XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

27 İyul 2020 - 04:32

“DEUTSCHE BANK”la İŞLƏYƏN 800 İŞ ADAMI XOFDA:ABŞ-ın "dərin dövlət"i onlarla bağlı bütün məlumatları ələ keçirib - ARAŞDIRMA

Ərgün Dilər

“Takvim”, Türkiyə, 24 iyul 2020-ci il

 

Xaricdə elə şeylər yazırlar ki, adam çaşıb qalır. Mən də müxtəlif yerlərdə yazılanları izləyərək ip uclarını birləşdirirəm. Doğrusu, çox şeyə də ehtiyac qalmır. Etməli olduğunuz şey hara baxmaq lazım olduğunu bilmək və baş verən hadisələri unutmadan təzələmək, yeniləməkdir. Çünki böyük sistemdə təsadüf yoxdur. Hər şey iç-içədir.

Başlayaq… Fırtınanın səsi buralara qədər gəlib çatdı. Yaxınlarda şiddəti də, gurultusu da ürküdücü olacaq. 2018-ci ilə gedək. İnformasiya agentliklərinə alman “Deutsche Bank”-ı ilə bağlı qaynar bir xəbər düşdü. Bankın Franfurtdakı baş ofisi də daxil olmaqla, 6 şöbəsinə qarşı çirki pulların yuyulması iddiası ilə başladılan təhqiqat çərçivəsində əməliyyat keçirildi. Prokurorlar təhqiqatın başlamasına “Panama sənədləri”nin (“Panama Papers”) səbəb olduğunu açıqladılar. Əməliyyata 170 təcrübəli polis qatıldı. 46 və 50 yaşlarında olan iki bank işçisi xüsusilə sorğu-sual edildi. Kimsə onların kim olduğunu öyrənə bilmədi. Ancaq sorğu-sual edildilər. Çirkli pullar və buraxdığı izlər təqib edilirdi.

Dünən də altını cızdığım kimi, Cefri Epşteyn məsələsi Türkiyədə yetərli qədər anlaşılmadı. Mən də natamam yazmış, çatdırmış ola bilərəm. Bilmirəm. Amma o, inanılmaz dərəcədə önəmli biri idi. Yoxsa heç kimin tanımadığı biri haqqında burada niyə yazım ki?! Həbs olundu. Xilas olmağa çalışdı. Ancaq “Öldü!” açıqlaması ilə səhnədən alındı. Buna rəğmən, sarsıntılar davam edir. Çünki o, çox böyük əlaqələrin mərkəzində idi. Söhbət ABŞ Prezidenti Tramp, ABŞ-ın sabiq prezidentləri Bill KlintonBarak Obama, Kraliça II Yelizavetanın oğlu şahzadə Endryu, ABŞ Ədliyyə naziri Uilyam Barr, Men ştatının sabiq senatoru Corc Mitçel, Nyu Meksikonun sabiq valisi Bill Rişardson, maliyyəçi Qlenn Dubin, aktyorlar Kevin SpeysiKris Taker, film direktoru Vudi Allen, Con Podesta, qardaşı Toni PodestaCorc Soros kimi çox önəmli şəxslərdən və 100-dən çox iş adamından gedir. Və bura, dünən də altını cızdığım kimi, 800 önəmli iş adamını da əlavə edin. Bütün bu şəxslərin adı Cefri Epşteynin gizli qeyd dəftərində idi. Onların hamısı hələ haqqında çox az şey məlum olan şəbəkənin oyunçuları idilər. İndi bu siyahı və adı orada olanların görüntüləri MKİ-nin, yəni “Dərin Amerika”nın əlindədir. Və çox maraqlıdır ki, onların hamısının ən böyük ortaq nöqtəsi Deutsche Bank”-dır. Hamısının yolu burada kəsişir. İyul ayının əvvəllərində kəsilən 150 milyon dollarlıq cəza işin yeni tərəfidir. Halbuki hadisə, yuxarıda da yazdığım kimi, 2018-ci ildə baş vermişdi. Dalğaları bizə hələ də gəlməkdədir.

Deutsche Bank” hadisəsi dünyanın inkişaf istiqamətini dəyişdirəcək bir hadisədir. “Deutsche Bank-ın sabiq idarəçilərindən biri olan Tomas Bauers 2019-cu ildə ABŞ-da öz evində öldürülmüşdü. Ondan 2 il öncə də həyat yoldaşı Ebiqeyl Robinson evində öldürülmüşdü.

Epşteyn, “Deutsche Bank” və Tramp ailəsi arasında olan əlaqələri ən yaxşı bilən Bauers ailəsi idi. Tomas Bauers Ağ Evə keçməmişdən, prezident seçilməmişdən öncə Trampa hissə-hissə olmaqla 2 milyard dollar kredit vermişdi. Tomas Bauers yalnız bu əlaqələr şəbəkəsini bilmirdi. Eyni zamanda Rotşild ailəsinin ABŞ-dakı maliyyə şəbəkəsinin necə formalaşdığını ən yaxşı bilən şəxs idi.

