XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

03 Avqust 2020 - 15:31

NATO-nu TƏHDİD EDƏN RUS “XƏNCƏR”İ:Putinin "Kinjal"ı niyə bu qədər qorxuludur?

“ABŞ-ın Qrenlandiyadakı Tula aviabazası Rusiya istehsalı olan “Kinjal” raketləri qarşısında tamamilə zəif vəziyyətə düşüb”.

Strateq.az xəbər verir ki, Danimarkanın “Berlingske” qəzetinin əməkdaşı Emil Rottböl Rusiyanım bu yaxınlarda sınaqdan çıxardığı “Kinjal” (“Xəncər”) supersonik (səsdəniti) silahını şərh edərkən belə deyib.

Onun fikrincə, NATO-nun Arktika regionunda Rusiyanın bu silahının qarşısını ala biləcək heç bir müdafiə sistemi yoxdur və “Kinjal” raketləri regionda qüvvələr balansında tamamilə yeni vəziyyət ortaya çıxarır.

“Biz Rusiya istehsalı olan “Kinjal”ın yeni raketinin nə qədər uçduğuna əmin deyilik. Lakin bir şey şübhəsizdir: sürəti, dəqiqliyi və ən azı min kilometrlik hərəkət radiusu ilə bu silahlar Arktikada qüvvələr balansını Rusiyanın xeyrinə dəyişdirir”, – Emil Rottböl bu fikirdədir.

Danimarkalı yüksək rütbəli bir zabitin “Vaşinqton artıq “Kinjal” raketlərinə alternativ tapmalıdır” fikrindən sitat gətirən Rottbel bildirib: “Tula radarları raket sipərinin bir hissəsidir və müharibə baş verərsə, ruslar onları mütləq məhv etmək istəyəcəklər. Hal – hazırda o, həqiqətən də tamamilə həssasdır, buna görə amerikalıların Qrenlandiyada yeni missiya və vəzifələri meydana çıxır”.

Qərbin Rusiyanı narahat edəcək hər hansı addımının riski daha da artıracağına inanan jurnalist Arktika regionunun Rusiya üçün rəmzi əhəmiyyətə daşıdığını və ora yönələcək müdaxilələrin “vəziyyəti nəzarətdən çıxara biləcəyini” vurğulayıb: Ona görə də Qərbin Rusiyanı təşvişə salacaq bir iş görməsi riski böyükdür. Məsələn, ABŞ Rusiyanın daxili suları olmadığını göstərmək üçün hərbi gəmilərini Şimal dənizinə göndərməyə başlaya bilər.”

Emil Rottbölün fikrincə, bu, böyük müharibəyə səbəb ola bilər.

Qeyd edək ki, Rusiyanın Şimal donanmasının komandanı vitse-admiral Aleksandr Moiseyev bir müddət əvvəl bildirmişdi ki, hipersonik silahlar Şimal donanmasına göndəriləcək və hərbi dəniz qüvvələrinin döyüş qabiliyyətini əhəmiyyətli şəkildə artırmağa imkan verəcək.

Xatırladaq ki, “Kinjal” hipersonik silahlar barədə ilk məlumatı 2018-ci ilin mart ayında Rusiya prezidenti Vladimir Putin ölkə parlamentində çıxışı zamanı dilə gətirmişdi. O, öz çıxışında bu silahların analoqunun olmadığını bildirərək demişdi: “Spesifik təyyarə ilə start nöqtəsinə daşınan bu raketlər işə salındığı  təqdirdə səsdən 10 dəfə iti sürətlə hərəkət edir. O, uçuş zamanı müxtəlif manevrlər həyata keçirə bilir, bütün mövcud müdafiə və raket sistemlərini aradan qaldırmağa qadirdir. Nüvə və adi raket başlıqlarını 2 min kilometrədək uzaqdakı hədəfə çatdırmaq gücünə malikdir.”

Bir çoxları o vaxt Vladimir Putinin rus nağılı danışdığına inansa da, həmin ilin 9 may paradında bu silahlar nümayiş etdirildi. Paradda “Kinjal” hiperstuk raketləri ilə təchiz edilmiş “Miq-31k” döyüş təyyarələri Moskva səmasında ilk dəfə ortaya çıxdı.

Həmin nümayişdən sonra Amerikanın hərbi jurnalı “The National Interest” Rusiyanın hipersonik raket sistemi  “Kinjal”ın dünyada analoqu olmadığını etiraf etdi. Jurnalın redaktorlarından olan Deyv Majumdar qələmə aldığı məqaləsində “Kinjal” hipersonik raket sistemləri barədə yazırdı: Dünyada heç kimin havadan atılan ballistik raketləri yoxdur. Buna görə də Moskva “Kinjal”ın analoqu olmadığını deməkdə haqlıdır”.

“Kinjal”ın uçuş zamanı manevr etmək və gözlənilməz trayektoriya ilə uçmaq qabiliyyətinə malik “İsgəndər” raketlərinin infrastrukturunda işlənib hazırlandığını qeyd edən müəllifin fikrincə, sözügedən silahın bu xarakteristikası qarşısının alınmasını son dərəcə çətinləşdirir.

Üzərindən bir il keçəndən sonra – 2019-cu ilin noyabr ayında həmin silahlar ilk dəfə Moskva yaxınlığında yerləşən Dubroviçi qəsəbəsindəki təlim poliqonunda geniş auditoriya qarşısında sınaqdan çıxarıldı. Həmin vaxt Beynəlxalq Ordu Oyunları çərçivəsində “Kinjal” raketlərini daşıyan 2 ədəd “MiQ-31” təyyarələri təlim uçuşları həyata keçirdi. Bu, dünya hərb sferasında rus Silahlı Hava Qüvvələrinin “Kinjal” silahları ilə təchiz edilməsinin sübutu kimi qiymətləndirildi. “MİQ-31”-lərin ən yüksək uçuş hündürlüyünə malik təyyarələrdən olduğunu nəzərə alsaq, yeni silahların ona quraşdırılması səsdən iti raketlərin 10 min kilometr yüksəklikdən atılması deməkdir və onun gözlənilməzliyini, radara yaxalanmazlığını, dəqiq nişanalma özəlliklərini artırır.

Ötən ayın 27-də Rusiya prezidentinin iştirakı ilə keçirilən Hərbi Dəniz Donanması günündə növbəti dəfə gəmilərin bu silahla təchizinin nümayişi, belə görünür ki, Moskvanın dünyanı təəccübləndirən növbəti həmləsi idi. Çünki uzaqmənzilli silahlar ətrafı alov sardığından, adətən, yerdən atılır. Onların gəmilərə quraşdırılması isə istənilən məsafələrə qədər yaxınlaşdırılmasına şərait yaradır.