XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 August 2020 - 16:14

Bin Zaidin qazancı nədir? –"BARIŞIQ SAZİŞİ" İLƏ TRAMP VƏ NETANYAHU BİR GÜLLƏ İLƏ İKİ DÖVŞAN VURUR

Xalid Əbuhəyt

“Əl-Əxbar”, 18.06.2020

 

ABŞ prezidenti Donald Tramp qəfildən İsraillə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında “barışıq sazişi” əldə edildiyini açıqlayıb. O, yaxın bir neçə həftə ərzində Ağ Evdə təşkil ediləcək olan toplantıda imzalanacaq. Razılaşmanın arxasında Tramp və İsrailin baş naziri Benyamin Netanyahunun hansı maraqlarının durduğu aydın olsa da, Bin Zaidin qazandığı faydaları müəyyənləşdirmək çətindir. Topanın içində nə var?

Heç şübhə yoxdur ki, “diplomatik sıçrayış”ın elan edilməsi, üç tərəfin verdiyi birgə bəyanat kimi, vaxtına və məzmununa görə təəccüb doğurduğunu iddia edə bilməz. İsrail baş naziri illərdir öz dövləti ilə bir çox ərəb paytaxtı arasında əlaqələrin olduğunu söyləyir.

O və Birləşmiş Əmirliklər arasındakı münasibətlərin başlanğıcı isə ən azı 2008-ci ilə təsadüf edir. Bir çox yüksək vəzifəli İsrail rəsmisinin BƏƏ-yə etdiyi rəsmi səfərlərə əlavə olaraq, Fələstin rəhbərliyinə koronavirus pandemiyası ilə mübarizədə kömək bəhanəsi ilə Ben Qurion hava limanına enən BƏƏ təyyarələrini də xatırlatmamaqla, tərəflər arasında son zamanlar 12 təhlükəsizlik sazişinin imzalandığı elan olunub.

BƏƏ-nin Qüdsün yəhudiləşdirilməsində oynadığı rolu, yəhudi qəsəbələrinin inşasına xeyrinə verdikləri səxavətli maliyyə töhfələri və “əl-Əxbar” qəzetinin təxminən 2 il əvvəl yaydığı bir sənədlə Qüds sakinlərinin aldadılmasına dair sənədlər və s. əsasən, heç kim “barışıq sazişi”nin məzmunundan təəccüblənmir.

Məzmun baxımından saziş təhlükəsizlik sahəsində əməkdaşlıq, bölgədəki ümumi təhdidlərə dair baxışları birləşdirən və böyük maliyyə qoyuluşları olan üç əsas məqama yönəlib. Beləliklə, saziş sənədin mətnində ifadə edilən, digər Körfəz dövlətlərinin də ona qoşula bilməsi üçün qapı açma imkan yaradan yeni bir ittifaq naminə 2 ölkə arasındakı “tarixi diplomatik sıçrayış” adlandırılan ortaq bəyanatdan kənara çıxır.

Mahiyyət etibarilə bu bəyanat 2002-ci ildə Beyrutda təsdiqlənmiş, “tam normallaşma müqabilində 1967-ci ildə işğal edilmiş ərazilərdən geri çəkilmə”yə əsaslanma və hətta “2 dövlətli həll”ə istinad edilmədən Ərəb Təşəbbüsünün prinsiplərindən imtinanı aydın şəkildə ehtiva edir. BƏƏ-nin qazancı, şübhə doğuran bəyanata görə, “İsrailin işğal olunmuş bölgələr üzərində suverenliyini elan etməsini dayandırmasıdır”. Lakin bu iddia edilən müvəffəqiyyəti sarsıdan bir ifadə var: “hər iki tərəf səylərini davam etdirəcək”.

İsrail-Fələstin münaqişəsinin ədalətli, hərtərəfli və davamlı həllinə nail olmaq üçün, “Sülh müqaviləsi”ndə göstərildiyi kimi, barışa gələn bütün müsəlmanlar əl-Əqsa məscidində ziyarət edə bilər, Qüdsdəki digər müqəddəs yerlər də bütün dinlərin ardıcılları üçün açıq olmalıdır. Bu, BƏƏ-nin Qüdsdə İslamın müqəddəs yerləri üzərində İsrailin suverenliyini tanıması deməkdir, o cümlədən Qüdsü İsrailin paytaxtı olaraq tanıması.

Hər halda, Netanyahu üçün “suverenlik bəyannaməsinin dayandırılması” ilhaq siyasətindən geri çəkilmək deyil, sadəcə olaraq “gözləmək”, gecikmədir.

Yeri gəlmişkən, bu, Bin Zaidin səylərinə görə deyil, məşhur Fələstin mövqeyi ucbatından ilhaqı elan etmək qərarını udmaq məcburiyyətində qalmadır.

Əmirliklərin içərisində Bin Zaidin Trampı ələ alması üçün nəsə hazırlanıbmı?

ABŞ prezidentinə fayda aydın görünür. Tramp daxili siyasətdəki bir sıra uğursuzluqlar nəticəsində böyük bir enişdən sonra seçki səhmlərini satmağa çalışır. ABŞ seçkilərində ənənəvi qayda, amerikalı seçicinin xarici nailiyyətlərdən daha çox daxili siyasətlə maraqlanması və Amerika yəhudilərinin səslərinin böyük nisbətdə Demokrat Partiyasına verməsidir. Bu nəzərə alınmaqla, Trampın elanı arxasında konkret hədəflərin dayandığı görünür. Ən azından yevangelist elektorat arasında onu populyarlaşdırır. Bu elektorat ABŞ-da böyük seçki blokudur və İsrail onlar üçün daxili siyasətdən daha vacibdir.

Həmişə bir çox ərəb paytaxtları ilə yaxşı münasibətlər saxlaması ilə öyünən sionist qurum baş nazirinin sazişdən əldə etdiyi faydalar da aydın görünür. BƏƏ və İsrail (bir-biri ilə heç vaxt vuruşmayan və ortaq sərhədləri olmayan iki ölkə) arasında “barışıq sazişi”nin elan edilməsinin Netanyahunun təbliğat gündəminə xidmət edəcəyi, azalan populyarlığının güclənməyə çevrmə istəyi heç kimə sirr deyil. Bundan əlavə, korrupsiya hallarına görə mühakiməsində müdafiə mövqeyini möhkəmləndirmək. Netanyahu sionist şüurunda ərəb blokadasında irəliləyiş əldə edən və ərəb varlığını neytrallaşdıraraq onu İrana qarşı çevirə bilən lider simasını formalaşdırmaq üçün çox çalışır.

Həm Trampın, həm də Netanyahunun şəxsi maraqları və faydaları aydın görünsə də, bu, bəyanatın strateji ölçülərini rədd etmir. Razılaşma ilk olaraq, İsraillə ona bitişik olmayan, onunla ümumi sərhədləri olmayan və ona qarşı müharibə elan etməyən ərəb dövləti arasında bağlanır. Bu mənada bəyannamənin özü bəzi Körfəz ölkələrinin siyasi müqavilədə keyfiyyətcə və strateji dəyişiklik səyini göstərir; o, nəinki Fələstin xalqının haqlarını inkar edir, həm də xəyanətlə bərabər, eyni zamanda, ərəb milli təhlükəsizliyini və bütün Ərəb dünyasının gələcəyini təhdid edir.

Tərcümə: Strateq.az