Tomas Bauers 19 noyabrda Malibudakı evində ortadan qaldırılmadan 24 saat öncə 4 rus oliqarx, 2 fransız, 1 türk və 1 ingilis iş adamı ilə toplantı keçirmişdi. Eyni heyət 2019-cu ilin sentyabr ayında Rodos adasının açıq sularında bir araya gəlmişdi. Malibuda reallaşan ikinci toplantıda çox önəmli qərarlar alındı. Bauersin bu görüşdən bir gün sonra öldürülməsi “Dərin Amerika”nı da əsəbiləşdirdi. İddialara görə, “Dərin Amerika” daxilində olan bir güc Tomas Bauersi danışdıra bilmədikdən sonra öldürmüşdür. Ancaq “Dərin Amerika”nın əsas gücü Tomas Bauersin bütün bildiklərini öyrənmək istəyirdi. Onun öldürülməsi sıxıntı yaratsa da, Trampa aid bütün gizli həqiqətlər Bauersdən öyrənilmişdi. ABŞ Prezident Trampa 2 milyard dollar kreditin nə üçün verildiyi, həmin kreditin harada istifadə edildiyi, özü ilə əlaqəli olan şirkətlərə necə vəsait ayrıldığı öyrənildi. Həm də bütün detalları ilə… İzləyənlər xatırlayacaqlar, bu həmlədən sonra Tramp 3 ay səssiz qaldı. Kimsə nə səsini duydu, nə də bir çıxışını.

Tomas Bauersin öldürülməsi Trampın sui-qəsdə qurban gedəcəyini də göstərirdi. Qarşı tərəfin əli gözlənilməyən dərəcədə güclənmişdi.

Yaxşı, bəs öldürülən elə yalnız Tomas Bauers idimi? Əlbəttə, xeyr. May ayında ortadan qaldırılan rus milyarder Dmitri Bosovu da unutmamaq lazımdır. Bosov həm Rodosdakı, həm də Malibudakı toplantıda iştirak edənlərdən biri idi. 52 yaşlı Bosovun intihar etdiyi açıqlandı. Rusiyanın “Vostokuqol”“Sibantrasit” kimi ən böyük kömür şirkətlərinin sahibi olan Bosovun intihar etməsi üçün heç bir səbəb yox idi. Ancaq yaşamamalı idi. Elə də oldu. Öldürüldü. Bosov, Rotşild ailəsinə çox yaxın, təsirli biri idi. Rusiyadakı təsiri bir yana, Bosov həm də ailənin Afrikadakı mədənlərilə bağlı yeganə söz sahibi idi.

Yaxşı, bəs dalğa Bosovla sona çatdımı? Xeyr.

Bill Klinton, Barak Obama kimi sabiq prezidentlərə müşavirlik edən və Kral ailəsinə ən yaxın şəxslərdən biri olan İraq əsilli Nemir Kırdar da iyun ayında Fransadakı evində ölü tapıldı. Bəzilərinə görə, öz əcəli ilə ölmüşdü. Ancaq çox önəmli biri olduğu üçün bu ölüm də sirli qaldı. Lakin dərinliklərin nəbzini tutanlar onun öldürüldüyünü bilirdi. Nemir Kırdar kimdir? Lütfi Kırdarın qardaşı oğlu. Pul sehrbazı kimi tanınan Nemir Kırdarın ən böyük, sensasiyalı uğuru məşhur marka olan “Gucci”-ni batmaqdan qurtarması idi.

“Dərin müharibə” davam etdikcə hər kəs qayğılanır, qorxur. Bəzi iş adamları psixoloji müalicə almağa başladı. Çünki həyatla ölüm arasında gedib-gəldiklərini bilirlər. İlk dəfədir ki, belə bir durum yaşanır. Təhlükəsiz şəraitdə olmamaq çox narahatedicidir.

Deutsche Bank hadisəsi böyük bir dağıntının başlanğıcı oldu. 2018-ci ilin noyabr ayında Deutsche Bank-ın Frankfurtdakı baş ofisinə girilməsi sanki fitili yandırdı. O gün bunu anlamayanlar var idi. İndi bir çox iş adamı o gün keçirilən əməliyyatda əldə edilən gizli məlumatların artıq “Dərin Amerika”da olduğunu bilir. Bu səbəblə, daha da narahat olurlar. O da var ki, əməliyyatlar daha da şiddətlənəcək. Pulu əlində tutan çox adamın artıq təhlükəsizliyi yoxdur.

Tərcümə Strateq.az-ındır