XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

19 May 2015 - 14:49

Dövlət Yanğın Nəzarəti Xidməti penoplastla bağlı müsbət rəy veribmiş – Foto fakt

Foto.jpg

Sosial şəbəkələrdə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən Bakı şəhər, Yasmal rayonu Zərdabi prospektindəki yaşayış binasının sakininə ünvanalnmış məktubun fotosurəti yayılıb.

Məktub vətəndaşın binaların üzlənməsi üçün istifadə olunan penoplastın tərkibi barədə FHN-ə ünvanladığı sorğuya cavab olaraq göndərilib. Məktubda bildirlir ki, vətəndaşın müraciətinə baxlılıb:

“Bildiririk ki, Zərdabi prospekti 45 ünvanında yaşayış binasının üzlənməsində istifadə olunmuş üzlüyün DYMX Yanğın Tədqiqatı Sınaq Labaratoriyasının 08.11.2012-ci il tarixli 331 saylı sınaq protokolunda “Qlobal stane” MMC-nin istehsal məhsulu olan kaparol boyası ilə işlənmiş poliuretan üzlüyü çətin yanan materiallardan olması bildirilmişdir”.

Məktubu DYNİ-nin rəisi, daxili xidmət polkovniki Elzar Qədimov imzalayıb.

Strateq.az