İcra başçısı Kəmaləddin Heydərovla Zeynal Nağdəliyevə hesabat verdi – Rəsmilər yanğın yerində (VİDEO, FOTOLAR)
Azərbaycan Prezident Administrasiyası (PA) rəhbərinin müavini Zeynal Nağdəliyev və fövqəladə hallar naziri Kəmaləddin Heydərov Binəqədi rayonu ərazisində yanmış binanın ərazisində olublar.
Strateq.az APA-ya istinadən xəbər verir ki, Zeynal Nağdəliyevlə Kəmaləddin Heydərov hadisə yerinə baxış keçiriblər. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalibov son vəziyyətlə bağlı onları məlumatlandırıb. Bundan əlavə, rəsmilərə yanğının fəsadları barədə tərtib olunmuş aktlar təqdim olunub.
Qeyd edək ki,fövqəladə hallar naziri Kəmaləddin Heydərov yanğın hadisəsinə görə özbəkistana səfərini yarımçıq qoyaraq Bakıya qayıdıb.