XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

16 Mart 2016 - 11:24

“Demokratik Suriya oyunu” bitir:ABŞ və Rusiya “əhdi kəsilmiş atları güllələməyə” başlayıb –TƏHLİL

 

suriya fiqaro esas

Reno Jirar

Le Figaro (Fransa), 16.03.2016

 

2011-ci ilin martında Bəşər Əsəd rejiminə qarşı suriyalı sünnilərin etirazının başlanğıcını ifadə edən Dərya hadisələrindən bir az sonra Səudiyyə kralının oğlu Abdulla bin Əziz Dəməşqə səfər etdi və Suriya prezidentinə bu cür ismarıc ötürdü: “Narahat olma. Biz səninlə olacağıq. Sənin ailənin taleyi bundan sonra da Suriyaya rəhbərlik etməkdədir. Krallıq sənə maliyyə və siyasi dəstək verəcək”.

Lakin vəhhabi  monarx hər halda Dəməşqin qarşısında kiçik bir şərt qoydu: Onun  Tehranla strateji alyansdan imtina etməyi lazım idi. Əsədin İrana arxa çevirmək və İrana Aralıq dənizinə çıxış verən “şiə oxu”nu (Tehran-Bağdad-Dəməşq-Beyrut) sındırmaq istəksizliyi Səudiyyə krallığı tərəfdən bu qədər qəfil düşmənliyə səbəb oldu. Nəticədə Ərdoğan Türkiyəsi ilə birlikdə yüz ən müxtəlif hərəkata aid olan, lakin ümumi hədəfi – Suriya ərazisində şəriət qanunlarını tətbiq etməyi izləyən Suriya qiyamçılarına başlıca silah və pul tədarükçüsü oldu.

Ərəbistanlılar Suriyada təmsilçilik demokratiyasına heç vaxt can atmayıblar. Sünni krallığı şiə İranından və onun Fars körfəzində mümkün hegemoniyasından taun kimi qorxur. Buna görə də sünni çoxluqlu Suriya – Əməvilərin ilk xəlifəsinin torpağı İranla bu qədər yaxın münasibətlər saxlayır.

Martın 14-də Cenevrədə (birbaşa olmasa da) Suriya üzrə sülh danışıqları başlandı. Danışıqlar müvəqqəti hökumətin yaradılması və yarım ildən sonra seçkçilərin keçirilməsi üçün zəmin yaratmalıdır. Çətinlik bundadır ki, prosesdəki simaların əksəriyyəti özünü Səudiyyə Ərəbistanı kimi aparır: Demokratiya onların qayğılarından ən kiçiyidir. Suriya rejimi ona sadəcə inanmır: Əks halda Hafiz Əsədin ölümündən sonra onu 2000-ci ildə qurardı. Onun livanlı müttəfiqi “Hizbullah” da bu fikirdədir, çünki əks halda Beyrutda parlamentin işinə sistemli şəkildə mane olmazdı. “Hizbullah”ın hamisi olan İran teokratiyası madam ki son seçkilərdə ciddi səbəb olmadan minlərlə namizədi siyahıdan silibsə, deməli, ona çox zəif şəkildə inanır. Rusiyaya gəlincə, oranın özündə demokratiya yoxdursa, buna görə niyə həyəcanlanmalıdır?

Yeni osmanlı sultanı Ərdoğan demokratiyaya heç bir istək sərgiləmir, yoxsa mətbuat azadlığına sayğı bəsləyərdi.

Səudiyyə Ərəbistanında İslam ölkəsində siyasətin dinə tab edilməsinin zəruriliyinə şübhə edən ziyalıya min şallaq vurublar. Və heç kimə sirr deyil ki, əgər Suriya müxalifətinin əsas hərbi birləşməsi “Fəth ordusu” Dəməşqdə hakimiyyəti götürsə, təkcə siyasi yox,dini azadlığı da quylayacaq.

Fevralın 27-də Amerika Rusiya ilə ümumən hazırda əməl edilən atəşkəs razılığına gəldi. Lakin Amerika Qərb demokratiyasının idxalına və kiçik Buşun dönəmindəki kimi müsəlman ölkələrinə yeridilməsinə daha inanmır. Obama ən sonda islamçı dövlət təhlükəsini dərk edən, Suriya kürdləri ilə alyansdan və barışıq ətrafındakı sükutdan istifadə edib onu məhv etməyə çalışan praqmatikdir.

Oxşar təsəvvür Vladimir Putində var (o da dünyəvi kürdlərin dostudur). O, Rusiya pasportlu minlərlə islamçı nə qədər ki vətənə dönərək radikal  kəsimi qızışdırmağa başlamayıbsa, onları məhv etmək niyyətindədir. İndiki barışığın İŞİD-ə aid edilməməyi, bax, buna görədir.

Bəşər Əsədin taleyi və şəffaf seçkilər haqda Cenevrə razılaşmasının perspektivi hələlik uzaq göründüyündən barışığa qarşı təhdid yoxdur. Çünki artıq hamı yorulub. Suriya ordusu 80 min, üsyançılar da, təxminən, o qədər adam itirib. Hər kəs öz düşərgəsinin tam qələbəsinin mümkünsüzlüyünü anlayır. Türkiyə diqqətini Avropa Birlriyi ilə qarşıdurmaya yönəltməyə üstünlük verir və yeri gəlmişkən, hazırda qalib gəlir. Səudiyyə Ərəbistanı neft qiymətlərinin çöküşündən iflic olub.

Rusiya şimalda kürd ərazisi, Türkiyə sərhədindən İraq sərhədinədək geniş sünni dəhlizi və Aralıq dənizi sahilində “Bəəs”-ə tabe ərazilər olmaqla ölkənin federallaşdırılmasını təklif edib. Lakin bu, münaqişəni yalnız dondura bilər. Amma hazırda başqa variantlar sadəcə yoxdur. Dondurulmuş münaqişə isə istənilən halda fəal münaqişədən yaxşıdır.

Tərcümə Strateq.az-ındır