XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 July 2020 - 22:39

DİN-də KADR İSLAHATLARI DAVAM ETDİRİLİR:NAZİR VİLAYƏT EYVAZOV DAHA BİR GENERALI TƏQAÜDƏ GÖNDƏRDİ

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov rəhbərlik etdiyi qurumda islahatları davam etdirir. 

Strateq.az “Report”a istinadla xəbər verir ki, nazirin əmriylə Daxili İşlər Nazirliyinin (DİN) Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyev vəzifəsindən azad edilib.

DİN-in Mətbuat Xidmətindən “Report”a faktı təsdiqləyərək, generalın xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərildiyini bildiriblər.

Strateq.az xatırladır ki, 1957-ci ildə anadan olan Sahib Mirzəyev 1979-cu ildən daxili işlər orqanlarında xidmət keçib, əvvəllər Bakının Nizami, Nəsimi rayonlarının, İnterpolun Milli Bürosunun, Sumqayıt Şəhər Polis İdarəsinin rəisi vəzifələrini tutub. 2015-ci ildənsə DİN-in Daxili Təhqiqatlar İdarəsinin rəisi idi.