Prezident İlham Əliyev ötən gün Bakının Binəqədi rayonu ərazisində baş vermiş yanğınla əlaqədar hadisə yerinə gəlib.
Bina sakinlərinin “Qafqazinfo””ya verdiyi xəbərə görə, ölkə başçısı səhər saatlarında binada olub, yanğınla maraqlanıb. Məlumata görə, ölkə başçısı yanğının fəsadlarının aradan qaldırılması ilə bağlı müvafiq göstərişlər verib.