XƏBƏR LENTİ

05 Avqust 2020

Digər Xəbərlər

03 İyul 2020 - 14:34

LUKAŞENKO PUTİNİ, YOXSA PUTİN LUKAŞENKONU TƏQLİD EDİR? –Belarusda seçki intizarı

Vladislav İnozemtsev

“Project Syndicate”, 02.06.2020

 

Prezident Aleksandr Lukaşenko 1994-cü ildən bəri Belarusu “dəmir yumruq”la idarə edir. Lakin son aylarda ölkəyə olan təsiri xeyli zəifləyib və o, avqustun 9-na təyin edilmiş prezident seçkilərindən sonra sıradan çıxa bilər. Belə nəticə yalnız bu ölkəni silkələnməyəcək, həm də Rusiya prezidenti Vladimir Putinə narahatlıq üçün ciddi bir səbəb verəcək.

Pandemiya səbəb olan tənəzzüldən kəskin geri dönmə ümidi ilə, siyasətçilər fasilə verməli və davamlı bərpa üçün lazım olanları nəzərə almalıdırlar. Ən aktual siyasət prioritetlər əvvəldən bəllidir, lakin sərt seçim və siyasi iradə nümayiş etdirməyi tələb edəcək.

2020-ci ilin əvvəlində Lukaşenko əlçatmaz görünürdü. Əksər belaruslar güclü liderlərinin, əvvəlki qələbələri kimi, altıncı müddətə prezident vəzifəsinə korrupsiyalı üsulla seçiləcəyinə inanırdılar. Hətta Lukaşenkonun əleyhdarları da, söhbət Putinin iki postsovet dövlətini “birləşdirmək” planlarından getdikdə, Belarusun suverenliyini müdafiə edərək susublar.

Ancaq COVID-19 hər şeyi dəyişib. Lukaşenko pandemiyanı “cəfəngiyat” elan edərək onun miqyası və itki barədə müntəzəm yalan danışdıqca, böhrandan təsirlənən sıravi insanlar olublar. Xüsusilə, 9 May mərasimlərində maskalar və qoruyucu əlcəklər olmadan Lukaşenkonun yenidən seçilməsi lehinə petisiya imzalama təzyiqinə məruz qalıblar.

Mayın əvvəlində hakimiyyət orqanları prezidentliyə namizədliyini irəli sürmək niyyətində olduğunu bildirən məşhur bloqer Sergey Tixanovskini həbs edib. Ancaq indi onun arvadı Svetlana Tixanovskaya namizədliyini irəli sürüb və xeyli dəstək alıb. İyun ayında Minsk, Brest və Qomeldə vərəqələri imzalamaq üçün növbələr, polisin insanları dağıtmasına baxmayaraq, 1 kilometrədək uzanıb.

Mayın 20-dən 22-dək (hakimiyyət qadağan etməzdən əvvəl) keçirilmiş rəy sorğuları yalnız 3-6,24% seçicinin Lukaşenkoya dəstək verdiyini göstərib. Tixanovskaya 12,7-18% və “Belqazprombank”ın keçmiş direktoru Viktor Babariko (indi Belarus KQB-i tərəfindən həbs olunub) respondentlərdən 50-54.9% dəstək qazanıb. İyunun 30-da Mərkəzi Seçki Komissiyası rəsmi olaraq Babariko və Tixanovskayaya tərəfdarlarının imzalarını nəzərdən keçirdikdən sonra onların namizədliyini qeydə alıb; avqustun 9-da Lukaşenko üzərində “qələbə”, demək olar ki, daha bir Şərqi Avropa ölkəsində “rəngli inqilab” olacaq.

Lakin Lukaşenkonun dörddəbir əsrlik diktator hakimiyyətinin sonu avqustda keçiriləcək prezident seçkilərinin ən vacib nəticəsi deyil. Digəri – Belarusdakı siyasi inkişafın nəhəng qonşunun ərazisinə kölgə salma tendensiyasıdır.

Rusiya liderləri 1990-cı illərin ortalarından bəri Lukaşenkonun izi ilə gedirlər. Prezident Boris Yeltsinin 1996-cı ildəki təkrar seçki kampaniyası, o cümlədən ruslara “ürəyinizlə səs verin” çağırışı Lukaşenkonun 1994-cü il kampaniyasından birbaşa nüsxəsidir. 1999-cu ildə Putin Yeltsini istefaya göndərdikdə (üç il əvvəl Lukaşenko kimi), “sabitliyin” qaytarılacağını elan edib.

