XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 March 2015 - 11:38

Fikrət Yusifov: “Yeganə alternativ variant borclanmaya getmək ola bilər…” – ÖZƏL

fikret.jpg

Fikrət Yusifov: “Bizim ölkəmizdə də artıq qənaət rejiminə əməl olunur, lakin bu, büdcənin müdafiə olunan xərclərinə şamil edilmir”

Bu ilin əvvəllərində keçirilən hökumətin iclası daha çox ölkə başçısının məmurlara xəbərdarlığı ilə yadda qaldı. Budəfəki xəbərdarlıq dünyadaki qlobal iqtisadi böhranla əlaqədar neftin ucuzlaşması fonunda gedən proseslərin Azərbaycana təsirinin minimuma endirilməsi zərurəti ilə bağlı oldu. Prezident bildirdi ki, təbii ki, bu il gəlirlərimiz azalacaq, ona görə dövlət strukturları da özlərini məsuliyyətli aparmalıdır: “İsrafçılığa yol verilməməlidir. Prioritet olmayan layihələrə, əlbəttə ki, biz razılığımızı verməyəcəyik. Eyni zamanda, hər bir dövlət strukturunda, qurumlarda, dövlət şirkətlərində idarəetmə prinsipləri təkmilləşdirilməlidir. Əminəm ki, onlar da bu vəziyyəti düzgün dərk edirlər və nəticə çıxaracaqlar”.

Dünyada bir çox ölkələri ağuşuna alan iqtisadi böhran Azərbaycandan yan ötsə də, hökuməti qabaqlayıcı tədbirlər görməyə vadar edib. Daha dəqiq desək, 2015-ci ildə dövlət büdcəsinin qənaətlə xərclənməsinə qərar verilib. Bu qənaət özünü daha çox ölkə üçün prioritet olmayan sahələrdə göstərəcək. Məsələn, ticarət mərkəzləri, ofis və yaşayış binalarının tikintisi azaldılacaq. Əvəzində isə real sektora qoyulan vəsaitlər üstünlük təşkil edəcək. Bütün hallarda, prezidentin qənaətlə bağlı tövsiyələri daha hansı formada həyata keçirmək mümkündür? ümumən məsələyə yanaşma necədir?

Sözügedən məsələ ilə bağlı fikirlərini Strateq.az saytıyla bölüşən sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyininin sədri Fikrət Yusifov birneçə məqamlara toxundu. Onun sözlərinə görə indiki situasiyada qənaət rejiminə keçmək vacibdir: “Bu reallıqdır, onunla barışmaq lazımdır. Adi bir ailənin büdcəsinə hansısa mənbədən gəlirlərin daxil olması azalırsa ailə öz növbəsində xərclərinı azaltmaq zorunda qalır. Burada alternatıv variant olmur. Yeganə alternativ variant borclanmaya getmək ola bilər, amma o da məqbul variant sayılmır. çünkü ailənin (oxu: həm də dövlətin) gəlirləri nə qədər azalırsa onun götürdüyü borcları da geri qaytarmaq şansı bir o qədər aşağı düşür. Odur ki, iqtisadi böhranın baş verdiyi ölkələrdə də ondan çıxışın əsas yollarından biri kimi tətbiq edilən üsullardan biri hökumətlərin dövlət xərclərini maksimum azaltmasıdır. Sadə bir misal. Avropa Birliyinə üzv olan bəzi ölkələrdə (Yunanıstan, Portuqaliya və s) Birliyin təkidi ilə dövlət xərclərinin maksimum azaldılmasına gedildi. Bu həmən ölkələri düşdükləri çətin maliyyə və iqtisadi durumdan çıxarmağın əsas yollarından biri hesab olundu. Rusiya baş verən iqtisadi böhrana cavab olaraq artiq cari ilin əvvəlindən 2015-ci ilin büdcə xərclərini kəskin azalmağı düşünür. Bizim ölkəmizdə də artıq qənaət rejiminə əməl olunur, lakin bu, büdcənin müdafiə olunan xərclərinə şamil edilmir”.

Vidadi ORDAHALLI