XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

22 Avqust 2020 - 17:15

Amerikalı casusun Azərbaycan macəraları:RUSİYA KƏŞFİYYATINA BAĞLI ŞƏXS MƏHKƏMƏ QARŞISINA ÇIXARILIR

Adam Qoldman

The New York Times”, 21.08.2020

 

Cümə günü ordunun keçmiş “yaşıl beret” kapitanı Rusiya kəşfiyyat əməkdaşlarının əmri ilə silahlı qüvvələrə qoşulmaqda və illərlə ABŞ-a xəyanət edərək casusluq etməkdə günahlandırılıb.

Şübhəli – Virciniya ştatının Qensvill şəhərindən olan 45 yaşlı Peter Rafael Dzibinski Debbins, 1996-cı ildə başlayan müfəssəl bir casusluq əməliyyatında Rusiyaya milli müdafiə məlumatlarını vermək ittihamı ilə tutulub. O, Rusiyaya həssas hərbi məlumatları və xidmət yoldaşlarının adlarını təhvil verib ki, Rusiya onları ələ ala bilsin.

Debbins ABŞ-ın dünyada ifrat dominantlığından şikayətlənib, içki və rus hərbi forması daxil olmaqla, pul və hədiyyələri qəbul edib.

Dzibinski Debbins son günlər casusluqda ittiham olunan ikinci keçmiş hökumət rəsmisidir. Keçmiş CIA əməkdaşı, müqaviləyə əsasında FTB-də işləyən tərcüməçi Aleksander Yuk Çin Ma da Çin hökumətinə gizli məlumat vermək ittihamı ilə keçən həftə həbs edilib.

Əvvəllər yüksək təhlükəsizlik rəsmisi olmuş Debbinsin Bazar ertəsi federal məhkəmə qarşısına çıxması planlaşdırılır. Vəkilinin olub-olmadığı bəlli deyil.

Keçmiş kapitanın ifşasında İngiltərənin MI-5 məxfi xidməti də mühüm rol oynayıb.

Peter Debbinsin anası keçmiş Sovet İttifaqında anadan olub, bu da onun qismən Rusiyaya marağını artırıb. Oraya ilk səfərlərindən birində gələcək arvadı ilə görüşüb. Qadının atası rus hərbçisi olub.

İttihama görə, Debbins ilk dəfə 1996-cı ildə Rusiyada oxuyarkən, Rusiya kəşfiyyatı tərəfindən ələ alınıb. O, rus əməliyyatçılarına “Rusiyanın övladı” olduğunu və Birləşmiş Ştatlar ordusuna qatılmaq istədiyini söyləyib. Daha sonra Rusiyadakı bir hərbi bazada əməliyyatçılarla görüşüb.

Prokurorların dediyinə görə, Debbins “Rusiyaya xidmət etmək” istədiyini söyləyib, ona verdikləri kod adı İkar Lesnikov olub.

Həmçinin, prokurorlar Debbinsin Minnesota Universitetini bitirdikdən sonra 1998-ci ildə orduya qatıldığını bildirib. Bir il sonra Cənubi Koreyaya səfərindən sonra casus Rusiyaya qayıdıb və QRU-nun əməliyyatçıları ilə görüşüb. Debbins hərbi fəaliyyəti haqqında məlumat verib və ordudan getmək istədiyini söyləyib, ancaq əməliyyatçılar onu qalmağa təşviq ediblər.

Görüşlərin birində ruslar Debbinsdən onun həqiqətən Amerika kəşfiyyatçısı olub-olmadığını soruşublar. O, ittihamları rədd və Rusiyanı sevdiyini, Rusiyaya bağlı olduğuna israr edib. Hətta poliqrafdan keçməyə razılıq verib.

Daha sonra Debbins QRU-da Birləşmiş Ştatların Xüsusi Təyinatlı Qüvvələrinə qoşulma planlarını açıqlayıb. QRU piyada komandiri olaraq rus kəşfiyyatına heç bir faydası olmadığını söyləyərək onu bu işə həvəsləndirib və Debbinsə əvvəlcə rədd etdiyi 1000 dollar təklif olunub. Nəhayət, o, pulu qəbul edib.

Xüsusi Təyinatlı Qüvvələrdə olarkən, Debbins 2003-cü ildə Rusiyaya gedib. QRU-da görüşləri zamanı Rusiya xüsusi xidmət orqanları ona poliqrafı necə aldatmaq barədə təlim verib. Debbinsə bir şüşə konyak və rus hərbi forması kimi hədiyyələr bağışlanıb.

2005-ci ildə o, təhlükəsizlik qaydası pozuntusuna görə Azərbaycandakı komandanlıqdan çıxarılıb və orduda xidmətini başa vurub. Təxminən 2008-ci ildə Debbins bir daha Rusiyaya yola düşərək, bölməsinin Azərbaycan və Gürcüstandakı missiyası və fəaliyyətləri barədə məlumat verib.

Fəal vəzifəsini başa vurduqdan sonra Debbins 2005-ci ildən 2010-cu ilə qədər Minnesota ştatında bir Ukrayna şirkətində işləyib.

Tərcümə: Strateq.az