XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

14 Mart 2016 - 21:05

Ərdoğanın Bakı səfəri yenə təxirə salındı –Prezident İlham Əliyev təcili Ankaraya gedir

aliyev-erdoqan-9

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfəri növbəti dəfə təxirə salınıb. “Report” xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” qəzeti məlumat yayıb.


Məlumata görə, Prezident İlham Əliyev Azərbaycanın martın 13-də Türkiyənin paytaxtı Ankara şəhərində baş vermiş terror aktından sonra qardaş ölkəylə həmrəylik çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V toplantısının Bakıda deyil, Ankarada keçirilməsini təklif edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da terrorla mübarizə məsələsində Türkiyəylə həmrəylik nümayişinə görə təklifi qəbul etdiyi və bu jestinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etdiyi bildirilib.

Bu baxımdan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V toplantısının Ankarada keçiriləcəyi və Prezident İlham Əliyevin Türkiyəyə səfər edəcəyi qeyd olunub.

Qeyd edək ki, R.T.Ərdoğan bu il fevralın 17-də Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasında iştirak etmək üçün Azərbaycana gəlməli idi. Ancaq fevralın 17-də Türkiyənin paytaxtı Ankarada hərbçilərin yataqxanası yaxınlığında törədilən terror aktı ilə əlaqədar bu səfər təxirə salınmışdı. Həmin qanlı hadisə nəticəsində isə 29 nəfər həyatını itirmiş, 61 nəfər yaralanmışdı. Ötən axşam Türkiyənin paytaxtı Ankarada yenə terror aktı törədilib, 37 nəfər həlak olub, 125 nəfər isə yaralanıb.

 




Yuxarı Əvvələ Ana Səhifə