XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

20 İyul 2020 - 16:33

Tovuz döyüşlərinin COVID-19-la əlaqəsi varmı? –BƏZİ ANALİTİKLƏR SON GƏRGİNLİYİ EPİDEMİYANIN QUYRUĞUNA BAĞLAYIR

Maayan Caffe-Hoffman

“Jerusalem Post”, 18.06.2020

 

Bəzi analitiklərin fikrincə, Azərbaycan-Ermənistan sərhəddindəki Tovuz bölgəsində son günlər baş verən hərbi eskalasiyanın səbəbi COVID-19 ola bilər.

Qısa və ölümcül hücumlar hər iki ölkənin iqtisadiyyatına xələl gətirən və onsuz da təhlükəli olan siyasi vəziyyəti sarsıdan yeni virusdan yayındırma rolunu oynayıb.

“Ermənistanda koronavirusla bağlı daxili vəziyyət çox pisdir. Ölkənin rəhbərləri kütlənin diqqətini yayındırmaq istəyir”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

Beynəlxalq İnsan İnkişafı Mərkəzinin prezidenti Tevan Poqosyan “The Jerusalem Post”-a açıqlamasında oxşar verib: “Azərbaycanın daxili vəziyyəti, iqtisadi çöküşü və koronavirusun vurduğu ziyan ehtimal ki, son hücumlara səbəb olub”.

Poqosyan bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev əvvəldən düşünməli idi, “münaqişəyə başlayacaqsa, daxili məsələlərdən uzaqlaşacaq və koronavirus qarşıdurmaya nisbətən kiçik bir damla kimi görünəcək”.

Azərbaycanın iddiasına görə, iyulun 12-də Ermənistan ordusu artilleriya atəşi ilə şimal-qərb istiqamətində, Tovuz sərhəd bölgəsi istiqamətində Azərbaycan mövqelərinə hücum etməyə cəhd göstərib, lakin Azərbaycan ordusunun cavabından sonra itki verərək geri çəkilib.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov “Post”-a bildirib ki, hücumla beynəlxalq hüququ və iki ölkə arasında mövcud atəşkəs razılaşmasını pozulub.

Əks tərəfin rəvayətinə görə, Azərbaycan əsgərləri hərbi döyüş maşınını sərhədə tərəf sürüblər, erməni əsgərləri xəbərdarlıqlar edib, bundan sonra Azərbaycan əsgərləri nəqliyyat vasitəsini tərk edərək geri çəkiliblər. Az sonra Azərbaycan qoşunları hücuma keçib və artilleriya atəşi ilə erməni hərbi mövqeyini ələ keçirməyə cəhd göstəriblər. Ermənistan cavab tədbirləri görüb.

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyan bildirib ki, hücumun məqsədi ölkəsinə “iradə sırımaq” və “Ermənistan üzərində hərbi üstünlüyü göstərmək” cəhdi idi.

Eskalasiya hər iki tərəfdə qan tökülməsinə, o cümlədən minaatan atəşi nəticəsində 76 yaşlı azərbaycanlı mülki şəxsin ölümünə səbəb olub.

Son toqquşmalar Tovuz bölgəsində, Dağlıq Qarabağdan təxminən 300 kilometr məsafədə meydana gəldiyindən qeyri-adi sayılıb.

Bundan başqa, hücumlar bölgənin neft və qaz boru kəmərlərinə, o cümlədən Avropa üçün həyati enerji təhlükəsizliyini təmin edən Cənub Qaz Dəhlizi yaxınlığında baş verib və bu, beynəlxalq birliyi narahat edir.

Bəzi təhlilçilər bildiriblər ki, Ermənistan qarşıdurmanın miqyasını genişləndirməyə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi müttəfiqləri münaqişəyə cəlb etməyə çalışır, buna görə də, Tovuz bölgəsini məqsədli seçib.

