XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

14 Mart 2016 - 19:18

Türkiyənin güc strukturları arasında intriqa:Kəşfiyyatın terror xəbərdarlığı niyə qulaqardına vurulub? –Təhlil

 

terror ankara

 

Stanislav Tarasov

REGNUM IA, 14.03.2016

 

 

Son günlərdəki irimiqyaslı ikinci terror aktı Türkiyəni sarsıtdı. Dünən axşam  Ankaranın lap mərkəzində, şəhərin baş meydanı Qızılay və Güvən parkı ilə yanaşı, hökumət binalarının və bir çox səfirliklərin yerləşdiyi və adətən, xeyli adamın olduğu ərazidə minalanmış maşın havaya uçdu.

Türkiyə Səhiyyə Nazirliyinin ilkin məlumatına görə, hadisə yerində 30 nəfər, daha dördü isə xəstəxanaya aparılarkən həlak olub. Xəstəxanalara 125 nəfər yerləşdirilib, onların 19-u ağır vəziyyətdədir.

Rusiya prezidenti Putin Ankara terror aktını qətiyyətlə ittiham edərək xeyli qurbanla bağlı Türkiyə xalqına başsağlığı verdi.

Xatırladaq ki, fevralın 17-də Ankarada parlament binası, Baş Qərargah və hərbçilər üçün yataqxananın yaxınlığında artıq 29 nəfərin həlak olduğu, 61 nəfərin yaralandığı  terakt baş vermişdi. Türkiyə prezidenti Rəcəb Ərdoğan sonralar jurnalistlərlə söhbətində ad və rütbə demədən dəqiqləşdirdi ki, yüksəkrütbəli hərbçilər ziyan çəkib.

Baş nazir Əhməd Davudoğlu o zaman cinayətdə Suriyalı kürdlərin özünümüdafiə qüvvələrini ittiham etdi, lakin Suriya kürdlərinin Demokratik Birlik Partiyasının (PYD) lideri Salih Müslüm bu ittihamı qətiyyətlə rədd etdi. Sonradan kürd radikal qruplaşması “Kürdüstan azadlığının şahinləri” terror aktına görə məsuliyyəti öz üzərinə götürdü. Buna görə də türk ekspertlərin əksəriyyəti indi də son terrorun təşkilatçısı kimi PKK-ya işarə edir. Eyni sözü güc təmsilçiləri də deyib məlumat verirlər ki, “ilkin məlumatlara görə, hücumu PKK və ya onunla bağlı qruplaşma həyata keçirdib”.

Türkiyədə yaranmış durum nəzərə alınmaqla sanki məntiqlidir, lakin hökumət KİV-in baş verən hadisələri təhlil etmək imkanlarını məhdudlaşdırıb bu haqda az qala pıçılıtı ilə danışmağa üstünlük verir. Türkiyə hökuməti 2015-ci il iyulun sonunda kürd probleminin dinc həlli prosesinin dayandırılmasını açıqladı. Ölkənin cənub-şərqində hərbi toqquşmalar başlandı və Türkiyənin informasiya agentliyi CİHAN-ın dəyərləndirməyinə görə, son iyirimi ildə ən ciddi toqquşma oldu. Fikrimizcə, İnsan haqları üzrə Türkiyə fondunun (TIHV) aşkarca azaldılmış məlumatlarına görə,2015-ci ilin avqustundan döyüş bölgələri Cizrə, Silopi və Suridə 198 mülki vətəndaş, o cümlədən 39 uşaq öldürülüb. Bundan başqa, bölgədə kürd yaraqlıları ilə toqquşma nəticəsində 260-dan çox təhlükəsizlik əməkdaşı öldürülüb. Və təkcə bu deyil. Cənubi-şərq vilayətlərdən ölkənin qərb və mərkəz bölgələrinə mühacirət başlanıb. Səhiyyə naziri Məhməd Müəzzinoğlu xəbər verir ki, 2015-ci ilin dekabrına bu cür mühacirlərin  sayı artıq tam 360 min nəfərə çatıb.

Əslində, ölkə həmişə və hər yerdə “qaydasız şəkildə” aparılan vətəndaş müharibəsi girdabına qərq olur. Türkiyə daxili işlər naziri Əfkan Ala bildirir ki, təkcə 2016-cı ilin başlanğıcından Türkiyə polisi 18 teraktın qabağını alıb. Lakin bunların arxasında kim durur? Dünya və Rusiya KİV-ə sızan məlumatlara görə, bəzi türk ekspertləri 17 fevral teraktına Şirnak əyalətində bir neçə yüz dinc kürdün ölümünə qisas kimi yanaşır. Bu haqda RİA Novosti-nin istnad etdiyi Türkiyə parlamentarisi Fələknas Uca məlumat verir.

Bundan sonra Türkiyə HHQ İraqın quzeyində kürd üsyançıların düşərgəsinə bomba zərbəsi endirdi. Ankaradakı son terakta qayıtsaq, burada da müəyyən bağlılıq gözə dəyir. APA-ya durumu şərh edən məşhur ekspert Məhməd Fərəc diqqəti buna yönəldir ki, Hakkari vilayətinin Yüksəkova qəsəbəsində terakt güc qurumlarının PKK yaraqlılarına qarşı planlaşdırılmış və 80 tankın cəlb edidldiyi irimiqyaslı əməliyyatından cəmi bir neçə saat öncə baş verdi. Lakin Fərəc eyni zamanda sıradakını qeyd edir: “Son hadisələr kəşfiyyatla polis arasındakı yetərsiz koordinasiyadan danışmağa imkan verir. Kəşfiyyat gərəkli materialları polisə göndərir, o isə vaxtında əməliyyat keçirmir. Son günlərdə məlumat yayılmışdı ki, PKK 20 bomba ilə avtomobil partlatmağa hazırlaşır. Lakin görünür, daxili siyasi mübarizə güc strukturlarının fəaliyyətinə də təsir edir. Təəssüf ki, bu, ölkənin təhlükəsizliyi üçün baha başa gəlir”.

Bu cür tezis durumun dəyərləndirilməsinə ciddi düzəliş edir. Məsələ burasındadır ki, Türkiyənin "Cumhuriyet" qəzetinin ABŞ-ın Ankardakı səfirliyinin saytına istinadən məlumat verdiyi kimi, Vaşinqton Türkiyəyə səfər edən vətəndaşlarına terakt mümkünlüyü haqda xəbərdarlıq edib və Milli kitabxana, xarici işlər, iqtisadiyyat, sosial müdafiə və s. nazirliklərin binaları yerləşən ictimai yerlərdən kənar gəzməyə çağırıb. Hətta Amerikanın diplomatik missiyası martın 11-də dəqiq xəbərdarlıq edib: “Əldə olan məlumata görə, Ankarda Baxçalıevlər rayonunda və hökumət binalarına hücum ola bilər”.

İntriqa bundadır ki, Vaşinqtonun türk kəşfiyyatının məlumatından istifadə edib-etmədiyi və yaxud əməliyyat yolu ilə əldə edilmiş öz məlumatlarına əsaslandığı məlum deyil. Əgər bunu MKİ əldə edibsə, ABŞ səfirliyi məlumatı Türkiyə hökuməti ilə bölüşübmü? Əgər bu, yerli məlumat idisə, onda türk polisi niyə kəşfiyyatın xəbərdarlığına etinasız yanaşıb?

Ölkənin ali hakimiyyət orqanlarında amansız siyasi mübarizə gedir. Məşhur türk publisisti Arif Asalıoğlu artıq REGNUM İF-da yazıb ki, Türkiyənin hakim sinfində müxalif qruplar formalaşıb: kənarda baş nazirin keçmiş birinci müavini Bülənt Arınc və keçmiş prezident Abdulla Gül, hakim Ədalət və inkişaf partiyasının (ƏİP) daxilində isə baş nazir Davudoğlunun başçılığı ilə.

Asalıoğlu yazırdı: "Söz-söhbət gəzir ki, Ərdoğan bu mühasirəni yarmaq üçün prezident vəzifəsini tərk edərək partiyaya rəhbərlik edəcək və seçkçilərə qədər prezident vəzifəsinin icrasını Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmana həvalə edəcək”.

Güman etmək məntiqlidir ki, parçalanma Türkiyənin güc strukturlarına da toxunub, lakin durumdan öz maraqları üçün manipulyasiya edən üçüncü amil də istisna olunmur.

Hər necə olsa da, bir şey yəqindir: Türkiyə hökumətinə “terrorçu basqısı gündən-günə güclənir” ki, bu da hakim dairələrin cavab reaksiyasını doğurur. DİN başçısı deyir ki, “artıq bu gün”əldə olan dəlillər Ankardakı terakta görə sorumluların adını çəkməyə imkan verir. Belə tez… Doğrudanmı, hamı əvvəldən bilirdi?

 

Tərcümə Strateq.az-ındır

 




Yuxarı Əvvələ Ana Səhifə