxarıb, həmçinin, Türkiyə və xarici şirkətlər boru kəmərinin inşası üçün təkliflərini açıqlayıb.

Tender iyunun sonuna qədər davam edəcək. 82 kilometrlik boru kəmərinin 9 ay ərzində tikilməsi nəzərdə tutulur. Kəmərin tikintisi üçün anlaşma memorandumu 2010-cu ildə Türkiyənin BOTAŞ şirkəti və Azərbaycanın SOCAR şirkəti arasında imzalanıb.

Türkiyənin təbii qaza olan ehtiyacı bu günə qədər boru kəmərinin inşasının qarşısını almış kimi görünür. Lakin qaz ehtiyatlarını şaxələndirmək üçün uğurlu siyasətini nəzərə alaraq, Ankara müvafiq kəməri çəkmə fürsətətini əldən qaçırmayacaq.

Lazımi məqam

Qeyd etmək lazımdır ki, Azərbaycan qazını Türkiyəyə çatdıran Cənubi Qafqaz boru kəmərinin gücünün artması ilə qazın Naxçıvana nəqli şərtləri getdikcə asanlaşıb. İğdır-Naxçıvan boru kəməri istismara verilsə, o, Naxçıvanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq.

İranın Türkiyəyə qaz ixracı dəfələrlə çətinliklə üzləşsə də, o, Naxçıvana qaz tədarükünü kəsməməyə çalışıb. Lakin İranın muxtar respublikaya qaz tədarükü dünya qiymətindən baha olub.

İran Azərbaycan qazının 15 faizini tranzit haqqı kimi istifadə edir, halbuki digər oxşar müqavilələrdə tranzit haqqı 5 faizdir. Azərbaycan dəfələrlə İranı tranziti haqqını azaltmağa çağırıb, lakin bu tələb Tehranda xoş qarşılanmayıb.

Yaxın aylarda İğdır-Nəccavan boru kəmərinin inşası başlasa, bu boru kəməri üçün Azərbaycan və Türkiyənin iradəsini nəzərə alaraq, gələn il açılışını gözləməliyik. Azərbaycan qazının İranla mübadiləsi üçün mövcud müqavilənin müddəti isə 4 ildən sonra başa çatacaq və müqaviləni uzatmağa ehtiyac qalmayacaq.

Obama dövründəki sanksiyalar zamanı İran neft-qaz mübadiləsini müvəqqəti olaraq dayandırıb. Nüvə sazişi dövründə İran qonşu ölkələrə neft-qaz nəqlini bərpa edə bilib.

Yeni sanksiyalarla İran tranzit gəlirlərindən məhrum olub, ancaq qaz mübadiləsi Ermənistan və Azərbaycanla davam edib. Sanksiyalarla bağlı hasilatı azaltdığından İran tədricən regional qaz bazarını itirir. O cümlədən Türkiyəyə ixraca dair müqavilənin uzadılması ehtimalı günbəgün azalmaqdadır. İğdır qaz kəmərinin Naxçıvana çəkilməsi ilə Azərbaycanın İrandan asılılığı aradan qalxacaq və İran həm tranzit haqqından, həm də geosiyasi imtiyazından məhrum olacaq.

Enerji bazarındakı inkişaflar, xüsusilə pandemiyadan sonrakı dövrdə enerji istehsalçılarının regional və qlobal bazardakı paylarını qorumaq üçün bütün mövcud vasitələrdən istifadə edəcəyini göstərir. İxracın və deməli, xarici valyuta mənfəətinin artması və iqtisadi vəziyyətin yaxşılaşdırılması ilə enerji istehsal edən ölkələr, qarşılıqlı asılılıq yaratmaqla, regional sülh və təhlükəsizlikdə rol oynama imkanı qazanır. Bunu İranın diplomatik aparatı da nəzərə almalıdır.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə