XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

22 İyun 2020 - 17:49

İsrailin silah ixracı pandemiya dövründə:HƏRBİ SƏNAYE ÖTƏN İL 7,2 MİLYARD DOLLAR QAZANIB

Anna Ahronhaym

“Jerusalem Post”, 22.06.2020

 

Müdafiə Nazirliyinin hərbi ixracat bölməsi SIBAT-dan verilən məlumata görə, neft qiymətlərinin azalması və koronavirus pandemiyasına baxmayaraq, İsrailin hərbi ixracatı ötən il 7,2 milyard dollar gəlir gətirib.

“Gərgin beynəlxalq çağırışlar və rəqabət olsa da, İsrailin bazar payı 7 milyard dolları aşaraq dünyanın ilk 10 təhlükəsizlik ixracatçısı sırasında qalıb”. Bunu SIBAT (İsrail Müdafiə Nazirliyi İxrac və Müdafiə Əməkdaşlığı İdarəsinin) rəhbəri, briqada generalı Yair Kulas bildirib.

Keçən il hərbi ixracatda, 2017-ci illə müqayisədə (rekord 9,360 milyard dollar), davamlı olaraq azalma müşahidə edilib.

Yair Kulas, çətin il olmasına baxmayaraq, 2019-cu ildə imzalanan sövdələşmələrin, xüsusən də hökumətlərarası müqavilələrin sayında əhəmiyyətli artım olduğunu söyləyib.

SIBAT-ın məlumatına görə, 2019-cu ildə İsrail şirkətləri, o cümlədən radarlar və elektron döyüş sistemləri (17%), raketlər və hava hücumundan müdafiə sistemləri (15%), idarə olunan təyyarələr və avionika (13%), müşahidə chazları və optronika (12%), silah stansiyaları və buraxılış qurğuları (10%), pilotsuz uçuş sistemləri və PUA-lar (8%), kəşfiyyat, məlumat və kiber sistemlər (7%), C4I və rabitə sistemləri (7%), nəqliyyat vasitələri və ZDM (4%), müştəri xidmətləri və digər (3%), döyüş sursatı (3%), dəniz sistemləri (1%) ixrac edib.

İsrailin müdafiə ixracatının ən böyük payı Asiya-Sakit okean bölgəsinə aiddir (41% – 1 il əvvəl 46%), bu regionun ardınca Avropa 26% (artım 15%-dir), Şimali Amerika 25% (2018-ci ildə 6 faizdən əhəmiyyətli bir artım) gəlir. 4 faizlə Afrika (müqayisədə 2% çox) və Latın Amerikası 4 (6 faizdən azalma) sonrakı pillələri tutur.

Yair Kulas bildirib: “2020-ci il ərzində G2G müqavilələrində böyümə meylini gözləyirdik, ancaq koronavirus pandemiyası qlobal iqtisadiyyatı və müdafiə sektorunu viran qoyub. Buna görə də, Müdafiə Nazirliyindəki fəaliyyətimizi tənzimləyirik və bu böhranı müdafiə sənayemiz üçün fürsətə çevirməyə çalışırıq”.

Dünya ölkələri illərdir yəhudi dövlətinə təhlükəsizlik və kəşfiyyat üçün müraciət edir. İsrailin müdafiə sənayesi dünyanın müxtəlif ölkələrinə ixrac həyata keçirən aparıcı beynəlxalq şirkətlərə malikdir.

İl ərzində 120-yə yaxın müdafiə sənayesi müəssisəsi, – onların 99-u İsrailin əyalətlərində yerləşən kiçik sənaye zavodlarıdır, – SIBAT və Müdafiə Nazirliyinin köməyi və dəstəyi ilə xarici ölkələrlə əhəmiyyətli müqavilələr imzalaya bilib.

Kulas bildirib ki, SIBAT kiçik sənaye müəssisələrini beynəlxalq tender və konfranslarla əlaqələndirməyə çalışır. SIBAT-ın kiçik və ortamiqyaslı müdafiə sənayesini dəstəkləmək səyləri çərçivəsində “Elbit Systems”, “Israel Aerospace Industries” (IAI) və “Rafael Advanced Defense Systems” kimi böyük şirkətlər hökumətin vasitəçiliyi ilə başqa bir ölkədən sifariş alır. Böyük şirkətlər müqavilənin 20%-ini kiçik və ya orta şirkətlərə təhvil verməyə borcludur.

Kulas deyib: “Bu, bizim üçün vacibdir, imzalanmış müqavilələr İsrail təhlükəsizlik sənayesinin gücünü göstərir”.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə