XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

15 Mart 2016 - 00:34

Putindən gözlənilməz addım:Rusiya öz qoşunlarını Suriyadan çıxarır

Rus askerleri Suriye'den çekiliyor

 

Rusiya prezidenti Vladimir Putin Suriyadakı rus hərbi qüvvələrinin böyük hissəsini geri çəkmək haqqında əmr verib.

Strateq.az rus xəbər agentliyi TASS-a istinadən bildirir ki, Putin, xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu Suriyadakı vəziyyətə müzakirə edərək, bu qərara gəliblər.

Məlumata görə, Putin görüşdə Şoyquya Suriyadakı Rus ordusunun böyük hissənin sabahdan etibarən çəkilməyə başlaması barədə təlimat verib.

"Müdafiə Nazirliyinin və ordunun öhdəsinə düşən vəzifələri ümumi olaraq yerinə yetirdiyini düşünürəm" – deyən Putin Tartusdakı dəniz hərbi bazası ilə Himeymimdəki hərbi hava bazasının vəziyyətinin mühafizə edilməsini istəyib.

Kremlin rəsmi internet saytı da bu məlumatı təsdiqləyib. Sayt bildirib ki, Putin Suriya lideri Bəşər Əsədlə telefonda danışaraq rus hərbi qüvvələrinin bu ölkədən çıxarılması barədə razılığa gəliblər.




Yuxarı Əvvələ Ana Səhifə