Ermənistan 1991-ci ildən bəri Dağlıq Qarabağı işğal edib, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini pozub və Dağlıq Qarabağı müstəqil ölkə kimi tanıyıb.  Azərbaycanın ərazi bütövlüyünü hətta ABŞ Dövlət Departamenti də dəstəkləyib.

Azərbaycan və Ermənistan 1994-cü ilin mayında atəşkəs haqqında saziş imzalayıb, lakin ona heç vaxt tam əməl olunmayıb və zaman-zaman toqquşmalar baş verib.

Bununla birlikdə, COVID-19-un toqquşmaya səbəb olma ehtimalı həqiqətə yaxındır.

“Worldometer”-ə – koronavirusun monitorinqi sisteminə görə, Ermənistanda 34.001 yoluxma və 620 ölüm hadisəsi qeydə alınıb. Ölkədə fövqəladə vəziyyət rejimi elan olunub. Xəstəxanaların imkanları tükənib. Pandemiya, dünyanın əksər yerlərində olduğu kimi, gəlir itkisi, işsizlik və məhdudiyyətlərə səbəb olub, vətəndaşlar ciddi maddi sıxıntı problemi ilə üzləşiblər.

Tənqidçilər Ermənistan hökumətini və baş nazir Nikol Paşinyanı böhranı səmərəsiz idarə etmədə günahlandırıblar, analitiklər bunun siyasi böhrana çevrilə biləcəyini düşünürlər.

“Paşinyan rəhbərliyi eyni vaxtda bir neçə ciddi problemlə üzləşib, – Azərbaycan-İsrail analitiki Arye Qut “Post”-a bildirib. – COVID-19 və daxili siyasi intriqalara görə ölkədə iqtisadi böhran, müxalifət və Paşinyanın əleyhdarlarından təzyiqlər artır. Bu vəziyyətdən çıxmağın yeganə yolu Azərbaycanla kiçik bir müharibə ola bilər. Məqsəd xalqın diqqətini koronavirus pandemiyasının ölkə daxilində yaratdığı ciddi sosial-iqtisadi problemlərdən yayındırmaqdır”.

Qut əlavə edib: “Koronavirus Ermənistanı fəlakətə sürükləyib və ölkə dəhşətli epidemiya vəziyyətindədir”.

“Worldometer”-ə əsasən, 26.165 azərbaycanlı koronavirusa yoluxub və 334 nəfər ölüb. Dünya Səhiyyə Təşkilatı (DST) Azərbaycanın pandemiyaya görə səhiyyə sistemi həddən artıq yüklənmə riskinə məruz qalan ölkələrdən biri sayır. Ölkə hakimiyyəti həkim çatışmazlığı qorxusunun artırması ilə, davamlı böhranı həll edə bilməcəyindən narahatdır.

Ötən ay Gəncə şəhərində bir xəstəxanaya baş çəkərkən Prezident İlham Əliyev xalqa xəbərdarlıq edib ki, “hamı bilməlidir, həkimlər də yoluxur, həkimlər də ölür”.

O deyib ki, “bu işə cəlb olunan bütün həkimləri topladıq. Bu həkimlərin sayını ikiqat artırmaq imkanı yoxdur. Pandemiya daha geniş yayılarsa, tutalım, gündəlik 300-400 nəfər yoluxma və sabah onların sayı artarsa, xəstələri harada yerləşdirəcəyik? Onları yerləşdirsək belə, – indi xəstəxanalar tikilir və boş çarpayılarımız var, – həkimlərin sayını necə artıra bilərik?”

Azərbaycan Müdafiə Nazirliyinin sözçüsü Vaqif Dərgahlı “Post”-a açıqlamasında sərhəddə vəziyyətin son günlərdən etibarən sakit, lakin gərgin olduğunu və Azərbaycanın müharibəyə hazırlaşmadığını bildirib. “Biz sülh istəyirik”.

Naqdalyan oxşar fikirlər ifadə edib: “Münaqişənin sülh yolu ilə həllinə alternativ yoxdur”.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə