XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

15 Mart 2016 - 12:20

Putin Suriyadan niyə çıxdı?Seçkilər, pulsuzluq və “ikinci Əfqanıstan” sindromu –TƏHLİL

putin sur esas

BBC.com 15.03.2016

 

Rusiya prezidenti Vladimir Putin bazar ertəsi axşam gözlənilmədən bildirdi ki, martın 15-dən Rusiyanın əsas qüvvələrini Suriyadan çıxarmağa başlamağı əmr edir. Onun sözlərinə görə, Rusiya müdafiə nazirliyinin qarşısına qoyulmuş vəzifələr ümumən icra edilib.

Bununla belə, Putinin sözlərinə görə, Rusiya hərbçilərinin Suriyada əsaslandığı məntəqələr – Tartusdakı dəniz və Xmeymim aerodromundakı aviasiya bazaları əvvəlki rejimdə işləyəcək.

Bi-Bi-Si-nin Rus xidməti Qərb və Rusiya ekspertlərinə müraciət edərək Rusiya rəhbərliyinin bu qərarını şərh etməyi xahiş edib. Putin Suriyada Rusiya kampaniyasına başlarkən qarşısına hansı hədəfləri qoymuşdu və bunların yerinə yetirldiyindən danışmaq olarmı?

Conatan Markus, Bi-Bi-Si-nin diplomatik icmalçısı:

Əslində, Vladimir Putin deyir: İndi getmək olar. Rusiya hərbçiləri qarşılarına qoyulmuş vəzifələrin əsas hissəsini icra etdilər və Putin dedi ki, indi Rusiya kontingentinin “əsas hissəsini” çıxarmağa başlamaq olar. O, eyni zamanda qeyd etdi ki, Suriyada, Tartusda Rusiyanın hərbi-dəniz bazası və Xmeymim aerodromundakı aviabazası qalır. Belə ki, Rusiya qoşunlarının Suriyadan tam şəkildə çıxarılmasından söhbət getmir. Vladimir Putinin qəfil açıqlaması Cenevrədə Suriya üzrə danışıqların yeni raundunun başlanması ilə üst-üstə düşdü ki, bu da Rusiya prezidentinin effektli diplomatik jest sənətində nə qədər irəli getdiyini nümayiş etdirir. Rusiyanın Suriyada, təxminən 30 döyüş təyyarəsi və onların müdafiəsini həyata keçirdən yerüstü kiçik kontingenti, həmçinin Suriya hərbçiləri ilə işləyən müəyyən sayda hərbi müşavirlər və kommandos var. Suriya münaqişəsinə Rusiya müdaxiləsi əsas məqsədlərə çatdırdı: Moskva Bəşər Əsədin mövqeyini möhkəmləndirdi, bir neçə önəmli strateji əraziləri nəzarətə götürməkdə ona yardım etdi və buna nail oldu ki, Əsəd Suriya münaqişəsinin həlli üzrə istənilən danışıqlarda amil olaraq qalır.

 

İqor Sutyaqin, RUSİ Müdafiə Araşdırmaları Birləşmiş Kral İnstitutunun baş elmi əməkdaşı:

Mənim ilk reaksiyam budur ki, güman ki, pul qurtarıb. İkincisi – bu isə birinci ilə əlaqəlidir – bu, şantaj cəhdi ola bilər. Yadınızdadırsa, ilkin  plan bundan ibarət idi ki, Rusiya tamamilə əvəzedilməz oyunçu olacaq və onun bütün günahları bağışlanacaq. Bu, baş tutmadı. Buna isə nail olmaq lazımdır, çünki pul həqiqətən yoxdur, durum pisləşir. Buna görə də basqını artırmaq lazımdır. Və beləliklə, ehtimal edirəm ki, indiki "B planı"nın ünsürlərindən biri bundan ibarətdir ki, “biz indi gedirik, hamı anlayır ki, bizimlə necə yaxşı idi, bizsiz necə pisdir, hamı bizə sarı sürünüb yalvararaq yola gətirəcək, amma biz artıq yüksək qiymət tələb edəcəyik”. Lakin bu, qoşunu çıxarmaq üçün ən əlverişli məqam deyil. Yada salın: bir ay əvvəl, bəlkə  də az, sonuncu dəfə deyirdilər ki, Suriyada terrorizm üzərində tam qələbəyə qədər qoşunlarımız orada qalacaq. İndi bunu xatırlayıb soruşacaqlar: bəs oradakı İŞİD necə oldu, məgər artıq bitdimi? Bəs onda niyə getdiniz ki? Ona görə də düşünürəm ki, ona görə getmirlər ki, bu, yaxşı məqamdır, ona görə ki, bunu etməyə məcburdurlar. Suriyada olan təyyarələr artıq praktik olaraq hesabdan silinməlidir. Bəs təzələri haradan alınsın? Təyyarəçiləri öyrətdilər, xeyli pul xərclədilər… Lakin baza orada həmişəlik qalır, buna görə də istənilən an qayıda bilərlər.

 

Qleb Pavlovski, politoloq:

Düşünürəm ki, bu, bir neçə xətt üzrə razılaşmaların – hər şeydən öncə Birləşmiş Ştatlar və Dəməşqlə – ardınca baş verdi. Ehtiyatla deyildiyi kimi, bütövlükdə söhbət çıxarılmanın başlanmasından gedir. Onun məğzi hələlik aydın deyil – eyni zamanda nə baş verəcək? Söhbətin sadəcə geri çəkilmədən getdiyi az ağalabatandır. Söhbət Suriyada kooperativ davranışa qayıtmaq cəhdindən gedir. Görünür, məhz bu, müzakirə edilməliydi. Başa düşdüyüm qədər, birinci növbədə Birləşmiş Ştatlarla. Çünki həqiqətən, Rusiya əvvəlki variantda heç kimlə bağlı olmayan oyunçu idi və heç kimin onunla bacarmadığına və sazişə gəlmək istəmədiyinə görə bədəl ödədi. Bu, xoşagəlməz durumdur və Rusiyanı Suriya məsələsinə getdikcə daha çox sürükləyir. Sözsüz ki, Putinin hazır olduğundan daha çox. İndi yaradılması və dəstəklənməsi çox çətin olacaq orkestrin tərkibinə gerçəkdən qatılmaq imkanı yaranır. Lakin indi öncələr olmayan prinsipial imkan meydana çıxır. Bununla belə, bəzi məqsədlərə çatılıb. O cümlədən hərbi məqsədlərə. Təkcə Rusiyanın yox, həm də İranın səyləri ilə Suriya ordusu qismən möhkəmləndirilib. Putin indi ölkə içinə müsbət siqnal göndərir. Düşünmürəm ki, Rusiya bazasının möhkəmləndirilməsi ideyası aradan götürüləcək. Ölkənin problemləri ilə sakitcə məşğul olmaq Putini daha çox qane edir. Çünki Rusiyada daxili durum ağırdır. Biz seçkilərə doğru gedirik və “Suriya”  sözü hətta Putinin tərəfdarları üçün də qıcıqlandırıcı şəkildə səslənir. Bir zamanların Əfqanıstanı kimi. O, bundan qaçmaq istəyir…