XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

18 Avqust 2020 - 10:26

Ankaranın Bayden narahatlığı:DEMOKRAT NAMİZƏD TÜRK SİYASƏTÇİLƏRİNDƏ QƏZƏB DOĞURUB

Amberin Zaman

“Əl-Monitor”, 17.06.2020

 

ABŞ Demokratik Partiyasından prezidentliyə namizəd Co Baydenin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı “avtokrat” adlandırması və rəqiblərinə onu əvəzləməkdə kömək edəcəyi açıqlaması unudulmur. Hətta çoxdan deyilsə də. “Sən bu millətə hakim deyilsən, həyasız adam!” – hökumətyönlü gündəlik “Yeni Şafak” qəzeti bu gün belə yazıb. “Öz yerini bil”, – deyə başqa bir hökumət təbliğatçısı olan “Yeni Akit” xəbərdarlıq edib.

Prezidentin ictimaiyyətlə əlaqələndiricisi Fahrettin Altun Baydenin sözlərinin Türkiyəyə qarşı “müdaxiləçi yanaşma” olduğunu bildirib. “Heç kim milli iradəmizə hücum edə bilməz”.

Prezidentin sözçüsü İbrahim Kalin “Twitter” vasitəsilə əlavə edib: “Türkiyədə sifariş vermə günləri bitdi və buna can atanlara o, çox baha başa gələcək”.

Ötən il dekabrın 16-da “New York Times” redaktorları ilə keçirilən dəyirmi masada verdiyi açıqlamada Bayden ABŞ xüsusi təyinatlı qüvvələrinin Suriyanın Türkiyə ilə sərhəddindən çıxması barədə Trampın əmrini də hədəfə alıb, Türkiyənin 2019-cu ilin oktyabr ayında ABŞ dəstəkli “Suriya Kürd Xalqının Müdafiə Qrupları”na hücumunu pisləyib. “Edəcəyim son şey kürdlərə münasibətdə Ərdoğana dəstək verməkdir. Bu qeyri-mümkündür”.

Bütün bunlar Ərdoğanın uzun müddət davam edən düşüncəsini daha da möhkəmləndirir: Barak Obama administrasiyasının uğursuz 2016-cı il çevrilişinə onu devirmək üçün dəstək verib, suriyalı kürdlər bilərəkdən silahlandırılıb.

Xəcalət çəkən müxalifət liderləri Baydendən kömək istəmədiklərini söyləyərək dərhal onu qınayıblar. Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu bildirib: “Heç bir imperiya gücünün kölgəsini belə qəbul etmirik”.

Bununla belə, bəzi müşahidəçilər “New York Times”-ın Bayden haqqında videosu yayımlandıqdan 8 ay sonra belə onun niyə hələ də qəzəb doğurduğunu müzakirə edirlər. Axı, ötən il oktyabrın 9-da Ərdoğana göndərdiyi məktubda, Suriyanın şimal-şərqinə hücumu davam etdirəcəyi təqdirdə, Tramp Türkiyə iqtisadiyyatını “məhv edəcəyi” ilə təhdid etdikdə, türk rəsmiləri cınqırlarını belə çıxarmayıb.

Məntiq budur ki, Ərdoğan Baydendən istifadə edərək ABŞ-a qarşı millətçi dalğanı kükrətmək istəyir. Yeni COVID-19 hadisələrinin həyəcanverici artması ilə daha da sərtləşən iqtisadi problemlərdən diqqəti yayındırmaq üçün. Bu, Ərdoğanın mübahisələri alovlandırmaq nümunəsinə uyğun olsa da, Baydenin prezident olacağının Ankarada narahatlıq doğuracağına şübhə yoxdur. Tramp və Ərdoğan arasındakı yaxşı şəxsi münasibətlər sayəsində Türkiyə Rusiya raketləri alması ilə əlaqədar ən pis Konqres sanksiyalarından yaxasını qurtarıb. Bayden daha az yolagəlimi ola bilər.

Türkiyənin Vaşinqtonla münasibətlərini yaxından izləyən Avropa Şurasının xarici münasibətlər üzrə baş katibi Əsli Aydıntaşbaş bu cür düşüncəni şişirtmə sanır. “Baydenin dövründə ABŞ siyasətinin köklü şəkildə dəyişəcəyinə inanmıram, baxmayaraq ki, insan haqları və demokratiyaya daha çox vurğu olacaq. Tramp isə Ərdoğana ölkə daxilində baş verənlərə əhəmiyyət vermədiyini açıq şəkildə bildirib”.

Aydıntaşbaş proqnozlaşdırıb: “Dəyişiklik ehtimalı var, amma kəskin deyil. Bayden administrasiyası yenə də Ərdoğanla iş aparacaq və Türkiyəni Transatlantik çevrədə saxlamağa çalışacaq. Radikal bir gediş gözləmirəm. Türkiyə ABŞ-ın strateji maraqları üçün çox vacibdir”.

O əlavə edib: “Bəli, hökumət Baydenin Türkiyə prezident Ərdoğanı devirmək istəyən düşmənlərlə mühasirəyə alınması və iqtisadi bəlaların xaricdən qaynaqlanması ilə əlaqədar hekayəti təmin etmək üçün uydurma şərhlərini davam etdirir. Bu, Ərdoğanın bazasına təsir edir, lakin ondan uzağa yox”.

Ola bilər ki, Bayden də seçkidə eyni taktikadan faydalanır. Yaxın Şərq İnstitutunun Türkiyə proqramının direktoru Gönül Tolun fikrincə, daxili siyasət mübahisə Trampın dövründə xarici siyasətlə o qədər sıx qovuşub ki, Baydenin avtoritar rejimlərə hücum edəcəyi təbiidir, xüsusən Rusiya və Türkiyəyə.

“Trampın əleyhdarları bunun əksini etməyə, bu ölkələrə və onların liderlərinə insan haqları ilə bağlı təzyiq göstərməyə söz verirlər. Bu kampaniya zamanı xarici siyasət məsələlərində üç ölkə – Rusiya, Çin və Türkiyə bu ən böyük baş ağrısı kimi görülür.

Tarix bu günə qədər hər iki paytaxtdan çıxan qəzəbli səs-küylərə baxmayaraq, praqmatizmin üstünlük təşkil edəcəyini göstərib.

Əsli Aydıntaşbaş bildirib: “Baydenin xarici siyasət qrupunun bir çox üzvü Obama illərində Ankara ilə sıx əməkdaşlıq edib və yaxşı əlaqələr qurub. Bayden hakimiyyətə gəlsə, prezident Ərdoğan “dostum Co Bayden” ifadəsini işlədəcək və işləmək üçün bir yol tapacaq”.

Tərcümə: Strateq.az