XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 March 2016 - 13:00

Antiböhran proqramının təfərrüatları-8 prioritet sektor hansılardır?

Azerbaycan-Iqtisadiyyati

 

Dövlət başçısı dünən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında sərəncam imzalayıb

Bu sərəncama əsasən  “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” kimi Azərbaycan iqtisadiyyatının mühüm bir hissəsini təşkil edən aşağıdakı 8 prioritet sektora xüsusi diqqət yetiriməsi nəzərdə tutulub.

1) Neft və qaz (kimya məhsulları daxil olmaqla)

2) Kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalı

3) Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak malları istehsalı və digər istehsalat

4) Ağır sənaye və maşınqayırma

5) İxtisaslaşmış turizm və əyləncə

6) Logistika və ticarət

7) Uyğun qiymətə mənzillər və s.

8) Kompleks məsələ kimi, peşə təlimləri.

 

Bu əsas sektorların hər biri üçün ayrıca hesabat (həm diaqnostik hesabat, həm də "yol xəritəsi") hazırlanacaq.

Maliyyə xidmətləri, kommunal xidmətlər (elektrik, su və s.), telekommunikasiya sahələrində isə infrastrukturun optimallaşdırılması tədbiləri həyata keçiriləcək.

4 ay müddətində 1-ci fazada  360 dərəcəli diaqnostika və GZİT təhlili (Güclü tərəflər, Zəif tərəflər, İmkanlar və Təhlükələrin təhlili), 2-ci fazada  milli iqtisadiyyat üçün strateji baxış və prioritet sektorlar üçün yol xəritəsi hazırlanacaq.  Bundan sonra 4 həftə ərzində Masterplan işlənəcək.

Bütün bunlar sonda milli iqtisadiyyat baxışının yekun versiyasını – Təfsilatlı birillik yol xəritəsi –  2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planının hazırlanması ilə yekunlaşmalıdır. Eyni zamanda  2025-ci il üçün uzunmüddətli baxış – 2025-ci ildən sonra hədəf baxış konsepsiyaları təqdim edilməlidir.

Bu hesabat, "yol xəritələri" və konsepsiyaları Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovun rəhbərliyi ilə İşçi Qrup hazırlayacaq.  İşçi qrupa xarici mütəxəssislərin kömək edəcəyi  gözlənilir. 

Strateq.az