XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

01 Avqust 2020 - 10:53

İKİBAŞLI OYUN:İsrail Azərbaycanın, yoxsa Ermənistanın dostu və ya düşmənidir?

Herb Keynon

“The Jerusalem Post”, 30.06.2020

 

İki ölkə vuruşduqda, hər biri ümid edir və gözləyir ki, dostları (hətta təsadüfi tanışları da) onlara dəstək verəcək. İsrail bu duyğunu digər ölkələrlə mübarizədə və son zamanlar bölgədəki mübarizədə iştirak edən ölkələrdən biri kimi, yaxşı bilir.

Məsələn, yalnız bu həftə “Hizbullah”ın onun suverenliyini pozduğuna görə rəsmi Qüds Avstraliya və Hindistan, Yunanıstan və İngiltərə, Argentina və Braziliya kimi dostlarından dəstək ifadələrini eşitmək istəyib.

İsrail nəfəsini içinə çəkməməyi öyrənib və ölkələr bölgədəki maraqları naminə manipulyasiya ediklərini deyir.

Son günlərdə İsrail hasarın o biri üzündə bu dilemmanı hiss edib: bir döyüş iştirakçısı deyil, üçüncü ölkə kimi. Azərbaycan və Ermənistan münaqişəsində.

Bu ölkələrdən biri İsrailə daha yaxındır.

Ara-sıra müharibələrə və ya sərhəd toqquşmalarına çevrilən iki ölkə arasındakı uzunmüddətli düşmənçilik bu ayın əvvəlində, Dağlıq Qarabağ bölgəsindən – 1990-cı illərin əvvəllərində Azərbaycan ərazisinin 20%-ni işğal edən ermənilərlə təməl nöqtəsindən 300 km uzaqlıqda baş verən atışmalarla alovlanıb. Son döyüşlərdə ən azı 16 nəfər həlak olub.

İsrailin Azərbaycanla mühüm strateji münasibətləri var. O, ilk növbədə, İranla sərhəddə yerləşir, eyni zamanda, İsrailin neft ehtiyacının təqribən 40%-ini təmin edir və İsrailin aparıcı silah alıcılarından biridir.

İsrailin bu yaxınlarda ilk səfirini Təl-Əvivdə göndərmiş Ermənistanla da səmimi münasibətləri var.

30 il boyu İsraillə yaxın münasibətləri olan azərbaycanlılar İsraildən dəstək eşitmək istədiklərini bildiriblər. Ermənilər bunu açıq şəkildə bəyan ediblər, o cümlədən xarici işlər naziri Zohrab Mnatsakanyan “The Jerusalem Post”-a verdiyi müsahibə ilə. O, İsrailin ona qarşı istifadə olunan, düşməninə silah satışını dayandırmasını tələb edib.

Bəs İsrail nə etməlidir? Bir diplomatın dediyi kimi, bundan kənarda, tamamilə xaricdə qalmaq.

Dövlət elə bunu da edib. Dəstək üçün hər iki tərəfin müraciətlərinə baxmayaraq, Xarici İşlər Nazirliyi keçən həftə zorakılıqdan narahatlığını ifadə edən və mübahisə edən tərəflərin tezliklə atəşkəsə çatacağına ümidlə qəribə bəyanat verməklə kifayətlənib.

Bu açıqlama hər iki tərəfi qane etmir, əksinə, hər ikisi İsraildən real gözləntilərinin olmasını dilə gətirir və onun kimi, müxtəlif geosiyasi mülahizələri tarazlaşdırdıqlarına dair aydın mesaj göndərir.

Hökümət nümayəndələri diplomatik həssaslığa görə bu mövzuda açıq danışmaqdan çəkinirlər, lakin Milli Təhlükəsizlik Şurası başçısının keçmiş müavini və hazırda Qüds Strategiya və Təhlükəsizlik İnstitutunun vitse-prezidenti olan Eran Lerman Qüdsdə hökm sürən fikirləri ümumiləşdirib. O deyib:“Biz İranla bağlı böyük bir problemlə üzləşirik. Azərbaycan buna görə bizim üçün vacibdir və o, İsrail üçün bir sıra qərarlar qəbul edib, bu, asan iş deyil”.

Lermanın sözlərinə görə, Azərbaycan İsrail üçün çox vacibdir: “Ermənistan dost olmalıdır, ermənilərlə heç bir mübahisəmiz yoxdur. Ancaq Azərbaycan İsrail üçün çox böyük strateji əhəmiyyətə malikdir, coğrafi mövqeyinə görə, üstəlik, İran xalqının 25%-i azərbaycanlıdır”.

“Wikileaks”-in açıqlamasına əsasən, Vaşinqtonun Bakıdakı səfirliyindəki siyasi-iqtisadi məsləhətçisi Rob Qaverikin 2009-cu il diplomatik kanalla göndərdiyi telreqram İsrailin maraqlarını daha yaxşı ifadə edir: “İsrailin Azərbaycanla münasibətləri güclü praqmatizm və prioritetlərin yüksək qiymətləndirməsinə əsaslanır. İsrailin əsas məqsədi Azərbaycanı İrana qarşı müttəfiq, kəşfiyyat platforması və hərbi təchizat bazarı olaraq qorumaqdır”.

