XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

23 İyul 2020 - 15:38

TÜRK ORDUSU ABŞ-ın VERDİYİ KOORDİNATLARI NİYƏ ZİBİL YEŞİYİNƏ TULLADI? –PKK-nın daha bir önəmli qalası ələ keçirilmək üzrədir - TƏHLİL

Çətinər Çətin

“Habertürk”, Türkiyə, 20 iyul 2020-ci il

 

Son 5 ildə qoyulan investisiyalarla öz texniki imkanlarını artıran Türkiyə Silahlı Qüvvələri (TSQ) sərhədlərimiz daxilində olduğu kimi, xarici əməliyyatlarda da olduqca uğurlu nəticələr əldə edir. Suriya və İraqda İŞİD və PKK terror təşkilatlarına qarşı aparılan mübarizədə risklərə rəğmən, qərarlılıqla cəsur addımların atıldığını qeyd etmək lazımdır.

Türkiyənin regional siyasətdə imkanlarının artması, üzərinə dominant rollar götürməsi və regional məsələlərlə bağlı mexanizmlərdə yer alması ilə birlikdə, terroru dəstəkləyən ölkələrin sayında artım olub. İllərdir təşkilata dəstək verən İran, Suriya, Fransa və ABŞ kimi ölkələrə BƏƏ, Səudiyyə Ərəbistanı və Misir kimi ölkələr də əlavə olunub.

Terror təşkilatı PKK indiyədək yalnız müdafiəçilərinin verdiyi açıq dəstəklə, kəşfiyyat təşkilatlarının qucağında verilən təlimatlara uyaraq ayaqda qalır. Rusiya-ABŞ balansı isə hələ ki, təşkilatı ayaqda tutan yeganə əsas ünsürdür. Suriyada bir gün ABŞ-ın hərbi vəzifəli şəxsləri ilə masa arxasında poza verən PKK, bir gün sonra da ruslarla poza verərək öz bazarlıq payını artırmağa çalışır.

ABŞ PKK-nı Suriyadan kənarda, İraq sərhədləri daxilində də təsirli güc halına gətirmək xəyalı içindədir. Bunun üçün də İraq konstitusiyasının 140-cı maddəsində qeyd olunan mübahisəli bölgələrdə PKK-nın rahat hərəkət edə bildiyi haqqında məlumatlar gəlir.

İraqın mərkəzi hakimiyyətinin də son 2 həftə ərzində 2 dəfə PKK rəhbərləri ilə Mahmur bölgəsindəki düşərgələrlə bağlı görüş keçirdiyinə dair məlumatlar var. Ancaq bu çox dəqiqdir ki, Suriyada PKK-ya qalxan olan ABŞ bənzər mövqeni İraqda da tutur.

İraqda dominant rol oynayan iki kürd partiyası arasındakı əlaqələr hər ötən gün daha dərin mübahisələrə sürükləndiyi halda, ABŞ və İran bölgədə, xüsusilə Süleymaniyyə-Kərkük xəttində PKK üzərindəki təsirlərini daha da gücləndirərək, bu terror təşkilatını önəmli bir oyunçu halına gətirmə dərdindədirlər.

Ötən həftə BƏƏ-nin Bağdaddakı siyasi işlər müşavirinin və Misirin Ərbildəki Baş konsulunun Süleymaniyyəyə yaxın olan Şehidan bölgəsində PKK rəhbərləriylə 4 saatdan artıq bir görüş keçirdiyi təsbit edilmişdir. Hər iki ölkənin də PKK-ya verdiyi maliyyə və hərbi təchizat dəstəyi artıq gizlədilə bilməyəcək səviyyəyə çatmış durumdadır.

ABŞ və digər ölkələrin PKK ilə olan mürəkkəb münasibtlərini diqqətə alan Türkiyə, 2018-ci ildə Hakkari bölgəsindən başlatdığ əməliyyatlara yenisini də əlavə edərək, Şırnak xəttindən PKK-nın önəmli qala kimi baxdığı Haftanin bölgəsinə yönəlik əməliyyat başlayıb.

Türkiyə Batife nahiyyəsində sərhəddi 15-30 km genişliyində və 45-50 km dərinliyində keçərək, 12 strateji bölgəyə yerləşib. Bu durum və ya mövqe müttəfiqimiz ABŞ-ı narahat etdiyindən həmən dövrəyə girdiyini öyrəndim.

Suriyada nümayişkaranə şəkildə PKK-ya TIR-larla təchizat daşıyan ABŞ, Türkiyənin Haftanin bölgəsinə yönəlik əməliyyat başladığı günlərdə terror təşkilatının öz canını qurtarmaq üçün bölgəni tərk etməsini görüb, ölkəmizdəki həmkarlarına məktub göndərərək, Türkiyə-İraq sərhəd xəttində, yəni hazırda Hakurk və Haftanin bölgələrində PKK-ya yönəlik davam edən əməliyyat bölgələrində 12 yerin koordinatlarını verərək, bu yerlərdə PUA və SPUA-ların uçurdulmamasını və əməliyyat keçirilməməsini istəyib. Əsas olaraq da bu bölgələrdə öz hərbçilərinin olmasına vurğu edib. Halbuki ABŞ-ın rəsmi uniformalı hərbçiləri Dohuk vilayətinin sərhədlərindən o biri tərəfə heç vaxt geçməyibdir.

Bu halda, ABŞ-ın vəzifəli şəxslərinin cavab verməli olduğu sual budur: Türkiyənin sərhəd xəttinə nə üçün hərbçi göndərdiniz? Əgər hərbçiləriniz orada yoxdursa, koordinatlarını göndərdiyiniz həmin 12 yerdə PUA və SPUA-ların uçuşunu əngəlləyərək hansı PKK-çıları qorumaq istədiniz?

Daha komik olan isə odur ki, ABŞ-ın göndərdiyi 12 koordinatdan 2-si Türkiyə sərhədləri daxilindəki bölgələrə uyğun gəlir. Belə çıxır ki, ABŞ hərbçiləri ya xəritə dərsi almadan döyüş meydanlarına çıxmışlar, ya da yollarını azmışlar…

Maraqlananlar üçün isə deyim ki, ABŞ-dan gələn koordinatlar zibil qutusuna atıldı və hazırda o yerlərdə əməliyyatlar davam edir. PUA və SPUA-lar da öz uçuşlarını davam etdirir.

Tərcümə Strateq.az-ındır