XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 August 2020 - 09:15

“LOTU QULİ” TÜRKİYƏDƏ QƏTLƏ YETİRİLDİ –Qatili azərbaycanlıdır

Kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınmış Nadir Səlifov Türkiyədə qətlə yetirilib.

Məlumata görə, “Lotu Quli” Antalyada nahar etdiyi şəxs tərəfindən öldürülüb.

N.Səlifov güllə ilə başından vurulub. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

N.Səlifovu öldürən şəxs hadisə yerindən qaçsa da, onun Antalya-Dənizli şosesində saxlanıldığı bildirilir. 

İlkin məlumata görə, hadisəni törədən “Lotu Quli”nin yaxın çevrəsindən olan Xan Əhmədlinskidir.

Qeyd edək ki, 1972-ci il təvəllüdlü Nadir Səlifov Gürcüstanda doğulub. O, 2005-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Həbsdən azad olunduqdan sonra Türkiyəyə gedib. 2018-ci ildə Türkiyədən deportasiya edilsə də, sonradan qaçaq yollarla yenidən Türkiyəyə qayıdıb/APA.