XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

24 İyun 2020 - 11:16

İRANLI MÜXALİFLƏRİN YENİ QRUPU:Keçid Şurasının üzvləri arasında "Sepah"ın sabiq təsisçisi də var

“Foreign Lobby”, 23.06.2020

 

İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) sabiq həmtəsisçisi və mərhum ayətullahın oğlu – İrandan son sürgün edilən müxaliflər rejim dəyişikliyi arzusunu çin etmək üçün bir Vaşinqton lobbiçisini işə götürüblər.

Qondarma İranın Keçid Şurası “İranın gələcək hökuməti və media arasında görüşlər və hazırkı fəaliyyəti təşkil etmək” üçün iyun 10-da Ayal Frankın “AF International”-ı ilə müqavilə bağlayıb. Müqavilə 6 ay müddətinə cəmi 12 min dollar məbləğində işləri nəzərdə tutur ki, bunun da 3 min dolları əvvəlcədən avans şəklində ödənilib.

Müraciətində Ayal Frank həmin qrupu “birləşmiş kollektiv” olaraq səciyyələndirir. Təsisçilər arasında mərhum Ayətullah Məhəmməd Kazim Şəriətmədarinin Almaniyada yaşayan oğlu Həsən Şəriətmədari və Frank ilə müqavilə imzalayan, Vaşinqton iqamətgahlı jurnalist və fəal Möhsün Sazeqar da var.

Ərizədə deyilir: “İranın Keçid Şurası əsas demokratiya tərəfdarı olan İran siyasi qrupları və maraqlı şəxslər tərəfindən aparıcı müxalifət qrupları və bütün siyasi sahələrdən olan tanınmış siyasi fəalları əməkdaşlığa cəlb edilmək üçün yaradılıb”.

Frankın yaydığı sənədə görə, Şura rəsmi olaraq 2019-cu ilin sentyabrında Tehrandakı “rejimə alternativ” təklif etmək üçün fəaliyyətə başlayıb. İnformasiya bülletenində deyilir ki, qrup 2018-ci ildə geniş etiraz aksiyaları keçirdikdən sonra bir araya gəlib. Onlar “İran əhalisinin hazırkı siyasi sistemdən yorulduğuna əsaslanaraq, klerikal rejimin gücünü itirmə ehtimalının daha yüksək olduğuna” inanıblar.

Bülletendə deyilir: “İranda hakimiyyətin dinc yolla keçidini istiqamətləndirə və təmin edə biləcək rəhbərlik və əlaqələndirici bir orqan olmadığı təqdirdə, zorakılıq və vətəndaş müharibəsi riski yüksəkdir. İranın daxilində geniş təmsilçiliyi olan rəhbərlik və cəmiyyətin bütün təbəqələri, inanclar və fikirlər, xaos və anarxiya şansları daxil olmaqla, demokratiya yürüşünü idarə edə bilən diaspora olmadan dinc yollarla rejim dəyişkliyi qeyri-mümkündür. İranın Keçid Şurası bu rəhbərliyi və koordinasiyanı təmin etmək üçün yaradılıb”.

Yüksək ritorikaya baxmayaraq, qrupun nə dərəcədə populyar dəstəyə malik olduğunu ölçmək çətindir. Onun @iran_tc “Twitter” hesabında Çərşənbə axşamı günortadan etibarən 300 nəfərdən çox izləyicisi var, yəni məsələn, mərhum şahın sürgün edilmiş oğlu Rza Pəhləviyə və ya “Mücahidin-e Xəlq”ə (MEK) beyət edən on minlərlə insandan xeyli az.

“Mən sadəcə onlarda böyük perspektivlər görmürəm. Xüsusilə İrandan ayrıldıqda yersiz və lazımsız olduğunuzu bilə-bilə…” Bunu “Atlantic Council”-də (Atlantika Şurası) “İranın Gələcəyi Təşəbbüsü”nün direktoru Barbara Slavin bildirib. “Ölkədə demokratik nemətlərinin daha yaxşı olduğunu bilən, orada olan və hər şeydən, o cümlədən sanksiyalardan əziyyət çəkən çoxlu insanlar var, bəziləri hələ də həbsdədirlər. Rejim nə vaxtsa iflas etsə, bu şəxslər iranlıların müraciət edəcəyi insanlardır”.

Möhsün Sazeqar Vaşinqtonda 15 il əvvəl, rejimdən məyus olduqdan sonra iqamət etmiş tanınmış adamdır. O, İİKK-nin qurucularından biri idi, lakin 1989-cu ildə inqilabi hökuməti tərk edib. 2001-ci ildə prezidentliyə namizəd olmaqdan məhrum edildikdən sonra Konstitusiyanı dəyişməyə çağırışlar səsləndirib və sonradan, 2003-cü ildə həbs olunub.

Hazırda (2005-ci ildən) Möhsün Sazeqar Vaşinqtondakı Yaxın Şərq Siyasəti İnstitutu ilə əməkdaşlıq edir və o zamandan bəri rejimə qarşı təbliğat aparır. Bu Cümə axşamı günü, o, Donald Tramp administrasiyasının rejim dəyişikliyi siyasətinə dair Yaxın Şərq İnstitutu Zoom veb-seminarında məruzə söyləyəcək.

Həmçinin, Şurada İran Kürdüstan Komala Partiyasının həmtəsisçisi Abdullah Möhtədi təmsil olunur. Frank 2019-cu ilin fevral ayından etibarən Komalanın ABŞ-dakı ofisi üçün lobbiçilik edib.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə