XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 June 2020 - 23:50

ABŞ-dakı PREZİDENT SEÇKİLƏRİNİN GƏTİRƏCƏYİ YENİ MÖVQELƏR:dövlətlər hesablarını bu nəticələrə uyğun qurmalı olacaqlar - TƏHLİL

Sevil Nuriyeva İsmayılov

“Star” qəzeti, Türkiyə, 27 iyun 2020-ci il

 

Düşünürəm ki, ölkələrin bir çoxu indidən ABŞ-dakı seçkilərin nəticələrinə görə təhlillər aparırlar. Əlbəttə ki, buna ABŞ-da baş verən hadisələrin siyasi əksolunması və ABŞ daxilində siyasi sistem böhranının necə formalaşacağı səbəb olub.

ABŞ-da baş verən küçə etirazlarını təktərəfli şərh etməmək qənaəti daha qəti şəkildə yerini tutmaqdadır. Bu səbəbdən, dünyanın gələcəyindən danışarkən, ABŞ-dakı seçkilərin nəticələrinə görə bəzi hərəkətlənmələrin olduğunu da diqqətdən qaçırmamalıyıq.

İndiki dəyişik zamanda seçimin nəticələri olaraq, “Tramp, yoxsa Bayden qazanacaq?” sualını cavablandırmaq hələlik mümkün deyil.

Bununla birlikdə, təhlil çeşidinin fərziyyələr vasitəsiylə vacib olduğu aydındır.

ABŞ-Çin arasında “ticarət müharibəsi” adı verilən vəziyyətin dəyişəcəyi təqdirdə, bu problemin dünya siyasətində necə əks olunduğu daha da dəqiqləşəcək.  Məsələn, Avropa Birliyi daxilində Fransa özünə fərqli və yeni bir rol tapmağa çalışacaq. Bəlkə də bütün hesablar bu nəticələrə uyğun olaraq aparılacaq.

ABŞ-Çin rəqabəti bitsə, bu, Fransanın qələbəsi kimi şərh ediləcək.

Hamımız yaxşı bilirik ki, Fransanın, demək olar, bütün varlığı Afrikadakı vəziyyətdən asılıdır. Bundan əlavə, Çinlə münasibətlərin korlanmaması üçün ABŞ seçkilərində kimin qalib gələcəyi Fransa üçün mühüm önəm kəsb edir. Ona görə də, Almaniyanın arxa, Fransanın isə ön plana keçməsi üçün ABŞ-da baş tutacaq seçkilər dörd gözlə izlənilir.

Hadisəyə Rusiya nöqteyi-nəzərdən yanaşsaq, bunu yeni prosesin köklü başlanğıcı kimi şərh edə bilərik. ABŞ seçkilərinin nəticələrini diqqətlə izləyən Rusiya üçün yeni proseslər və yaranacaq yeni problemlərdən bəhs edirik.

Mövzunun əsas mərkəzində isə Çin dayanır. Çinin ABŞ ilə əlaqələri dünyanın bir çox ölkələrinə təsir göstərə bilər.

Bəli, ABŞ siyasi sistemində yaranan böhranın daha da yüksəldilmə səbəbi bir az da daxili siyasətdə qazananın kim olacağı baxımından çox önəmli idi. Xüsusilə bu hadisələrin – heykəllərin endirilməsindən sonra Avropada da əks olunması, əslində, gələcəkdə necə bir dövlət modelinin qurulacağından xəbər verir.

Əvvəllər müəyyən ölkələrdə ideoloji müstəvidə içi boş siyasi fikirlər üçün zəmin yaratmaq üçün cəhdlər göstərilirdisə, indi biz bunun daha qlobal versiyasına şahid oluruq. Yəni, qarşıdurma yalnız dövlətlər arasında deyil. Dövlətləri qarşıdurmaya sürükləyən ağlı ABŞ-dakı seçkilərdə də, orada hazırlanan böhranda da görə bilərik. Bir neçə gün əvvəl Amerikalı politoloq Samuel Hantinqtondan ilhamlanan və özünü onun davamçısı hesab edən Frensis Fukuyamanın məqaləsi maraqlı idi.

Hətta bu yazının yazılması, vaxtı və hər şeydən məsuliyyət daşıyan şəxs kimi Trampı hədəf göstərməsi güclər arasındakı müharibənin məzmunu haqqında məlumat verir. Buna görə də dövlətlərin kimin qazanmasından asılı olmayaraq, özü üçün hesablama aparmalı olduğu bir prosesin mərkəzindəyik.

Tərcümə Strateq.az-ındır.