Lukaşenko sovet Belarus bayrağı və gerbini bərpa etdiyi kimi, Putin də Rusiyada sovet himnini bərpa edib. Bundan başqa, Putin müstəqil siyasi partiyaları ləğv və müxalifləri sürgünə məcbur etmək və ya öldürməklə (bəzən hər ikisi) Lukaşenkonun yoluyla gedib. Hər iki ölkədə parlament və məhkəmələr Prezident Administrasiyasının şöbələrinə çevrilib, “xarici agentlər” və “arzuolunmaz xarici təşkilatlar” haqqında Rusiya qanunları Belarusiya qanunvericilərinin karına gəlib.

Nəhayət, Putinə 2024-cü ildən sonra da prezident vəzifəsində qalmağa rəsmən icazə verən 1 iyul referendumunu Lukaşenko hələ 2004-cü ildə keçirib. Belarusda bir həftə davam edən “erkən səsvermə” dövrü Lukaşenkonun qələbəsini təmin edib.

Beləliklə, gələn ay Lukaşenkonun məğlubiyyəti onun siyasi modelinin rus versiyasına böyük rəmzi zərbə vuracaq və Rusiyanın gələcəyini Ukraynanın diktaturadan uzaqlaşma səylərindən daha çox formalaşdıra bilər. Rusiya liderləri uzun müddət Ukraynaya Rusiyanın yolunu tutmaqdansa, Qərbə meyl edən ölkə kimi baxsa da, Belarus Rusiyanın ən etibarlı dostu və müttəfiqi sayılıb.

Ruslar belaruslara İkinci Dünya müharibəsi dövründə yaşadıqları əziyyətlərə görə dərin hörmət bəsləyir, 1999-cu ildə Rusiya və Belarus Birlik Dövləti qurandan bəri iki ölkə vətəndaşları bərabər iqtisadi statusa sahibdir. Beləliklə, əksər ruslar Ukraynanın sonda seçim edəcəyini gözləyib, amma liberal demokratiya ilə (sovet tipli avtokratiyanı rədd etməklə), Belarusdakı oxşar dəyişiklik Putin rejiminin əsaslarını sarsıda bilər.

İndi Lukaşenko, Putin Rusiya ilə etdiyi şəkildə, Belarusa “bağlanır”. Rusiya Dumasının hazırkı sədri Vyaçeslav Volodinin 2014-cü ildə söylədiyi kimi, “Putin yoxdursa, Rusiya yoxdur”.

Lukaşenko kimi, Putin də indi özünü hakimiyyətdə əbədiləşdirməyə, seçiciləri qərar qəbul etməkdən məhrum etməyə və ölkəni modernləşdirməkdənsə, sovet irsindən istifadə etməyə çalışır. Lukaşenkonun yenidən seçilməsini təmin edə bilməməsi rus seçicilərində dərin təəssürat yaradacaq.

Putin və Lukaşenko arasındakı artan gərginlik vəziyyəti daha da maraqlı edir. 2000-ci ildən bəri Rusiya Belarusa 100 milyard dollardan çox vəsait yatırıb, bunun əvəzində dəstəkçi siyasi bəyanatlar alıb. Lukaşenko tez-tez Putini tənqid edir və Avrasiya İttifaqı daxilində Rusiyaya bədbin nəzər yetirən qüvvələrə rəhbərlik edir.

Üstəlik, Kreml artıq Lukaşenkonun xeyrinə müdaxilə etmək qabiliyyətinə və ya iradəyə sahib ola bilməz. Belarusda Rusiyanın Ukraynaya müdaxiləsinə şərait yaradan etnik fərqliliyin yoxluğu Putinin mövqeyini zəiflədir.

İndi əsas sual budur: Belarus 2014-cü ildə Ukraynanın seçdiyi eyni demokratik yolla gedəcəkmi (zorakılıq olmadan)? Lukaşenko yıxılsa, Putinin rejimi də xəfif görünməyə başlaya bilər.

Tərcümə: Strateq.az