Azərbaycan İsrail üçün nə dərəcədə vacibdir? 2012-ci ildə o zamankı xarici işlər naziri Aviqdor Liberman “Azərbaycan İsrail üçün Fransadan daha vacibdir” deyib. O zaman həqiqət olan bu gün də eyni dərəcədə doğrudur. Bu həm də o deməkdir ki, o, İsrail üçün Ermənistandan daha vacibdir.

Bundan əlavə, Lerman deyib: “Açığı, Azərbaycan-Ermənistan münaqişəsində müqəddəslər yoxdur”.

Bakının Qüds üçün əhəmiyyətini nəzərə alsaq, İsrail azərbaycanlılara diplomatik dəstəyi vermədiyi təqdirdə, bunun mühüm münasibətlərdə problem yaradacağından narahat deyilmi?

Xeyr, çünki bu, ikitərəfli yol, qarşılıqlı münasibətdir. İsrail İranın şimal sərhəddində bir dost və bir neft tədarükçüsü tapıb və Azərbaycan silah embarqosuna görə Qərbdə satın ala bilmədiyi keyfiyyətli silahlara sahib olur. Vaşinqtondakı yəhudi qrupları vasitəsi ilə Konqresə və ABŞ administrasiyasına yol tapır. Ermənilərin Vaşinqtonda çox güclü lobbisi var, azərbaycanlıların yoxdur və illər ərzində Vaşinqtondakı yəhudi qruplarına kömək üçün müraciət edib.

Bundan əlavə, əgər Bakı Qüdsdən tam dəstəklənmədiyi üçün məyus olsa, İsrail masaları çevirə bilər. Ölkələr arasında illərlə yaxın münasibətlərin mövcudluğuna baxmayaraq, azərbaycanlılar həmişə BMT-də və digər beynəlxalq forumlarda İsrail əleyhinə səs veriblər.

İsrail bundan məyus olduğunu bildirəndə, azərbaycanlılar İslam Əməkdaşlıq Təşkilatına üzv olduqları üçün bu təşkilatdakı ölkələrin Dağlıq Qarabağ məsələsində diplomatik dəstək aldıqlarını və beynəlxalq forumlarda İsraili dəstək verdikləri halda, İƏT-dəki dəstəyi itirə biləcəklərini söyləyirlər.

Bu da azərbaycanlıların İsraildə heç bir səfirlik açmaması üçün verdiyi səbəbdir. Azərbaycan İsrailin ən böyük silah sifarişçilərindən biridir, lakin Təl-Əvivdə səfirliyi yoxdur. Niyə? Eyni səbəbdən: Dağlıq Qarabağ məsələsində dəstək verən digər müsəlman ölkələrini qəzəbləndirməkdən qorxurlar.

İsrail bu vəziyyəti bəyənirmi? Aydındır ki, yox. Ancaq Azərbaycanın digər maraqlarının da olduğunu dərk etdiyi üçün buna dözməyə hazırdır. İndi Azərbaycandan İsrailin maraqlarını balanslaşdırması və Ermənistanla bağlı anlayış nümayiş etdirməsini gözləyir.

İsrailin düşməninə silah satmasından məyus olan ermənilərə gəlincə, Qüds onlara da cavab verməyə hazırdır: bəs İranla münasibətləriniz necə olsun?

Azərbaycan kimi, İranla həmsərhəd olan Ermənistanın İslam Respublikası ilə möhkəm diplomatik, ticarət və hətta müdafiə əlaqələri var. Məsələn, oktyabr ayında Ermənistanın baş naziri Nikol Paşinyan Tehrana səfər edib və İran prezidenti Həsən Ruhaniyə deyib ki, Amerika sanksiyalarına baxmayaraq, İranla daha yaxın münasibətlərə sadiq qalır:“Bizim mövqeyimiz bundan ibarətdir ki, İranla münasibətlərimiz mümkün qədər geosiyasi təsirlərdən kənarda qalmalıdır, çünki qonşuyuq, bir çox ortaq maraqlarımız var, əsrlər və minilliklər boyu əməkdaşlıq etməliyik”.

2017-ci ildə Ermənistanın müdafiə naziri Vigen Sarkisyan Tehrana səfəri zamanı deyib: “Ermənistan İranla müdafiə sahəsində əməkdaşlığı genişləndirməyə çalışır”.

Beləliklə, ermənilər İsrailə düşmənlərinə silah satışı ilə bağlı şikayət etdikdə, Qüds Ermənistanın İsrailin ən pis düşməni ilə yaxın əlaqələrini vurğulayır. Real siyasətdə bəzən dostlarınız – öz maraqları naminə – düşmənlərinizlə oyun oynayır. Azərbaycan bunu edir, Ermənistan da edir… hətta İsrail də.

Tərcümə: Strateq.az