XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Mart 2016 - 10:40

Rusiyada təyyarə faciəsi- 62 nəfər həyatını itirdi (FOTOLAR, VİDEO)

1779066

Dünən gecə yerli vaxtla 03.40-da Rusiyanın Rostov-na-Donu şəhərində "Boeing 738" sərnişin təyyarəsi qəzaya uğrayıb.

Strateq.az xarici mətbuata istindaən xəbər verir ki, hadisə nəticəsində təyyarədəki 62 nəfərin (55 sərnişin, 7 ekipaj üzvü) hamısı həyatını itirib.

Təyyarə aeroporta eniş edərkən qəzaya uğrayıb. İlk eniş cəhdi baş tutmayıb, ikincidə isə qəza baş verib.

Qəzadan sonra hadisə yerində güclü yanğın başlayıb. Ölənlər arasında uşaqların da olduğu qeyd edilir. Təyyarənin Dubay-Rostov marşrutu üzrə uçduğu bildirilir. İlkin ehtimala görə, qəzaya pis hava şəraiti səbəb olub.

Təyyarə "FlyDubai" aviaşirkətinə məxsus olub. Bu, şirkətin tarixində ilk haldır. "FlyDubai"ın təyyərələri Rusiyanın 9 şəhərinə uçuşlar edir.